Çıxış

Çıxış, nitq və ya ritorika dinləyicilərə müəyyən bir fikir, hiss aşılamaq üçün deyilən uzun sözlərə deyilir. Çıxış bir fikri həyəcanlandıraraq ifadə etməkdir.

Çıxışların mövzuları, əsasən; sosial fikirlər sosial və milli davalar və hadisələrdir. Mərasimlərdə, milli günlərdə, ildönümlərində, mitinqlərdə toplaşan böyük kütlələri və icmaları həyəcanlandırmaq, ümumi fikirləri səsləndirmək və ya kürsüdən siyasi və milli iddiaları müdafiə etmək də çıxış xarakterlidir. DemostenesMarcus Tullius Cicero bu sahənin ən məşhur insanlarındandır.