Ümumi Daxili Məhsul: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
[[Şəkil:GDP_PPP_per_capita_2007_IMF.png|thumb|right|450px|Adam başına düşən ÜDM (PPP) [[ABŞ dolları|ABŞ dollar]] 2008-ci il

[[Şəkil:GDP_PPP_per_capita_2007_IMF.png|thumb|right|450px|Adam başına düşən ÜDM (PPP) [[ABŞ dolları|ABŞ dollar]] 2007-ci il

* '''Maksimal:''' [[Lüksemburq]] — 82 600 USD

* '''Maksimal:''' [[Lüksemburq]] — 82 600 USD

* '''Minimal:''' [[Şərqi Timor]] — 400 USD

* '''Minimal:''' [[Şərqi Timor]] — 400 USD

21:20, 31 may 2009 tarixindəki versiya

Adam başına düşən ÜDM (PPP) ABŞ dollar 2007-ci il
* Maksimal: Lüksemburq — 82 600 USD
* Minimal: Şərqi Timor — 400 USD
* Orta dünya: 11 000 USD
* Ümumi dünyada: 68,9 trillion USD

Ümumi Daxili Məhsul (ingiliscə Gross Domestic Product (GDP)), qısaldılmış ÜDM - bir ölkənin sərhədləri çərçivəsində bir müddət ərzində istehsal olunan ixrac, dövlət daxili istifadə və toplama üçün nəzərdə tutulan son xidmətlərin və məhsulların toplam dəyəridir. Adam başına düşən ÜDM ölkədə yaşayan insanların həyat səviyyəsinin əsas göstəricilərindən biri kimi qəbul edilir. ÜDM-un beynəlxalq müqayisəsi üçün ÜDM bir valyutada hesablamağın iki yolu var: məzənnə və ya almaq qabiliyyəti tarazlığı (PPP) (daha dəqiq hesablama yoludur) yolu ilə.

Nominal və real ÜDM

Nominal ÜDM – hesablamada istehsal edilən malların aktual bazar qiyməti götürülür. Bu səbəbdən nominal ÜDM malın qiymət dəyişikliklərindən asılıdır - yəni inflyasiya/deflyasiya nəticəsində malların qiyməti qalxdığı/düşdüyü halda nominal ÜDM-da qalxır/düşür. Məsəl üçün, ölkədə cəmi 2 məhsul istehsal edilir, məhsul A və B. 2007-ci ildə məhsul A-dan 100 ədəd, B-dən isə 200 ədəd istehsal edilir. A-nın 2007-ci ildə bazar qiyməti 30, B-nın 20 pul vahididir. Bu halda 2007-ci ildə ÜDM = 100 * 30 + 200 * 20 = 7000 bərabərdir. 2008-ci ildə 10% inflasiya olduğu halda və istehsalın artmadığı halda 2008-ci ildə nominal ÜDM 100 * 33 + 200 * 22 = 7700 bərabərdir. Gördüyümüz kimi hətta istehsalın artmadığı halda nominal ÜDM 700 pul vahidi artdı.

Malın qiymətindən asılılığı aradan götürmək üçün və səhv yanaşmadan yayınmaq üçün real ÜDM hesablanır.

Fayl:Azerbaijan GDP IMF.png
alt text

Real ÜDM-da qiymət dəyişiklikləri nəzərə alınır. Bunun üçün bir əsas il götürülməli və yeni ildə əsas ilin qiymətləri tətbiq edilməlidir – yuxarıdakı məsəl üçün 2008-ci ildə real ÜDM = 100 * 30 + 200 * 20 = 7000 bərabərdir. Bu o deməkdir ki, əsas il 2007-ci il götürüldüyü halda 2008-ci ildə real ÜDM-un artımı 0%, nominal ÜDM-un artımı isə 10% təşkil etmişdi.

ÜDM deflyator nominal ÜDM-un və real ÜDM-un münasibətini göstərir:

Yuxarıdakı məsəl üçün 2008-ci ildə:

ÜDM-un hesablama yolları

ÜDM-un bir neçə hesablama yollara var:

• IMD – İstehsal edilən son malların dəyəri
• OM – Son məhsul (İMD) üçün istifadə olunan son məhsulların dəyəri
• V – Məhsul üçün vergi
• S – Subsidiyalar

ÜDM Azərbaycan

Fayl:Azerbaijan GDP real.png
alt text

2008-ci ilin sonunda ÜDM Azərbaycanda 31468 mln. AZN və ya 79181 mln. USD (GDP(PPP)) ibarət edib. Adam başına ÜDM 3651 AZN və ya 9183 USD (GDP(PPP)) təşkil etmişdi və beynəlxalq müqayisədə Azərbaycan 82 yerdə qərarlaşıb.

Fayl:Azerbaijan Oil sector.png
alt text

80-ci illərdən bütün Sovet ölkələrində olduğu kimi Azərbaycan da iqtisadi tənəzzüllə üzləşdi. Müstəqillik əldə etdikdən sonra da tənəzzül davam etdi. Ən az ÜDM Azərbaycanda 1995 ildə gedə alınıb (2133 mln. AZN). 1996-ci ildən başlayaraq Azərbaycanda ÜDM-nın orta real artım tempi ~16% təşkil edib. Bu çox böyük göstəricidir, lakin ÜDM-da neft sektorunun payı çox böyükdür 59%. Qeyri neft sektorunun orta artım tempi 1998-ci ildən 2008-ci ilə kimi 11,5% olub. ÜDM-da sənaye 62%, kənd təsərrüfatı 6,5%, tikinti 5,6%, xidmət sahələri 19,2% təşkil edir. Qonşu ölkələrlə müqayisədə adam başına düşən ÜDM (PPP):

Fayl:Azerbaijan GDP(PPP) p c.png
alt text

1. Rusiya - 15922 USD
2. Türkiyə - 13138 USD
3. Qazaxıstan – 11416 USD
4. İran – 11250 USD
5. Azərbaycan – 9183 USD
6. Türkmənistan – 5711 USD
7. Ermənistan – 5273 USD
8. Gürcüstan – 4863 USD

ÜDM dünyada

Dünyanın ÜDM 68999 mlrd. USD təşkil edir. Ən böyük ÜDM isə Amerika Birləşmiş Ştatlarındadır 14264 mlrd. USD. Adam başına düşən ÜDM-la görə birinci yerlərdə Qatar və Lüksemburq (İMF) yerləşir ~80000 USD. ÜDM-da vətəndaşların sosial tələbləri (haqq-bütün mənalarda, sığorta, sabitlik, hava, su və yemək məhsullarının keyfiyyəti, istirahət üçün şərait v. s.) nəzərə alınmadığına görə, adam başına düşən ÜDM ölkədə yaşayan insanların həyat səviyyəsinin əsas göstəricilərindən biri kimi qəbul edilsə də, yeganə göstərici kimi qəbul edilə bilməz. Həyat səviyyəsinin ölçülməsində bu üsullar da kömək ola bilərlər:

• Gini-Index – dövlətin gəlirlərinin vətəndaşları arasında haqlı bölüşdürülməsini müəyyən etmək üçün bir üsul
• Human Development Index (HDI) – vətəndaşların ümumi inkişafı (xalqın gəlirlərindən, vətəndaşların gözlənilən həyat müddətindən və təhsil səviyyəsindən ibarətdir)
• Genuine Progress Indicator
• Index of Sustainable Economic Welfare (ISEW)
• Happy Planet Index (HPI)

Mənbələr

http://www.economy.gov.az/
http://www.imf.org/
Grundzüge Volkswirtschaftslehre, N. Gregory Mankiw, 3. Auflage, 2004