Təhlükəsizlik Şurası (Azərbaycan)

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası — 1991-ci il mayın 14-də Azərbaycanın 1-ci Prezidenti Ayaz Mütəllibov tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Milli Təhlükəsizlik Şurası adı ilə yaradılıb.[1]

Təhlükəsizlik Şurası
Şuranın 2017-ci il fevralın 21-də baş tutan iclası
Şuranın 2017-ci il fevralın 21-də baş tutan iclası
Ümumi məlumatlar
Ölkə
Yaradılma tarixi 14 may 1991

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası milli təhlükəsizlik məsələləri üzrə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə əsasən yaradılan məşvərətçi orqandır.

Təhlükəsizlik Şurası milli təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlətin xarici və daxili təhlükəsizliyinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər verir, milli təhlükəsizliyin təmin edilməsi, habelə dövlətin konstitusiya quruluşunun, suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, ölkədə daxili təhlükəsizliyin və ictimai-siyasi sabitliyin vəziyyəti ilə bağlı məsələlərə baxır və səlahiyyətlərinə aid edilmiş digər funksiyaları yerinə yetirir.

Azərbaycan Respublikasının Prezidenti Təhlükəsizlik Şurasının sədridir.

Təhlükəsizlik Şurasının üzvlərini, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti təyin və azad edir.

Təhlükəsizlik Şurası öz işini iclaslar vasitəsilə həyata keçirir.

Təhlükəsizlik Şurasının iclaslarının gündəliyini Təhlükəsizlik Şurasının sədri müəyyən edir.

Təhlükəsizlik Şurasının iclaslarının təşkilini Təhlükəsizlik Şurasının katibi təmin edir.

Təhlükəsizlik Şurasının katibi Təhlükəsizlik Şurasının funksiyalarının həyata keçirilməsini təmin edən vəzifəli şəxsdir.

Təhlükəsizlik Şurasının katibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir.

Vəzifə Vəzifəni icra edən
Təhlükəsizlik Şurasının üzvləri
Şuranın sədri / Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva
Şuranın katibi Ramil Usubov
Şura katibinin müavini Mədət Quliyev
Azərbaycanın Baş naziri Əli Əsədov
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova
Prezident Administrasiyasının sədri Samir Nuriyev
Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov
Azərbaycanın Baş prokuroru Kamran Əliyev
Azərbaycanın daxili işlər naziri gen-pol. Vilayət Eyvazov
Şuranın üzvü Ramiz Mehdiyev[2]
Azərbaycanın müdafiə naziri gen-pol. Zakir Həsənov
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov
Dövlət Sərhəd Xidmətinin rəisi gen-pol. Elçin Quliyev
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi gen-pol. Əli Nağıyev
Xarici Kəşfiyyat Xidmətinin rəisi gen-pol. Orxan Sultanov
  1. ""Azərbaycan Respublikasının Prezidenti yanında Milli Təhlükəsizlik Şurasının yaradılması haqqında" 1991-ci il 14 may tarixli 208 nömrəli fərman". 2023-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-12.
  2. "Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]