Fərhad Turanlı: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 62: Sətir 62:
*02 iyun 2019-cu ildə Ukrayna Pravoslav Kilsəsinin Sülhsevər Mitropolit Volodımıri Ordeni. [[Şəkil:Відзнака Фонду МВ від 2 червня 2019 р..jpg|thumb]
*02 iyun 2019-cu ildə Ukrayna Pravoslav Kilsəsinin Sülhsevər Mitropolit Volodımıri Ordeni. [[Şəkil:Відзнака Фонду МВ від 2 червня 2019 р..jpg|thumb]
*30 dekabr 2019-cu ildə [[Ukrayna Qarapapaq Türkləri Milli Şurası|Ukrayna Qarapapaq Türkləri Milli Şurasının]] [["Tenqri Ulduzu" ordeni]] ilə təltif edilib.<ref>[https://cebhe.info/professor_ferhad_turanli_tenqri_ulduzu_ordeni_ile_teltif_edildi-182046 Professor Ferhad Turanlı "Tenqri Ulduzu" ordeni ilə təltif edildi]</ref>
*30 dekabr 2019-cu ildə [[Ukrayna Qarapapaq Türkləri Milli Şurası|Ukrayna Qarapapaq Türkləri Milli Şurasının]] [["Tenqri Ulduzu" ordeni]] ilə təltif edilib.<ref>[https://cebhe.info/professor_ferhad_turanli_tenqri_ulduzu_ordeni_ile_teltif_edildi-182046 Professor Ferhad Turanlı "Tenqri Ulduzu" ordeni ilə təltif edildi]</ref>
*30 dekabr 2020-ci ildə [[Ukrayna Qarapapaq Türkləri Milli Şurası|Ukrayna Qarapapaq Türkləri Milli Şurasının]] [["Şərəf" ordeni (UQTMŞ)]] il' t'ltif edilib.
*30 dekabr 2020-ci ildə [[Ukrayna Qarapapaq Türkləri Milli Şurası|Ukrayna Qarapapaq Türkləri Milli Şurasının]] [["Şərəf" ordeni (UQTMŞ)]] ilə təltif edilib.

== Hac ziyarəti ==
== Hac ziyarəti ==



21:24, 5 yanvar 2021 tarixindəki versiya

Fərhad Turanlı
Doğum tarixi (63 yaş)
Doğum yeri Çiçəkli kəndi, Sabirabad diyarı,Azərbaycan
Vətəndaşlığı Ukrayna
Milliyyəti Azərbaycanlı Türk
Atası Qardaşkan Qardaşəli Oğlu
Anası Tamaşa Cəlil Qızı
Elm sahələri Tarix, dil, mədəniyyət, beynəlxalq münasibətlər
Elmi dərəcəsi Tarix elmlər doktoru
Elmi adı Professor
İş yeri "Kyiv-Mohılyanska Akademiysı" Milli Universiteti
Alma-mater Prıkarpatiya V. Stefanik Milli Universiteti
Təhsili Prıkarpatiya V. Stefanik Milli Universiteti
Tanınır Türkoloq, ukraynaşünas, tarixçi alim
Mükafatları "Tenqri Ulduzu" ordeni (UQTMŞ) "Azərbaycan Demokratik Cümhuriyyəti - 100 il" ordeni "Tərəqqi" medalı "Şərəf" ordeni (UQTMŞ) "Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 5 illiyi (2012-2017)" yubiley medalı
İmza

Fərhad Turanlı (d. 26 dekabr 1960 / Hicri: 7 Rəcəb 1380, Azərbaycan) — tarix elmlər doktoru, professor, türkoloq, ukraynaşünas, "Kyiv-Mohılyanska Akademiysı" Milli Universitetinin Humanitar elmlər fakültəsinin professoru.[1].Eyni zamanda 2019-cu ildə Milli Aviasiya Universitetinin Beynəlxalq Əlaqələr Fakultəsində təşəbbüsü ilə qurulan Şərqşünaslıq kafedrasının müdiri.

Həyatı

Turanlı Fərhad Qardaşxan Oğlu 1960-cı ildə Azərbaycanın Sabirabad diyarının Çiçəkli kəndində anadan olub, 1977-ci ildə isə Muğangəncəli orta məktəbini bitirib. 1977-1979-cu illərdə Bakı şəhərində yaşadı və əmək fəaliyyətinə başladı. 1979-1981-ci illərdə Ukraynanın Lvivİvano- Frankivsk şəhərlərində hərbi xidmətdə olub. Hərbi xidməti başa çatdırdıqdan sonra bir müddət Ukrayna Daxili işlər nazirliyində, o cümlədən Prıkarpatiya Polis akademəyasında pedaqoji fəaliyyət gösətib. 1986-cı ildə ailə həyatı qurub, övladı və nəvəsi var. Ukrayna vətəndaşı olan Fərhad Turanlı 1992-ci ildə Vasil Stefanik adına İvano-Frankivsk Dövlət Pedagoji İnstitutunun Tarix fakultəsini bitirib. 1993-1996 illərdə Prıkarpatiya Vasil Stefanik Milli Universitetinin aspiranturasında (Ukrayna) “Dünya tarixi” ixtisası üzrə oxuyaraq “Türk yazılı mənbələrinə görə XVII əsrdə Ukrayna Kazak Dövləti-Krım Xanlığı-Türk Osmanlı İmperatorluğu münasibətləri” mövzusunda elmi tətqiqat işləri aparmaqla bərabər, 1994-1996-сı (o cümlədən 2001-ci ilin oktyabr ayında) illərdə İstanbul Universitetinə dəvət olunaraq Osmanlı Türkçəsi, ərəbcə, qədim əlyazmalar (paleoqrafiya), tarix, dinşünaslıq, mədəniyyət vs. elmləri üzrə xüsusi dərslər keçərək, elmi tətqiqat işlərini Türkiyənin arxiv və kitabxanalarında uğurla davam etdirimişdir. 1997-ci ildə Tarix elmləri namizədliyi üzrə elmi dərəcəyə nail olmaq üçün, Ukrayna Milli Elmlər Akademiyasının Mihaylo Hruşevskiy adına Qədim Əlyazmalar və Mənbəşünaslıq İnstitutunun xüsusi Elmi Şurasında dissertasiyasını müdafiə edib. 2003-cü ildə isə həmin institutun doktoranturasını bitirib. 2017-ci il oktyabr ayının 12-də də “Türk-Osmanlı yazılı mənbələrində XVI-XVIII əsrlərdə Kazak dönəmi Ukrayna tarixi” mövzusunda tarix elmlər doktorluğu disertasiyasını Ukrayna Təhsil və Elm Nazirliyi Taras Şevçenko Kyiv Milli Universitetinin xüsusi Elmi Şurasında müdafiə edərək, tarix elmlər doktorluğu dərəcəsinə nail oub. Hazırda, “XVI-XIX yüzillərədə Türk Osmanlı İmperatorluğu, Ukrayna Kazak Dövləti, Kırım Xanlığı və Şərqi Avropa dövlətləri arsındaki münasibətlər” mövzusunda elmi tədqiqatını davam etdirir. Fərhad Turanlı 40 ildir ki, qürbətdə yaşayır.

Fəaliyyəti

Elmi fəaliyyəti

Elmi və pedaqoji fəaliyyəti

Fərhad Turanlı (h) 1997-2000-ci illərdə Prıkarpatiya Vasil Stefanik Milli Universitetində elmi-pedaqoji fəaliyyət göstərib. 2002-2006-cı illərdə Kyiv Taras Şevçenko Milli Universiteti Filologiya İnstitutunun Türkolgiya kafedrasının dosenti vəzifəsində elmi-pedaqoji fəaliyyət göstərərək, bilavasitə bu universitetdə Avropada ilk dəfə olaraq açılan "Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə dərsəlri tədris edərək, eyni zamanda “Türk İnformasiya və Araşdırma Mərkəzi”ni təşkil edib. 2006-2007 illərdə Beynəlxalq İdarəçilik Akademiyasının Averroes adına Ukrayna-Ərəb İnstitutunun Beynəlxalq əlaqələr kafedrasının dosenti vəzifəsində də çalışıb. 2007-ci ildən etibarən və hal-hazırda 1615-ci ildə təsis olunan, o cümlədən Amerika və Avropada tanınan "Kyiv-Mohılyanska Akademiysı" Milli Universitetinin Humanitar Elmlər fakültəsində, eyni zamanda 2019-cu ilin sentyabr ayının 1-dən e`tibarən Ukrayna Milli Aviasya Universiteti Beynəlxalq Əlaqələr Fakultəsinində təşəbbüsü ilə qurulan Sərqsünaslıq kafedrasının müdiri vəzifəsində elmi-pedaqoji fəaliyyət göstərir. Eyni zamanda 2011-2012-ci dərs ilində Lviv İvano Franko Milli Universiteti nin Yaroslav Daşkeviç adına şərqşünaslıq kafedrasının müdiri vəzifəsində işləyib; 2012-2014-cü illərdə Beynəlxalq Ukrayna Universitetində yeni qurduğu şərqşünaslıq kafedrasının professoru və müdiri vəzifəsində də fəaliyyət göstərib. Türkologiya, islamşünaslıq, ukraynaşünaslıq, beynəlxalq münasibətlər, politologiya mövzusunda bir sıra dərs proqramlarının müəllifidir. Ukraynada və xarici ölkələrdə nəşr olunan 200 artıq elmi əsərin, o cümlədən 3 monoqrafiyanın müəllifidir (bir sıra əsərləri burada qeydlidir: http://ekmair.ukma.edu.ua/discover). 27 ildir ki, elmi-pdagoji fəaliyyət göstərməkdədir.

Elmi rəhbər və məsləhətçiləri

Prof.Dr.Volodımir Grabovetskıy, Prof.Dr.Omelyan Pritsak, Prof.Dr.Yaroslav Daşkeviç, Prof.Dr.Yaroslav Kalakura

Siyasi fəaliyyəti

Ukraynada siyasi fəaliyyətlə də məşğul olan Fərhad Turanlı 2006-2008 illərdə Ukrayna Ali Radasının millət vəkilləri Gennadiy Udovenkonun, 2014-cü ildə isə Liliya Qırineviçin köməkci və məsləhətçisi olaraq da fəaliyyət göstərmişdir.

İctimai fəaliyyəti

1988-ci ildən başlayraq Ukraynada diaspora hərəkatının rəsmi qurucularından və iştirakçılarından biridir. Ukrayna Azərbaycanlılar Konqresinin təsisçilərindən biridir. Kyiv şəhrində təsisis etdiyi "Azərbaycanlı və Ukraynalı Ziyalılar Assambleyasının" rəhbəridir.[2]

Qurultay və konfranslarda iştirakı

Azərbaycan diasporunun fəal üzvlərindən olan Fərhad Turanlı 2001-ci ildə Bakıda keçirilən Dünya azərbaycanlılarının Birinci Qurultayında və bir sıra Beynəlxalq elmi konfranslarda (Ukraynada, Polşada, Türkiyədə, Azərbaycanda, Rumuniyada vs.), o cümlədən III və VI Bakı Beynəlxalq Humanitar Forumlarında iştirak edib. Azərbaycan-Ukrayna (2001), Türkiyə-Ukrayna (2002) münasibətləri mövzusunda ilk konfranslar təşkil edərək, kitablar nəşr etdirib.

Mükafatları

Fərhad Turanlı (h) bütün bu fəaliyyətlərinə görə “Ukraynada Şərqşünaslıq elminin inkişafında xüsusi əməyinə görə” (2002), "Kyiv-Mohılyanska Akademiysı" Milli Universitetinində şərqşünaslıq elminin inkişafında xüsusi əməyinə görə” (2008) mükafatlarla təltif olunub. Eyni zamanda 2010-cu ildə Ukrayna Dini və Milli münasibətlər Dövlət Komitəsinin, Ukrayna Milli Yazarlar Birliyinin mükafatları ilə də təltif olunub. Qeyd edək ki, Fərhad Turanlı 2016-cı ildə Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan Respublikası Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə də təltif edilib.[3][4].

Hac ziyarəti

Fərhad Turanlı (h) 2016-cı ildə Səudiyyə Ərəbstan Kırallığının Kıralı Z. A. Salman İbn-Abdal-Əziz As-Saudun / سلمان بن عبد العزيز آل سعود الملك şəxsi dəvətinə əsasən Ka`bəyə Hac ziyarətinə gedib (Hicri: 1437-ci il 30 zilkadə — 15 zilhiccə aylarında / Miladi: 2016-cı ilin sentyabr ayının 2-17-də).

İstinadlar

Xarici keçidlər