Ümumi Daxili Məhsul: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
|||
Sətir 68: | Sətir 68: | ||
== ÜDM dünyada == |
== ÜDM dünyada == |
||
[[Dünya|Dünyanın]] ÜDM 2008-ci il üçün 68999 mlrd. USD təşkil edir. Ən böyük ÜDM isə [[ABŞ|Amerika Birləşmiş Ştatlarındadır]] 14264 mlrd. USD. Adam başına düşən ÜDM-la görə birinci yerlərdə [[Qatar]] və Lüksemburq ([[İMF]]) yerləşirlər ~80000 USD. |
[[Dünya|Dünyanın]] ÜDM 2008-ci il üçün 68999 mlrd. USD təşkil edir. Ən böyük ÜDM isə [[ABŞ|Amerika Birləşmiş Ştatlarındadır]] 14264 mlrd. USD. Adam başına düşən ÜDM-la görə birinci yerlərdə [[Qatar_(dövlət)|Qatar]] və Lüksemburq ([[İMF]]) yerləşirlər ~80000 USD. |
||
ÜDM-da [[vətəndaş|vətəndaşların]] [[sosial]] tələbləri ([[hüquq|haqq]]-bütün mənalarda, [[sığorta]], [[sabitlik]], [[hava]], [[su]] və yemək məhsullarının [[keyfiyyət|keyfiyyəti]], istirahət üçün şərait v. s.) nəzərə alınmadığına görə, adam başına düşən ÜDM ölkədə yaşayan insanların həyat səviyyəsinin əsas göstəricilərindən biri kimi qəbul edilsə də, yeganə göstərici kimi qəbul edilə bilməz. Həyat səviyyəsinin ölçülməsində bu üsullar da kömək ola bilərlər: |
ÜDM-da [[vətəndaş|vətəndaşların]] [[sosial]] tələbləri ([[hüquq|haqq]]-bütün mənalarda, [[sığorta]], [[sabitlik]], [[hava]], [[su]] və yemək məhsullarının [[keyfiyyət|keyfiyyəti]], istirahət üçün şərait v. s.) nəzərə alınmadığına görə, adam başına düşən ÜDM ölkədə yaşayan insanların həyat səviyyəsinin əsas göstəricilərindən biri kimi qəbul edilsə də, yeganə göstərici kimi qəbul edilə bilməz. Həyat səviyyəsinin ölçülməsində bu üsullar da kömək ola bilərlər: |
||
* [[Gini-Index]] – dövlətin gəlirlərinin vətəndaşları arasında haqlı bölüşdürülməsini müəyyən etmək üçün bir üsul |
* [[Gini-Index]] – dövlətin gəlirlərinin vətəndaşları arasında haqlı bölüşdürülməsini müəyyən etmək üçün bir üsul |
09:07, 1 iyun 2009 tarixindəki versiya
Ümumi Daxili Məhsul (ingiliscə Gross Domestic Product (GDP)), qısaldılmış ÜDM - bir ölkənin sərhədləri çərçivəsində bir müddət ərzində istehsal olunan ixrac, dövlət daxili istifadə və toplama üçün nəzərdə tutulan son xidmətlərin və məhsulların toplam dəyəridir. Adam başına düşən ÜDM, ölkədə yaşayan insanların həyat səviyyəsinin əsas göstəricilərindən biri kimi qəbul edilir. ÜDM-un beynəlxalq müqayisəsi üçün ÜDM bir valyutada hesablamağın iki yolu var: məzənnə və ya almaq qabiliyyəti tarazlığı (PPP) (daha dəqiq hesablama yoludur) yolu ilə.
Nominal və real ÜDM
Nominal ÜDM – hesablamada istehsal edilən məhsulların aktual bazar qiyməti götürülür. Bu səbəbdən nominal ÜDM məhsulun qiymət dəyişikliklərindən asılıdır - yəni inflyasiya/deflyasiya nəticəsində məhsulun qiyməti qalxdığı/düşdüyü halda nominal ÜDM da qalxır/düşür. Məsəl üçün, ölkədə cəmi 2 məhsul istehsal edilir, məhsul A və B. 2007-ci ildə məhsul A-dan 100 ədəd, B-dən isə 200 ədəd istehsal edilir. A-nın 2007-ci ildə bazar qiyməti 30, B-nın 20 pul vahididir. Bu halda 2007-ci ildə ÜDM = 100 * 30 + 200 * 20 = 7000 bərabərdir. 2008-ci ildə 10% inflasiya olduğu halda və istehsalın artmadığı halda 2008-ci ildə nominal ÜDM 100 * 33 + 200 * 22 = 7700 bərabərdir. Gördüyümüz kimi hətta istehsalın artmadığı halda nominal ÜDM 700 pul vahidi artdı.
Məhsulun qiymətindən asılılığı aradan götürmək üçün və səhv yanaşmadan yayınmaq üçün real ÜDM hesablanır.
Real ÜDM-da qiymət dəyişiklikləri nəzərə alınır. Bunun üçün bir əsas il götürülməli və yeni ildə əsas ilin qiymətləri tətbiq edilməlidir – yuxarıdakı məsəl üçün 2008-ci ildə real ÜDM = 100 * 30 + 200 * 20 = 7000 bərabərdir. Bu o deməkdir ki, əsas il 2007-ci il götürüldüyü halda 2008-ci ildə real ÜDM-un artımı 0%, nominal ÜDM-un artımı isə 10% təşkil etmişdi.
ÜDM deflyator nominal ÜDM-un və real ÜDM-un münasibətini göstərir:
Yuxarıdakı məsəl üçün 2008-ci ildə:
ÜDM-un hesablama yolları
ÜDM-un bir neçə hesablama yollara var:
-
- C - Əhalinin istehlak xərcləri
- I - Ümumi xüsusi investisiyalar
- G - Dövlət Xərcləri
- EX - İxrac
- İM – İdxal
-
- IMD – İstehsal edilən son məhsulların dəyəri
- OM – Son məhsul (İMD) üçün istifadə olunan son məhsulların dəyəri
- V – Məhsul üçün vergi
- S – Subsidiyalar
-
- XÜDM = G + DG + V – S
- XÜMD – Xalis ÜDM
- A - Amortizasiya
- G – Razılaşmaya əsasən şirkətin/insanın işçisinə ödəməli olduğu məbləğlər
- DG – Digər gəlirlər
ÜDM Azərbaycan
2008-ci ilin sonunda ÜDM Azərbaycanda 31468 mln. AZN və ya 79181 mln. USD (GDP(PPP)) ibarət edib. Adam başına ÜDM 3651 AZN və ya 9183 USD (GDP(PPP)) təşkil etmişdi və beynəlxalq müqayisədə Azərbaycan 82 yerdə qərarlaşıb.
80-ci illərdə bütün Sovet ölkələrində olduğu kimi Azərbaycan da iqtisadi tənəzzüllə üzləşdi. Müstəqillik əldə etdikdən sonra da tənəzzül davam etdi. Ən az ÜDM Azərbaycanda 1995-ci ildə gedə alınıb (2133 mln. AZN). 1996-ci ildən başlayaraq Azərbaycanda ÜDM-nın orta real artım tempi ~16% təşkil edib. Bu çox böyük göstəricidir, lakin ÜDM-da neft sektorunun payı çox böyükdür 59%. Qeyri neft sektorunun orta artım tempi 1998-ci ildən 2008-ci ilə kimi 11,5% olub. ÜDM-da sənaye 62%, kənd təsərrüfatı 6,5%, tikinti 5,6%, xidmət sahələri 19,2% təşkil edir. Qonşu ölkələrlə müqayisədə adam başına düşən ÜDM (PPP):
1. Rusiya - 15922 USD
2. Türkiyə - 13138 USD
3. Qazaxıstan – 11416 USD
4. İran – 11250 USD
5. Azərbaycan – 9183 USD
6. Türkmənistan – 5711 USD
7. Ermənistan – 5273 USD
8. Gürcüstan – 4863 USD
ÜDM dünyada
Dünyanın ÜDM 2008-ci il üçün 68999 mlrd. USD təşkil edir. Ən böyük ÜDM isə Amerika Birləşmiş Ştatlarındadır 14264 mlrd. USD. Adam başına düşən ÜDM-la görə birinci yerlərdə Qatar və Lüksemburq (İMF) yerləşirlər ~80000 USD. ÜDM-da vətəndaşların sosial tələbləri (haqq-bütün mənalarda, sığorta, sabitlik, hava, su və yemək məhsullarının keyfiyyəti, istirahət üçün şərait v. s.) nəzərə alınmadığına görə, adam başına düşən ÜDM ölkədə yaşayan insanların həyat səviyyəsinin əsas göstəricilərindən biri kimi qəbul edilsə də, yeganə göstərici kimi qəbul edilə bilməz. Həyat səviyyəsinin ölçülməsində bu üsullar da kömək ola bilərlər:
- Gini-Index – dövlətin gəlirlərinin vətəndaşları arasında haqlı bölüşdürülməsini müəyyən etmək üçün bir üsul
- Human Development Index (HDI) – vətəndaşların ümumi inkişafı (xalqın gəlirlərindən, vətəndaşların gözlənilən həyat müddətindən və təhsil səviyyəsindən ibarətdir)
- Genuine Progress Indicator
- Index of Sustainable Economic Welfare (ISEW)
- Happy Planet Index (HPI)
Mənbələr
http://www.economy.gov.az/
http://www.imf.org/
Grundzüge der Volkswirtschaftslehre, N. Gregory Mankiw, 3. Auflage, 2004