Mirzə Məmmədov

Mirzə Rəhim oğlu Məmmədov (1909, Lənkəran qəzası5 may 1973, Bakı) — Azərbaycan SSR-nin Maarif naziri (1954–1959).

Mirzə Məmmədov
bayraq
Azərbaycan SSR maarif naziri
bayraq2
14 iyun 1954 – 26 mart 1959
ƏvvəlkiMehdi Mehdizadə
SonrakıRəhim Rəhimov
bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
bayraq2
noyabr 1942 – aprel 1944
bayraq
Azərbaycan SSR xalq maarif komissarı
bayraq2
fevral 1938 – noyabr 1942
SonrakıMirzə İbrahimov
bayraq
Azərbaycan Kommunist Partiyası Lənkəran Rayon Komitəsinin birinci katibi
bayraq2
may 1937 – fevral 1938
ƏvvəlkiBöyükağa Mirsalayev
Şəxsi məlumatlar
Doğum tarixi 1909
Doğum yeri
Vəfat tarixi 5 may 1973(1973-05-05)
Vəfat yeri
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirzə Rəhim oğlu Məmmədov 1909-cu ildə Lerik rayonunun Siodi (indiki Siyov) kəndində anadan olmuşdur.[1] 1917-ci ildə ailəvi Bakıya köçüb, 1918-ci ilin ağır mart hadisələrinə görə kəndə qayıdıblar. Ata-anası vəfat edəndən sonra 1919-cu ilə yenidən Bakıya, Sabunçu qəsəbəsində yaşayan böyük qardaşı Nurunun yanına qayıdıb. 1922-ci ildə Bakıdakı 1 nömrəli uşaq evinə düşüb. 1925-ci ildə komsomol sıralarına qəbul edilmişdir. 1926-cı ildə Bakı Şəhəri Xalq Maarifi Şöbəsinin tövsiyəsi ilə 2 nömrəli uşaq evinə pioner baş dəstə rəhbəri göndərilib. 1929-cu ildə Moskvadakı N. K. Krupskaya adına Kommunist Tərbiyəsi Akademiyasına daxil olmuşdur. Orada Sov. İKP sıralarına qəbul edilib. 1932-ci ildə həmin Akademiyanın pedoqoji fakültəsini bitirib və təyinatla Azərbaycan KP MK-ya göndərilib. Bədiyə xanımla ailə qurub. 1932–1937-ci illərdə LKGİ MK-da bir sıra məsul vəzifələrdə çalışmışdır.[2]

1949-cu ildə, noyabrın 10-da yazılmış avtobioqrafiyasının vərəqlərindən oxuyuruq:

"1937-ci ilin may ayından 1938-ci ilin fevralınadək Azərbaycan K(b)P Lənkəran rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmışam. 1938-ci ilin fevralından 1942-ci ilin noyabrınadək Azərbaycan SSR Xalq Maarif Komissarı təyin olunmuşam. 1942-ci ilin noyabrından 1944-cü ilin aprelinədək Azərbaycan KP MK – nın katibi (Yeyinti Sənayesi üzrə) olmuşam.[3]

  1. М. Р. Мәммәдов // Коммунист. 6 мај 1973-ҹү ил. С. 4.
  2. [1] [ölü keçid]
  3. Teyyub Qurban "Düşmənlərindən Güclü Şəxsiyyət", 1-ci kitab, səh. 205 – 214