Dövlət Vergi Xidməti (Azərbaycan): Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Teqlər: Mobil redaktə Mobil tətbiqetmə vasitəsilə redaktə iOS tətbiqetməsi vasitəsilə redaktə
Redaktənin izahı yoxdur
Teqlər: Mobil redaktə Mobil tətbiqetmə vasitəsilə redaktə iOS tətbiqetməsi vasitəsilə redaktə
Sətir 36: Sətir 36:
* Vergi sahəsində hüquq pozuntularını doğuran səbəbləri araşdırmaq və belə halların aradan qaldırılması üçün öz səlahiyyətləri daxilində müvafiq tədbirlər həyata keçirmək;
* Vergi sahəsində hüquq pozuntularını doğuran səbəbləri araşdırmaq və belə halların aradan qaldırılması üçün öz səlahiyyətləri daxilində müvafiq tədbirlər həyata keçirmək;
* Azərbaycan Respublikasının qanunvericiliyi ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
* Azərbaycan Respublikasının qanunvericiliyi ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

== Nazirliyin informasiya resursları ==
[https://vergiler.az/ “Vergilər.az”] onlayn qəzeti <ref>[http://vergiler.az “Vergilər.az” onlayn qəzeti]</ref> - 11 fevral 2000-ci ildən “Vergilər” qəzeti dərc edilməyə başlayıb. 1 yanvar 2019-cu ildən “Vergilər” qəzetinin çap versiyasını əvəz edən “Vergiler.az” onlayn qəzet fəaliyyətə başlayıb. “Vergilər.az” onlayn qəzeti iqtisadi proseslər, vergi sahəsində baş verən yeniliklər barədə xəbərlər, məqalələr və müsahibələrin yer aldığı onlayn xəbər resursudur.<ref>[https://www.bizimyol.info/az/news/132020.html Vergilər Nazirliyinin qəzeti elektron versiyaya keçdi]</ref>

[http://vergijurnali.az/ “Azərbaycanın vergi jurnalı”] - 1 iyul 2003-cü ildə “Azərbaycanın vergi jurnalı” Vergilər Nazirliyi tərəfindən təsis edilib. Jurnal rübdə bir dəfə 158 səhifə həcmində 1000 nüsxə tirajla nəşr edilir. “Azərbaycanın vergi jurnalı” Vergilər Nazirliyinin resenziyalı elmi nəşridir. Jurnalda əsasən vergiqoymanın müasir problemlərini və vergi işinin ümumkonseptual məsələlərini optimal nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən məqalələrin dərcinə üstünlük verilir. Həmçinin iqtisadiyyatın digər sahələrilə bağlı yazılmış orjinal məqalələrin dərcinə də yer verilir.<ref>[https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan%C4%B1n_vergi_jurnal%C4%B1 "Azərbaycanın vergi jurnalı"nın Wikipedia səhifəsi]</ref>


== Beynəlxalq reytinqlər ==
== Beynəlxalq reytinqlər ==

14:02, 9 may 2020 tarixindəki versiya

Vergilər Nazirliyi
  • Azərbaycan Respublikası Vergilər Nazirliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan
Yurisdiksiya Azərbaycan Respublikası
Yaradılma tarixi 11 fevral 2000
Əvvəlki qurum Baş Dövlət Vergi Müfəttişliyi
Ləğv edilib 23 oktyabr 2019
Sonrakı İqtisadiyyat Nazirliyi
Tabelik Azərbaycan Respublikası Prezidenti
Baş qərargah Bakı, Azərbaycan
Ünvan Lev Landau küç.,16, AZ1073,
Rəhbərlik
Birinci müavin Sahir Məmmədxanov [1]
müavin Mətin Eynullayev [2]
müavin İlkin Vəliyev [3]

Rəsmi saytı taxes.gov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Respublikası Vergilər NazirliyiAzərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Tarix

1919-cu il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin qəbul etdiyi qərarla Maliyyə Nazirliyinin nəzdində Vergi Müfəttişliyinin təsis olunması ilə müstəqil Azərbaycanda vergi xidmətinin ilk fəaliyyəti başlanmışdır.

1920-1991-ci illərdə Azərbaycan SSRİ-nin tərkibində olduğundan, həmin dövrdə vergi məsələləri Sovet İttifaqının vergi qanunları ilə tənzimlənmişdir.

1990-cı ilin iyul ayında yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasında vergilərin və digər icbari ödənişlərin tam və vaxtında səfərbər olunması, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə Respublika Maliyyə Nazirliyinin tərkibində vergi xidməti yaradılmışdır.

1991-ci ilin oktyabrında vergi qanunvericiliyinə riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədi ilə bu xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılmış və müstəqil orqan, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlamışdır.

11 fevral 2000-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilmiş, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Vergilər Nazirliyi yaradılmışdır.[1]

23 oktyabr 2019 - cu ildə "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaradılıb. [2]

Vəzifələri

Nazirlik Azərbaycan Respublikası Vergilər Nazirliyi haqqında qəbul edilmiş Əsasnamə ilə müəyyən edilmiş bir sıra vəzifələri həyata keçirir[3]:

  • Öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının dövlət vergilərinin və digər büdcə daxilolmalarının düzgün hesablanmasına, onların vaxtında və tam məbləğdə dövlət büdcəsinə köçürülməsinə, vergi qanunvericiliyinə riayət olunmasına nəzarət etmək;
  • Vergi qanunvericiliyi və ona edilən dəyişikliklərlə bağlı vergi ödəyicilərinə məlumatların, vergilərin hesablanması və ödənilməsi barədə onlara əvəzsiz olaraq izahatların verilməsini təmin etmək;
  • Vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin qorunmasını təmin etmək;
  • Vergi sahəsində hüquq pozuntularını doğuran səbəbləri araşdırmaq və belə halların aradan qaldırılması üçün öz səlahiyyətləri daxilində müvafiq tədbirlər həyata keçirmək;
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Beynəlxalq reytinqlər

Dünya Bankı tərəfindən hazırlanmış biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən «Doing Business 2019» hesabatında Azərbaycan Respublikasının mövqeyi 190 ölkə arasında 25-ci yerə yüksəlib . “Doing Business 2019” hesabatında 2 indikator «Biznesə başlama»  (ing.)[4] və «Vergilərin ödənişi»  (ing.)[5] birbaşa vergi məsələlərinə aiddir. Azərbaycan hər iki göstərici üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, “Biznesə başlama” üzrə son bir ildə 18-ci yerdən 9-cu yerə, “Vergilərin ödənilməsi” indikatoru üzrə 35-ci yerdən 28-ci yerə yüksəlib. (rus.)[6] (ing.)[7]

“Doing Business” hesabatlarında “Biznesə başlama” indeksi üzrə göstərici

  • 2015 – 12-ci yer
  • 2016 – 7-ci yer
  • 2017 – 5-ci yer
  • 2018 – 18-ci yer
  • 2019 – 9-cu yer

“Vergilərin ödənilməsi” indeksi üzrə göstərici

  • 2015 – 33-cü yer
  • 2016 – 34-cü yer
  • 2017 – 40-cı yer
  • 2018 – 35-ci yer
  • 2019 – 28-ci yer

Həmçinin bax

İstinadlar

Xarici keçidlər