Azərbaycan Respublikasının Dövlət katibi

Azərbaycan Respublikasının Dövlət katibi — 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikasında mövcud olmuş rəsmi dövlət vəzifəsi.

Dövlət katibi 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət Müdafiə Komitəsinin[1]Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Şurasının tərkibində olmuşdur[2].

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Şurası haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasının Dövlət katibi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təyin edilmiş və vəzifədən azad edilmişdir[2]. Həmin əsasnamədə onun statusu, funksiyaları və səlahiyyəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən Azərbaycan Respublikasının Dövlət katibi haqqında Əsasnamə ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur[2]. O, Dövlət Şurası haqqında reqlamentə uyğun olaraq onun işini təşkil etmək və Dövlət Şurası üzvlərinin fəaliyyətini əlaqələndirmək, Azərbaycan Respublikasının Prezidenti olmayanda və ya onun tapşırığı ilə Dövlət Şurasının iclaslarında sədrlik etmək səlahiyyətlərinə malik idi[2].

Dövlət katibləri

[redaktə | mənbəni redaktə et]