Baqrat Ulubabyan: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 38: Sətir 38:
Ulubabyanın ilk əsərləri poeziya ilə bağlı olur.<ref name="SAE"/> [[1991]] – ci ildə o aqressiv millətçi ruhda yazılmış “''Sardarapat''” romanını dərc etdirir.
Ulubabyanın ilk əsərləri poeziya ilə bağlı olur.<ref name="SAE"/> [[1991]] – ci ildə o aqressiv millətçi ruhda yazılmış “''Sardarapat''” romanını dərc etdirir.


[[1970]]–ci illərdən etibarən Ulubabyan öz əsərlərində Qarabağ mövzusunu qabartmağa başlayır. [[1975]] - ci ildə onun [[Xaçın knyazlığı]]nın tarixinə və mədəniyyətinə həsr edilmiş ''"Xaçın knyazlığı X - XV əsrlərdə"'' monoqrafiyası nəşr edilir. [[1979]]-cu ildə o, ''"Qızıl Zəncir"'' - [[Moisey Kalankatlı]] dövründən Qarabağ knyazlıqları dövrünə kimi tarixi oçerklərini nəşr etdirir. Bir neçə il sonra, [[1981]] - ci ildə o, ''"Ermənistanın şərq əyalətləri haqqında tarixi oçerklər (V - VII əsrlər)"'' və ''"Qandzasar"'' monoqrafiyalarını nəşr etdirir.
[[1970]]–ci illərdən etibarən Ulubabyan öz əsərlərində Qarabağ mövzusunu qabartmağa başlayır. [[1975]] - ci ildə onun [[Xaçın knyazlığı]]nın tarixinə və mədəniyyətinə həsr edilmiş ''"Xaçın knyazlığı X - XV əsrlərdə"'' monoqrafiyası nəşr edilir. [[1979]]-cu ildə o, ''"Qızıl Zəncir"'' - [[Moisey Kalankatlı]] dövründən Qarabağ knyazlıqları dövrünə kimi tarixi oçerklərini nəşr etdirir. Bir neçə il sonra, [[1981]] - ci ildə o, ''"Ermənistanın şərq əyalətləri haqqında tarixi oçerklər (V - VII əsrlər)"'' və ''"Qandzasar"'' monoqrafiyalarını nəşr etdirir. 1994 - cü ildə "Başlanğıcdan bizim günlərə kimi Artsak tarixi" kitabı nəşr edilir. Qədim erməni dili [[qrabar]] üzrə mütəxəssis olan Ulubabyan orta əsrlər erməni tarixçisi [[Lazar Parpetsi]]nin iki əsərini - "''Ermənistan tarixi''" və "''Vahan Mamikonyana ismarıc''" əsərlərini müasir erməni dili olan aşxarabara tərcümə edir.


Bəzi beynəlxalq elmi dairələr Baqrat Ulubabyanı Qafqazşünaslıq üzrə mütəxəssiz hesab edir. Erməni əsilli amerikalı Qafqazşünas Robert H.Hevsen və erməni əsilli fransalı Qafqazşünas Patrik Donabedyan özlərinin Qafqaz Albaniyası haqqında olan elmi işlərində Baqrat Ulubabyanın bu mövzuda yazdığı elmi işlərə istinad edirlər.
Bəzi beynəlxalq elmi dairələr Baqrat Ulubabyanı [[Qafqazşünaslıq]] üzrə mütəxəssiz hesab edir. Erməni əsilli amerikalı Qafqazşünas Robert H.Hevsen və erməni əsilli fransalı Qafqazşünas Patrik Donabedyan özlərinin Qafqaz Albaniyası haqqında olan elmi işlərində Baqrat Ulubabyanın bu mövzuda yazdığı elmi işlərə istinad edirlər.


Faktiki olaraq erməni əsilli qərb Qafqazşünasları Ulubabyanı qərb elmi aləminə etibarlı və ciddi mənbə kimi qələmə verməyə çalışırlar.
Faktiki olaraq erməni əsilli qərb Qafqazşünasları Ulubabyanı qərb elmi aləminə etibarlı və ciddi mənbə kimi qələmə verməyə çalışırlar.

11:43, 14 mart 2013 tarixindəki versiya

Baqrat Ulubabyan
erm. Բագրատ Արշակի Ուլուբաբյան
Doğum tarixi 9 dekabr 1925(1925-12-09)[1]
Doğum yeri
Vəfat tarixi 19 noyabr 2001(2001-11-19) (75 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Toxmaq qəbiristanlığı[d]
Təhsili Bakı Pedoqoji İnstitutu
İxtisası Orta əsrlər Erməni tarixi
Qarabağ tarixi
Erməni dili
Erməni ədəbiyyatı
Fəaliyyəti yazıçı, tarixçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Baqrat Arşaki Ulubabyan (erm. Բագրատ Արշակի Ուլուբաբյան; 9 dekabr 1925 — 19 noyabr 2001) – erməni yazıçısı və tarixçisi. Ulubabyanın araşdırmalarının və əsərlərinin böyük hissəsi Qarabağ mövzusuna həsr olunub. 1980 – ci illərin sonunda Ermənistanda “Qarabağ hərəkatı” baş qaldıranda Ulubabyan bu hərəkatın başlıca ideoloqlarından biri idi.

Bioqrafiyası

Baqrat Ulubabyan 9 dekabr 1924 – cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni (indiki Xocavənd rayonu) rayonunun Müşkapat kəndində anadan olub. 1944 – cü ildə Şuşa Pedaqoji İnstitutu bitirir, iki il sonra Bakıdakı Pedaqoji İnstitutda erməni dili və ədəbiyyatı üzrə elmi ad alır. 1949-1967 – ci illərdə DQMV-də yaşayıb vilayətin yazıçılar birliyinin sədri olub həmçinin erməni dilində nəşr olunan “Sovetakan Qarabağ” (Sovet Qarabağı) qazetində məqalələri nəşr olunub. Ulubabyan Muxtar Vilayətin Ali Sovetinin deputatı olub. 1968–ci ildə Ulubabyan İrəvana köçür və Ermənistan Milli Elmlər Akademiyasının Tarix bölməsində baş elmi işçi vəzifəsində çalışır.[2]

1965–ci ildə o, 30 nəfər erməni elmi xadimi və alimi ilə birlikdə DQMV-nin Ermənistan SSR ilə birləşdirilməsi haqqında Sovet rəhbərliyinə yönəlmiş müraciəti imzalayır. Ulubabyan 1980 - ci illərin sonunda İrəvanda Dağlıq Qarabağı Ermənistana birləşdirmək tələbi ilə keçirilən nümayişlərdə tez-tez millətçi nitqlərlə çıxış edir.

Baqrat Ulubabyan 19 noyabr 2001–ci ildə vəfat edir.

Elmi işləri və tənqidi

Ulubabyanın ilk əsərləri poeziya ilə bağlı olur.[2] 1991 – ci ildə o aqressiv millətçi ruhda yazılmış “Sardarapat” romanını dərc etdirir.

1970–ci illərdən etibarən Ulubabyan öz əsərlərində Qarabağ mövzusunu qabartmağa başlayır. 1975 - ci ildə onun Xaçın knyazlığının tarixinə və mədəniyyətinə həsr edilmiş "Xaçın knyazlığı X - XV əsrlərdə" monoqrafiyası nəşr edilir. 1979-cu ildə o, "Qızıl Zəncir" - Moisey Kalankatlı dövründən Qarabağ knyazlıqları dövrünə kimi tarixi oçerklərini nəşr etdirir. Bir neçə il sonra, 1981 - ci ildə o, "Ermənistanın şərq əyalətləri haqqında tarixi oçerklər (V - VII əsrlər)""Qandzasar" monoqrafiyalarını nəşr etdirir. 1994 - cü ildə "Başlanğıcdan bizim günlərə kimi Artsak tarixi" kitabı nəşr edilir. Qədim erməni dili qrabar üzrə mütəxəssis olan Ulubabyan orta əsrlər erməni tarixçisi Lazar Parpetsinin iki əsərini - "Ermənistan tarixi" və "Vahan Mamikonyana ismarıc" əsərlərini müasir erməni dili olan aşxarabara tərcümə edir.

Bəzi beynəlxalq elmi dairələr Baqrat Ulubabyanı Qafqazşünaslıq üzrə mütəxəssiz hesab edir. Erməni əsilli amerikalı Qafqazşünas Robert H.Hevsen və erməni əsilli fransalı Qafqazşünas Patrik Donabedyan özlərinin Qafqaz Albaniyası haqqında olan elmi işlərində Baqrat Ulubabyanın bu mövzuda yazdığı elmi işlərə istinad edirlər.

Faktiki olaraq erməni əsilli qərb Qafqazşünasları Ulubabyanı qərb elmi aləminə etibarlı və ciddi mənbə kimi qələmə verməyə çalışırlar.

Rusiyalı alim Viktor Şnirelman öz elmi işlərində Ulubayanı kəskin tənqid edərək onu miflər yaratmaqda və yaymaqda ittiham edir. Xüsusən bu miflər Utiylərin mənşəyinə və Kürlə Arazın arasındakı ərazilərin ermənilərə məxsus olduğu haqqındadır. Şnirelman Ulubabyanın mülahizlərəinin və fikirlərinin tamamilə yalnış və uydurma olduğunu sübut edir.

İstinadlar

  1. 1 2 Armenian Soviet Encyclopedia, vol. 12 (erm.). C. 12. S. 212.
  2. 1 2 «Ուլուբաբյան, Բագրատ Արշակի» (Улубабян, Баграт Аршакович). Армянская Советская Энциклопедия. Том XII. Ереван, Армянская ССР: Академия наук Армении, 1986, с. 212.