Əli Tudə: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 86: Sətir 86:
# Mənim səsim. Bakı: Azərbaycan nəşriyyatı, 2002, 472 səh.
# Mənim səsim. Bakı: Azərbaycan nəşriyyatı, 2002, 472 səh.
# Yarımçıq dastan. Bakı: Azərbaycan nəşriyyatı, 2004, 576 səh.
# Yarımçıq dastan. Bakı: Azərbaycan nəşriyyatı, 2004, 576 səh.
# Mən nə gətirdim?. Təbriz: Azər Turan nəşriyyatı 2023,
# Təbriz yolu. Təbriz: Azər Turan nəşriyyatı 2023,
# Cənub nəğmələri. Təbriz: Azər Turan nəşriyyatı 2023,



=== Latın əlifbası ilə çap olunmuş kitabları (20 cilldə) ===
=== Latın əlifbası ilə çap olunmuş kitabları (20 cilldə) ===

07:19, 16 may 2024 tarixindəki versiya

Əli Tudə
Doğum adı Əli Qulu oğlu Cavadzadə
Doğum tarixi 31 yanvar 1924(1924-01-31)
Doğum yeri
Vəfat tarixi 26 fevral 1996(1996-02-26) (72 yaşında)
Vəfat yeri
Vətəndaşlığı Siyasi mühacir
Milliyyəti azərbaycanlı
Atası Qulu Cavadzadə
Anası Şahbəyim Cavadzadə
Təhsili BDU Filologiya fakültəsi
Fəaliyyəti şair
Əsərlərinin dili azərbaycanca
Üzvlüyü
Mükafatları "Əməkdə fərqlənməyə görə" medalı — 1959 "Əmək veteranı" medalı — 1986 "21 Azər" medalı — 1946
"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1987

Əli Qulu oğlu Cavadzadə (31 yanvar 1924, Bakı26 fevral 1996, Bakı) — İlk ana dili dərsliyinin müəlliflərindən biri olmuşdur[1]. İran tarixində ilk dəfə olaraq Milli Filarmoniya yaradır və bu filarmoniyanın həm ilk, həm də son müdiri olur. 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Yazıçılar Birliyinin üzvü, Əmək veteranı (1986), Əməkdar incəsənət xadimi (1987)[2].[3]

Həyatı

Əslən Ərdəbilin Çanaxbulaq kəndindən olan atası Qulu və anası Şahbəyim Şimali Azərbaycana köçüb və Əli 1924-cü il yanvarın 31-də Bakıda anadan olub.[4] Atası Qulu neft mədənində fəhləlik edib daha sonra isə buruq ustası vəzifəsinədək yüksəlib. 1 yaşında olarkən atası, 5 yaşında olarkən isə anası dünyasını dəyişib və o, nənəsi Qəribin himayəsində böyüyüb.[5] 150 saylı orta məktəbdə təhsil alıb. Bu dövrdə Bakı Pionerlər Sarayının nəzdində Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olub. Artıq 13 yaşında ikən Əlinin ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunub, radioda səslənib.[6]1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxda da şeirləri dərc edilib.

Əli Tudə tərəfindən yaradılmış Təbriz filarmoniyası, 1946-cı il.

1938-ci il repressiya dövründə 7-ci sinifdə oxuyarkən o, Cənubi Azərbaycan mənşəli olduğundan nənəsi ilə birlikdə İrana sürgün edilib.[7] Təhsili yarımçıq qalır. İranda təsərrüfat işləri və fəhləliklə məşğul olaraq ağır həyat tərzi keçirir. O, Miyanə-Zəncan dəmiryolunda fəhləliyə başlayır və bir müddət sonra oradan ayrılır.[8] Əli Tudə sonradan Astara-Ənzəli şosse çəkilişində iştirak edib. 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub. 1944-cü ildə "Vətən yolunda" qəzetində Əli Tudə imzası ilə şeirləri çap olunub.[9] 1944-1946-cı illərdə Ərdəbildə çıxan "Ziddi faşist", "Cövdət" qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan "Vətən yolunda", "Azərbaycan" qəzetlərində, "Şəfəq", "Azərbaycan" məcmuələrində, "Şairlər məclisi" almanaxlarında şeirləri müntəzəm çap olunub. Milli ruhlu şeirləri ilə xalqı istiqlala çağırıb. 1944-cü ildə "Hizbitudeyi-İran" partiyasının üzvü olub. 1945-ci il sentyabrın 3-də Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsinin sıralarına qoşulub. 1944-1945-ci illərdə İran xalq partiyası Ərdəbil vilayət komitəsində təbliğatçı, Milli hökumət yarandıqdan sonra 1945-1946-cı illərdə Təbrizdə Maarif Nazirliyində tədris şöbəsinin müdiri işləyib. Məktəbdə tədris üçün nəzərdə tutulmuş "Ana dili" kitabının tərtibi və çap olunmasında xüsusi rol oynayıb. Daha sonra İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli filarmoniya yaradıb və onun ilk və son müdiri olub. Filarmoniyanı təşkil etmək üçün bölgələri gəzərək istedadlı şəxsləri bura cəlb edib. Əli Tudə həm də Cənubi Azərbaycan Demokratik ədəbiyyatının yaradıcılarından biridir.


22 yaşında ikən Azərbaycan Milli hökuməti tərəfindən "21 Azər" medalı ilə təltif edilib.


Azərbaycan Milli Hökuməti süquta uğradıldıqdan sonra çap ərəfəsində olan şeirlər kitabı, şah qoşunları tərəfindən mətbəədə yandırılıb. Şah Əli Tudənin tutulduğu anda məhkəməsiz öldürülməsi haqqında fərman verir. Təbrizi tərk edərək Bakıya üz tutan şair 1946-cı il dekabrın 12-də sərhəddə "Mən nə gətirdim" şeirini yazır. Bu şeir öz doğma torpaqlarını tərk etməyə məcbur olan mühacirlərin dillər əzbərinə çevrilməklə yanaşı, Cənubi Azərbaycan mühacir ədəbiyyatının ilk nümunəsi olur. Bakıya mühacirət etdikdən sonra "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi vəzifəsində işləməyə başlayır. Daha sonra 1947-ci ildə BDU-nun filologiya fakultəsinə daxil olur və 1952-ci ildə buranı fərqlənmə ilə bitirir. Buranı bitirdikdən sonra "Azərnəşr"ə redaktor vəzifəsinə təyinat alıb. 1952-ci ildən 1962-ci ilə qədər Azərbaycan Demokratik Firqəsinin orqanı olan "Azərbaycan" qəzetində ədəbi-şöbə müdiri olur. Bakı Ali Partiya Məktəbində müdavim və 1958-ci ildən Azərbaycan və SSRİ Yazıçılar İttifaqının üzvü olub.



"21 Azər" (1946), "Əməkdə fərqlən məyə görə" (1959) medalları ilə mükafatlandırılmışdır. Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü seçilmişdir (1960-cı ildən). Əmək veteranı (1986), Əməkdar incəsənət xadimi (1987). 50 poemanın, 40-a yaxın kitabın müəllifidir. Əsərləri özbək, qırğız, hind, ukrayna, rus, ingilis və s. dillərə tərcümə olunmuş- dur. Əli Tudə ömrü boyu siyasi mühacir olaraq qaldı. Sovet pasportu daşımadı.



Azərbaycan mühacir ədəbiyyatının mücahidi Əli Tudə 1996-cı ilin fevral 26-da Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Şairin vəfatı ilə bağlı "Azərbaycan" rəsmi dövlət qəzetində nekroloq verilmişdir[10].

Təhsili

Əli Tudə evi


Həmin günlərdə Sovet İttifaqının Ərdəbildəki konsulu Mirzə Məmmədov onu yanına çağırır. Konsulun təklifi ilə Ə. Tudə elə o gündən komitədə işləməyə başlayır. İnqilabın qələbəsindən sonra Əli Tudə Ərdəbildə şair İbrahim Zakir və Rəsul Abdullahi ilə birlikdə bir müddət fədailər qərargahında çalışır. Bu ərəfədə Ərdəbildəki sovet konsulxanasına çağırılan Əli Tudəyə bir teleqram təqdim edilir[11]. Ə. Tudə şair-alim Cəfər Xəndanın sədrlik etdiyi "Şairlər məclisi" adlanan ədəbi dərnəyin ən cavan və fəal üzvlərindən biri idi.

Yaradıcılığı

Əli Tudə Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biridir. Əli Tudənin çoxşaxəli yaradıcılığında lirik əsərlər başlıca yer tutur. Nəsrdə də qələmini sınamış Ə. Tudənin sağlığında işıq üzü görmüş 30-dan çox kitabının üçü nəsr əsərlərini əhatə edir. Şair Vətən mövzusunda çoxsaylı şeirlərin müəllifidir.[12] "Ədəbiyyat və incəsənət" eləcə də "Azərbaycan" qəzetlərində, həmçinin Azərnəşrdə işlədiyi müddətdə həm publisist, həm də naşir kimi təcrübəli bir mütəxəssis olduğunu sübüta yetirmişdir. O, mükəmməl tərcüməçilik fəaliyyəti göstərmiş, bir sıra əsərləri dilimizə çevirmişdir. Cənubda ilk dəfə işıq üzü görən Azərbaycan dili dərsliyinin yaradılmasında böyük rolu olmuşdur.

Mükafatları

Şair Əmək Veteranı (1986), Əməkdar İncəsənət Xadimi (1987), fəxri adlarını almış.1946-cı ilin baharında Milli Hökumətin Milli Məclisi tərəfindən siyasi-ictimai və ədəbi fəaliyyətinə görə "21 Azər", 1959 "Əməkdə fərqlənməyə görə" medalları ilə təltif edilmşdir. Anadan olmasının 60 illiyi münasibətilə şairə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub (1984). Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü seçilib (1960-cı ildən). 50 poemanın, 60 kitabın müəllifidir[13]. Əsərləri özbək, qırğız, hind, ukrayna, rus, ingilis və s. dillərə tərcümə olunub.[14]

Kitablarının siyahısı

  1. Cənub nəğmələri. Bakı: Azərnəşr, 1950 (Kiril əlifbası ilə), 99 səh.
  2. Bakının işıqları. Bakı: Uşaqgəncnəşr, 1950 (Kiril əlifbası ilə), 40 səh.
  3. Vətən sevgisi. Bakı: Azərnəşr, 1951 (Kiril əlifbası ilə), 64 səh.[15]
  4. Məhbusların son sözü (poema). Bakı: Uşaqgəncnəşr, 1952 (Kiril əlifbası ilə), 28 səh.
  5. Arazın o tayında (poema). Bakı: Azərnəşr, 1954 (Kiril əlifbası ilə), 48 səh.
  6. Şerlər. Bakı: Azərnəşr, 1955 (Kiril əlifbası ilə), 76 səh.
  7. Şairin düşüncələri. Bakı: Azərnəşr, 1956 (Kiril əlifbası ilə), 131 səh.
  8. Qartal. Bakı: Azərnəşr, 1959 (Kiril əlifbası ilə), 170 səh.
  9. Qəzəb. Bakı: Azərnəşr, 1960 (Kiril əlifbası ilə), 98 səh.
  10. Əli Tudə (şairin kitabxanası). Bakı: Azərnəşr, 1962 (Kiril əlifbası ilə), 227 səh.
  11. Buludlar. Bakı: Azərnəşr, 1964 (Kiril əlifbası ilə), 132 səh.
  12. Yanıqlı tütək. Bakı: Azərnəşr, 1966 (Kiril əlifbası ilə), 187 səh.
  13. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1968 (Kiril əlifbası ilə), 321 səh.
  14. Кеманча и знамя. Москва: Советский писатель, 1969 (rus dilində), 78 стр.
  15. Şerlər. Bakı: Gənclik, 1970 (Kiril əlifbası ilə), 68 səh.
  16. Город в горах. Москва: Советский писатель, 1972 (rus dilində), 71 стр.
  17. Sevinc. Bakı: Gənclik, 1973 (Kiril əlifbası ilə), 112 səh.
  18. Şəlalə. Bakı: Azərnəşr, 1974 (Kiril əlifbası ilə), 183 səh.
  19. Ömrün illəri. Bakı: Gənclik, 1976 (Kiril əlifbası ilə), 164 səh.
  20. Həyat sınağı. Bakı: Yazıçı, 1978 (Kiril əlifbası ilə), 232 səh.
  21. İran Xalq Partiyası. Təbriz: 1358 (ərəb əlifbası ilə).
  22. Vətən torpağı (ərəb əlifbası ilə). Bakı: 50 səh.
  23. Nəğməli gecələr. Bakı: Yazıçı, 1981 (Kiril əlifbası ilə), 210 səh.
  24. Если скажет жизнь сама. Москва: Советский писатель, 1982 (rus dilində), 78 стр.
  25. Günəşli baharın yarpaqları. Bakı: Yazıçı, 1983 (ərəb əlifbası ilə), 87 səh.
  26. Tellərdə çırpınan həsrətlər (povest və hekayələr). Bakı: Gənclik, 1983 (Kiril əlifbası ilə), 145 səh.
  27. Araz üstə palıd. Bakı: Yazıçı, 1984 (Kiril əlifbası ilə), 303 səh.
  28. Öz gözlərimlə (nəsr). Bakı: Azərnəşr, 1986 (Kiril əlifbası ilə), 161 səh.
  29. Gecikmiş vüsal (şerlər və poemalar). Bakı: Yazıçı, 1988 (Kiril əlifbası ilə), 255 səh.
  30. Mənə elə baxma (nəsr). Bakı: Gənclik, 1990 (Kiril əlifbası ilə), 276 səh.
  31. Təbriz yolu. Bakı: Azərbaycan nəşriyyatı , 1996 (Kiril əlifbası ilə), 240 səh.
  32. Söz ömrü. Bakı: Azərbaycan nəşriyyatı, 1997 (Kiril əlifbası ilə), 328 səh.
  33. Mühacir qeyrəti. Bakı: Azərbaycan nəşriyyatı, 1998 (Kiril əlifbası ilə), 386 səh.
  34. Mənim səsim. Bakı: Azərbaycan nəşriyyatı, 2002, 472 səh.
  35. Yarımçıq dastan. Bakı: Azərbaycan nəşriyyatı, 2004, 576 səh.
  36. Mən nə gətirdim?. Təbriz: Azər Turan nəşriyyatı 2023,
  37. Təbriz yolu. Təbriz: Azər Turan nəşriyyatı 2023,
  38. Cənub nəğmələri. Təbriz: Azər Turan nəşriyyatı 2023,


Latın əlifbası ilə çap olunmuş kitabları (20 cilldə)

  1. Cənub nəğmələri. Bakı. "Azərbaycan" nəşriyyatı – 2014, 336 səh.
  2. Bakının işıqları. Bakı. "Azərbaycan" nəşriyyatı – 2014, 328 səh.
  3. Tarixin bir səhifəsi. Bakı. "Azərbaycan" nəşriyyatı – 2015, 352 səh.
  4. Yanıqlı tütək. Bakı. "Azərbaycan" nəşriyyatı – 2015, 344 səh.
  5. Həyat sınağı. Bakı. "Azərbaycan" nəşriyyatı – 2015, 360 səh.
  6. Ömrün illəri. Bakı. "Azərbaycan" nəşriyyatı – 2016, 336 səh.
  7. Nəğməli gecələr. Bakı. "Azərbaycan" nəşriyyatı – 2016, 408 səh.
  8. Araz üstə palıd. Bakı. "Azərbaycan" nəşriyyatı – 2016, 368 səh.
  9. Gecikmiş vüsal. Bakı. "Azərbaycan" nəşriyyatı – 2017, 360 səh.
  10. Təbriz yolu. Bakı. "Azərbaycan" nəşriyyatı – 2017, 336 səh.
  11. Söz ömrü. Bakı. "Azərbaycan" nəşriyyatı – 2017, 352 səh.
  12. Mühacir qeyrəti. Bakı. "Azərbaycan" nəşriyyatı – 2018, 352 səh.
  13. Mənim səsim. Bakı. "Azərbaycan" nəşriyyatı – 2018, 344 səh.
  14. Yarımçıq dastan. Bakı. "Azərbaycan" nəşriyyatı – 2018, 440 səh.
  15. Mənə elə baxma. Bakı. "Azərbaycan" nəşriyyatı – 2019, 576 səh.
  16. Həyatım, xatirələrim… I hissə Bakı. "Azərbaycan" nəşriyyatı – 2020, 408 səh.
  17. Həyatım, xatirələrim… II hissə Bakı. "Azərbaycan" nəşriyyatı – 2020, 384 səh.
  18. Həyatım, xatirələrim… III hissə Bakı. "Azərbaycan" nəşriyyatı – 2021, 416 səh.
  19. Həyatım, xatirələrim… IV hissə Bakı. "Azərbaycan" nəşriyyatı – 2021, 320 səh
  20. Həyatım, xatirələrim… V hissə Bakı. "Azərbaycan" nəşriyyatı – 2022, 336 səh

Mənbə

  1. ƏLİ TUDƏ 100
  2. Sona Xəyal. ƏLİ TUDƏ (yaradıcılığı əsasında), Bakı-"MBM"-2010, 100 səh.
  3. Ağahüseyn Şükürov. Savalandan Süzülən Pak Duyğular (elmi iş), " Xan" nəşriyyatı, 2014, 108 səh.
  4. Ağahüseyn Şükürov. ƏLİ TUDƏNİN YARADICILIQ YOLU

İstinadlar

  1. Əliqızı, A. Cənuvi Azərbaycan ədəbiyyatını müntəxabatı\ dərs vəsaiti (az.). Bakı: Bakı Universiteti Nəşriyyatı. 2003. 423.
  2. İbrahimov, Əhmədov, Əliyev, M. T. R. Cənubi Azərbaycan ədəbiyyatı tarixi XIX-XX əsrlər 2 cilddə (az.). Bakı: Nurlar. 2009. 480.
  3. Nəbioğlu Sabir. Kökdən düşməyən rübab:Bu karvanın yolu güneyədir. Bakı: Nurlan, 2007, 440 s.
  4. Cənubi Azərbaycan Ədəbiyyati Antologiyası. III. Bakı: Elm nəşriyyatı. 1988. səh. 215. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  5. Tudə, Əli. Həyatım, xatirələrim (az.). Bakı: Azərnəşr. 5.
  6. Xəyal, Sona. Sona Xəyal. Əli Tudə (az.). Bakı: "MBM". 2010. ISBN 9789952290484.
  7. Aydınoğlu T. Vətən nisgilli şair."Xalq qəzeti",2009,24 fevral
  8. Şükürov, Ağahuseyn. Əli Tudənin Yaradıcılıq yolu (az.). Bakı: Elm. 2019. 52. ISBN 97899952523188.
  9. Cavadzadə, Natiq Əli Tudə oğlu. Əli Tudə - 100 (az.). Bakı: "Azərbaycan Nəşriyyatı" MMC. 2023. 5–7.
  10. Şükürov, Ağahuseyn. Əli Tudənin Yaradıcılıq yolu (az.). Bakı: Elm. 2019. 52. ISBN 97899952523188.
  11. Tağıyeva, Rəhimli, Bayramzadə, Ş., Ə., S.,. Güney Azərbaycan (az.). Bakı: Orxan. 2000.
  12. Xəyal, Sona. Əli Tudə (az.). Bakı: "MBM". 2010. 11–17. ISBN 9789952290484.
  13. Mədəniyyət TV. "Görkəmli Şair Əli Tudənin kitabları çap olundu: Nəşrlər şairin 100 illik yubileyinə həsr edildi" (az.). Youtube.com. 02.07.2023. 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-02.
  14. Mədəniyyət TV. "Görkəmli şair Əli Tudənin 100 illiyinə həsr olunmuş tədbir keçirilib" (az.). Youtube.com. 19.04.2024. 2024-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.
  15. "Əsərləri". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-13.

Xarici keçidlər