Dadaş Şaraplı: Redaktələr arasındakı fərq
Azad fotoşəkil |
|||
Sətir 29: | Sətir 29: | ||
'''Akademik teatrda oynadığı əsas rollar''' |
'''Akademik teatrda oynadığı əsas rollar''' |
||
{| class="standard sortable" |
{| class="standard sortable" style="font-size: 90%;" |
||
|- |
|- |
||
! Tamaşa !! Müəllif !! Rol |
! Tamaşa !! Müəllif !! Rol |
16:49, 25 noyabr 2019 tarixindəki versiya
Dadaş Şaraplı | |
---|---|
Doğum tarixi | 8 sentyabr 1903 |
Doğum yeri | |
Vəfat tarixi | 1959 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1921-ci ildən |
Teatr | |
Mükafatları |
|
Dadaş Kamil oğlu Şaraplı (Məmmədov) (8 sentyabr 1903, Bakı – 1959, Bakı) — Azərbaycanın teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1938).
Həyatı
Dadaş Şaraplı 8 sentyabr 1903-cü ildə Bakıda anadan olub. O, gənc yaşlarından müxtəlif teatr truppalarında çıxıb edib. 1921-ci ildə yeni yaranmış Azad Tənqid və Təbliğ Teatrının kollektivinə qəbul olunub. Dadaş Şaraplı 1922-ci ilin axırlarında Azərbaycan Dram Teatrının aktyor truppasına götülüb. Burada işləyərkən o, 1934–1938-ci illərdə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbində təhsil alıb. O, iki ilə yaxın, 1938–1940-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb və yenidən Azərbaycan Dram Teatrına qayıdıb. 1940-cı illərdə qısa müddət yaradıcılığını sirk səhnəsində davam etdirib və Azərbaycan Dövlət Filarmoniyasında konferansye olaraq intermediyalarda çıxış edib.[1]
Dadaş Şaraplı 1959-cu ildə Bakıda vəfat edib.
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 4 dekabr 1938
İfa etdiyi əsas rollar
Akademik teatrda oynadığı əsas rollar
Tamaşa | Müəllif | Rol |
---|---|---|
Hacı Qara | Mirzə Fətəli Axundov | Kərəməli |
Müsibəti-Fəxrəddin | Nəcəf bəy Vəzirov | Məhərrəm bəy |
Pəri cadu | Əbdürrəhim bəy Haqverdiyev | Əmrah və Təlxək |
Şeyx Sənan | Hüseyn Cavid | Serqo |
Knyaz | Hüseyn Cavid | Kinto |
Oqtay Eloğlu | Cəfər Cabbarlı | Mazandaranski |
Almaz | Cəfər Cabbarlı | Ocaqqulu |
Yaşar | Cəfər Cabbarlı | Niyaz |
Xoşbəxtlər | Sabit Rəhman | Bərbərzadə |
Vaqif | Səməd Vurğun | Təlxək |
Həyat | Mirzə İbrahimov | Pardon Qurbanəli |
Hamlet | Uilyam Şekspir | Gildestern |
Şıltaq qızın yumşalması | Uilyam Şekspir | Tranio |
Jorj Danden | Jan-Batist Molyer | Lyuben |
Don Juan | Jan-Batist Molyer | Pyero |
Skapenin kələkləri | Jan-Batist Molyer | Silvestr |
Məkr və məhəbbət | Fridrix Şiller | Hofmarşal |
Dubrovski | Aleksandr Puşkin | Şabaşkin |
Müfəttiş | Nikolay Qoqol | Mişka |
Günahsız müqəssirlər | Aleksandr Ostrovski | Milavzorov |
Yurdsuz insanlar | Maksim Qorki | Alyoşa |
Gülən adam | Viktor Hüqo | Redibel |
Tom dayının koması | Biçer Stou | Bezqali |
Fiqaronun toyu | Onore de Balzak | Jerubino |
Dəmirçi Gavə | Şəmsəddin Sami | Pərviz |
80 gün dünya səyahəti | Jül Vern | Fite |
Göy quş | Moris Meterlink | Tilet |
İstinadlar
- ↑ İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. I. 2016. səh. 280–281.