Opera: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
{{digər məna}}
{{digər məna}}
[[Fayl:Palais Garnier.jpg|thumb|Avropada opera binası]]
[[Fayl:Palais Garnier.jpg|thumb|Avropada opera binası]]
'''Opera''' ([[italyan dili]]ndə: iş, əmək, məşğuliyyət; [[latın dili]]ndə — əmək, əl işi, əsər) — məzmunu musiqi dramaturgiyası, xüsusilə vokal musiqi vasitəsilə ifadə edilən musiqi-dram incəsənət janrı. Opera, teatr incəsənətinin növüdür, o, özündə rəngarəng bədii vasitələri, solo və [[xor]] oxuma ansamblları, simfonik orkestri, təsviri incəsənətinin elementlərini (dekorasiyalar, kostyumlar) birləşdirir. Operanın ədəbi əsasını [[libretto]] təşkil edir.
'''Opera''' ({{dil-la|iş, əmək, əsər}}) — məzmunu musiqi dramaturgiyası, xüsusilə vokal musiqi vasitəsilə ifadə edilən musiqi-dram incəsənət janrı. Opera, teatr incəsənətinin növüdür, o, özündə rəngarəng bədii vasitələri, solo və [[xor]] oxuma ansamblları, simfonik orkestri, təsviri incəsənətinin elementlərini (dekorasiyalar, kostyumlar) birləşdirir. Operanın ədəbi əsasını [[libretto]] təşkil edir.


== Opera janrının tarixi ==
== Opera janrının tarixi ==

11:27, 16 fevral 2022 tarixindəki versiya

Avropada opera binası

Opera (lat. iş, əmək, əsər) — məzmunu musiqi dramaturgiyası, xüsusilə vokal musiqi vasitəsilə ifadə edilən musiqi-dram incəsənət janrı. Opera, teatr incəsənətinin növüdür, o, özündə rəngarəng bədii vasitələri, solo və xor oxuma ansamblları, simfonik orkestri, təsviri incəsənətinin elementlərini (dekorasiyalar, kostyumlar) birləşdirir. Operanın ədəbi əsasını libretto təşkil edir.

Opera janrının tarixi

Opera İtaliyada misteriyalarda – musiqisi epizodik işlədilən və əhəmiyyəti o qədər də yüksək olmayan ruhani tamaşalarda yaranıb. Beverininin "Müqəddəs Pavelin dönməsi" (1480) ruhani tamaşasında əsər boyu səslənən musiqi ilk dəfə ciddi mövqe tutur.

XVI əsrin ortalarında musiqisi motet, yaxud madriqal səciyyəsində xor ilə məhdudlaşan "çoban oyunları" – pastorallar geniş intişar tapır. Orasio Vekkinin "Amfiparnasso" madriqal komediyasında səhnə arxasından beşsəsli madriqal formasında səslənən xor aktyorların səhnədəki çıxışları müşayiət edirdi. "Commedia armonika" – "Harmonik (yəni ifa ilə müşayiət olunan) komediya" ilk dəfə Modena sarayında 1597-ci ildə səhnəyə qoyulub.

XVI əsrin sonlarında madriqal komediyalara təksəsli ifa monodiya formasında yazılmış partiyaları daxil etmək cəhdləri yer almışdır. Məhz bu cəhdlər sayəsində opera adlanacaq janr öz inkişafını sürətləndirmişdir. Həmin cəhdlərlə əsərlərini zənginləşdirən müəlliflər artıq öz musiqili-dram əsərlərini "drama in musica", yaxud "drama per musica" adlandırmağa başlayırlar.

İlk operalar İtaliyada XVII-XVIII əsrlərdə yaranmışdır. Onların müəllifləri – Yakopo Peri, Klaudio Monteverdi və s. Qədim tarixi və antik əsatirlərin süjetinə yazılmış bu erkən operaları instrumental ansambl ilə müşayət edən solo vokal nömrələrdən ibarətdir. Onun əsasında XVII-XVIII əsrin əvvəlində İtaliyada opera–seriya janrı yaranır. Faciə süjetinə yazılmış opera-seriyada 89 əsas rolu virtuoz müğənni ifa etməli idi. Bu janrın görkəmli yaradıcıları A.Skarlatti və Georq Fridrix Hendeldir.

XVIII əsrin ortalarında bəstəkar Kristof Villibald Qlyuk operanın köklü islahatını aparır. Virtiozluğun həddindən artığına qarşı cıxır, o, vokal partiyalarının ifadəli sadəliyinə üstünlük verir. Musiqini səhnə danışığı intonasiyasına yaxınlaşdırır. Onun məşhur operası - “Orfey”dir.[1]

Operanın növləri

Opera musiqisinin tarixən müəyyən növləri formalaşmışdır. Opera dramaturgiyasının bəzi ümumi qanunauyğunluqlarının olmasına baxmayaraq, komponentləri operanın növündən asılı olaraq müxtəlif şəkildə başa düşülür.

Böyük opera

Böyük opera (opera seria — italyan dilində, tragédie lyrique, daha sonra grand-opéra — fransız dilində) - XIX əsrin I yarısında Avropada “böyük opera” əsas yer tutur (C.Meyerber “Quqenotlar”, “Peyğəmbər”).

Böyük operanın xarici effekfliyinin mübarizəsində realistik cərəyanlar əks çıxmağa başladılar. Onların parlaq nümayəndələri Cüzeppe VerdiJorj Bize idilər. Verdi əvvəlki sənətini böyük operaya həsr etmiş, sonrakı illərdə isə o gözəl realistik operalarınıı yaratmışdır (Traviata, Riqoletto, Otello). Dünya operası incəsənətinin yüksək zirvəsinə çatmış J.Bizenin “Karmen” operasıdır. Realizm ideyalarına verizmin nümayəndələri İtalyan bəstəkarları Pyetro Maskanyi, Rucero Leonkavallo, Cakomo Puççini qoşulmuşdular.

XIX əsr opera incəsənətində opera islahatçısı Rixard Vaqner əsas yer tutur. Pariltılı böyük operaya qarşı çıxan R.Vaqner, alman xalq əfsanələri əsasında dərin fəlsəfi məzmun ilə bağlı musiqi dramını yaradır. (“Tanqeyzer”, “Loenqrin”, “Tristan və İzolda”, “Nibelunqun üzüyü” - tetralogiyası). R.Vaqner operanın ayrı nömrələrin (ariya, ansambllar) bölünməsindən imtina etmiş, səhnə hərəkətinin bütövlüyünə nail olaraq, operanı dramaya yaxınlaşdırır. Ən vacib rolu və üstünlüyü o orkestrə verirdi. R.Vaqnerin islahatı alman operasının inkişafına böyük təsir etmişdir.

Azərbaycanda operanın islahatçısı - Üzeyir Hacıbəyovdur. O, şərq və qərb musiqisini operada birləşdirmişdir. Onun ən vacib əsəri “Azərbaycan xalq musiqisinin əsasları” idi. Üzeyir Hacıbəyovun operaları “Leyli və Məcnun”, “Koroğlu” və başqalarından ibarətdir.

Yarıkomik

Yarıkomik (semiseria)

Komik opera

Komik opera (opera-buffa — italyan dilində, opéra-comique — fransız dilində, Spieloper — alman dilində) - Müxtəlif ölkələrdə paralel olaraq canlı sənət hərəkətləri ilə və xalq mahnılarına oxşayan sadə vokal partiyaları ilə komik operası yaranır. Komik operanın görkəmli müəllifləri Covanni Perqolezi, Domeniko Çimaroza, Coakkino Rossini (İtaliyada), A.Qretti, P.Moncini (Fransada), Yozef Haydn, Volfqanq Amadey Motsart (Avstriyada) olmuşlar. Mosartın yüksək zirvəsinə çatan bəzi operaları (Fiqaronun toyu, Don Juan, Sehirli fleyta) komik operanın, opera-seriyanın və Qlyukun islahatının nailliyyətləri ilə qarşılıqlı bağlıdır.[1]

Romantik opera

Romantik opera, romantik məzmunlu operadır. Komik alman və fransız operalarında musiqi nömrələr arasında dialoqun olması mümkün sayılır. Ciddi operalar arasında da belələrinə rast gəlinir, məsələn, "Fidelio" (Lüdviq van Bethoven), "Medeo" (Kerubini), "Sehrli oxatan" (Veber).

Operetta

Komik operanın törəməsi qismində XIX əsrin ikinci yarısında xüsusi intişar tapmış operettanı hesab etmək olar.

Uşaq ifası üçün operalar (məsələn, "Balaca bacatəmizləyən", "Nuhun gəmisi", (Bencamin Britten), "Kral Birinci Matiuş" "Asqard" "Çirkin ördək balası" "Kokinvakasü" (Lev Konov).

Operanın elementləri

Opera — bir teatr səhnəsində incəsənətin müxtəlif növlərinin – dramaturgiya, musiqi, təsviri incəsənət (dekorasiyalar, geyimlər), xoreoqrafiya (balet) – vəhdətini ehtiva edən sintetik janrdır.

Opera heyətinə daxildir: solist, xor, orkestr, hərbi orkestr, orqan.

Opera səsləri: qadın: soprano, metso-soprano, kontralto; kişi: kontrtenor, tenor, bariton, bas.

Opera əsəri aktlara, şəkillərə, səhnələrə, çıxışlara bölünür. Aktları proloq öncələyə və epiloq sonuclaya bilər.

Opera əsərinin hissələri – reçitativlər, ariozo, mahnılar, ariyalar, duetlər, trio, kvartetlər, ansambllar və i.a. Simfonik formalar: uvertüra, introduksiya, antraktlar, pantomima, melodrama, yürüşlər, balet musiqisi.

Qəhrəmanların xarakterləri "solo çıxışlarda" (ariya, ariozo, arietta, kavatina, monoloq, ballada, mahnı) tam açılır. İnsan nitqinin musiqili-intonasiyalı və ritmik səsləndirilməsi olan reçitativ operada müxtəlif vəzifələr yerinə yetirilir. Əksər hallarda reçitativ bitmiş olan çıxışları həm məzmun, həm də musiqi baxımından bir-biri ilə əlaqələndirilir və ya musiqi dramaturgiyasının təsirli amili kimi çıxış edir. Operanın bəzi növlərində, xüsusilə komik operalarda, reçitativ əvəzinə adətən dialoq şəklində adi danışıq səslənir.

Dram tamaşasındakı dialoq səhnəsinə operada "musiqili ansambl" (duet, trio, kvartet, kvintet və i.a.) müvafiqdir. Bu "musiqili ansambl" xüsusi səciyyəyə malikdir ki, o da münaqişə situasiyalarını yaratmaq imkanı əldə etməklə yanaşı təkcə dramaturji xəttin inkişafını göstərməklə kifayətlənmir, həm də xarakterlərin, ideyaların toqquşmasını ifadə etmək imkanına malikdir. Bu səbəbdən ansambllardan əsas etibarilə operanın kulminasiya yerində, yaxud sonunda istifadə olunur.

Xor operada müxtəlif formalarda təzahürünü tapır. Bəzi hallarda xor əsas süjet xətti ilə əlaqədə olmayıb fon olaraq işlənir, bəzi hallarda isə baş verən hadisələri özünəməxsus şəkildə şərh edir. Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasına işlətmiş olduğu xor səhnələri buna bariz sübutdur.

Operanın musiqili dramaturgiyasında əsas rolu orkestrə ayrılıb. Orkesrtin simfonik vasitələri obrazların tam şəkildə açılmasına xidmət edir. Uvertüra, antrakt – operanın ayrıca orkestr epizodlarıdır. Opera tamaşasının daha bir komponenti balet (Nikolay Rimski-Korsakovun "Mlada" operası misal kimi göstərilə bilər), xoreoqrafik səhnələr hesab olunur.

İstinadlar

  1. 1 2 Samirə Mir-Bağırzadə. İNCƏSƏNƏT TARİXİ (PDF). Bakı: MSA. 2012. səh. 88-90. ISBN 978-9952-440-33-5.