Şeyx Tusi: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Teqlər: Mobil redaktə Mobil veb redaktə Təkmilləşdirilmiş mobil redaktə
 
Sətir 69: Sətir 69:


=== Əsərləri ===
=== Əsərləri ===
Şeyx Tusi 51-ə yaxın əsər yazmışdır.
Şeyx Tusi 51-ə yaxın əsər yazmışdır.<ref>"əz-Zaria", c. 5, səh. 220</ref>


==== Təfsir ====
==== Təfsir ====
Sətir 107: Sətir 107:
# "Misbahu'l Mütəhəccid"
# "Misbahu'l Mütəhəccid"
# "Müxtasaru'l Misbah"
# "Müxtasaru'l Misbah"
<ref>"əz-Zaria", c. 5, səh. 220</ref>


== Haqqında deyilənlər ==
== Haqqında deyilənlər ==

Səhifəsinin 17:16, 6 mart 2024 tarixinə olan son versiyası

Şeyx Tusi
Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi
Doğum tarixi
Doğum yeri Tus, İran
Vəfat tarixi (72 yaşında)
Vəfat yeri Məscidi Tusi, Nəcəf, İraq
Milliyyəti Fars
Elm sahəsi İslam
Elmi rəhbəri Nəcəf elmi mərkəzi
Tanınmış yetirmələri İshaq b. Bəbaveyh-i Qumi
Əbu Səlah-i Xələbi
öz oğlu Əbu Əli Tusi və b.
Tanınır Şeyx Tusi

Şeyx Tusi (fars. شیخ توسی‎; tam adı: Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi, fars. ابوجعفر محمد بن حسن توسی‎; 995[1][2][…], Tus2 dekabr 1067, Nəcəf) — fars əsilli islam alimi. HQ. V əsrin Şiə-Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi.

Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi oktyabr 995-ci ildə Tus şəhərində kasıb bir ailədə dünyaya gəlmişdir. 1017/1018-ci ilə qədər bu şəhərdə yaşamışdır. 7 dekabr 1067-ci ildə Nəcəf şəhərində vəfat etmiş və vəsiyyətinə əsasən bu şəhərdəki evində dəfn olunmuşdur. Dəfn olunduğu ev sonradan Tusi məscidi'nə çevrilmişdir.

Tus şəhərində yaşadığı 995–1017/1018-ci illərdə müqəddimə elmlərindən dərs demişdir.[3] Təhsilini davam etdirmək məqsədilə 1017/1018-ci illərdə Bağdada köçmüşdür.[4] 1017/1018–1022/1023-cü illərdə Şeyx Müfiddən dərs alır və müctəhidlik dərəcəsinə çatır. Sonra müəllimi Şeyx Müfidin məsləhəti ilə "Təhzibul Əhkam" əsərini yazır.[5] Bu əsər sonradan Şiə məzhəbinin ən məşhur dörd əsərindən birinə çevrilir.

  1. Şeyx Müfid
  2. Seyyid Mürtəza

Bir çox tələbələr yetişdirmişdir. Onlardan bəziləri:

  1. İshaq ibn Bəbaveyhi Qumi
  2. Əbu Salehi Xələbi
  3. oğlu, Əbu Əli Tusi
  4. Şəhraşubi Mazandarani
  5. Əbdülcabbar ibn Abdullah əl-Qəməri Razi
  6. Məhəmməd ibn Həsən Fətal
  7. Kəraçi
  8. Hüseyn ibn Fəthi Cürcani
  9. Cəfər ibn Əli Hüseyni
  10. Nasir ibn Rza Ələvi və b.[6]

Dini fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1055-ci ildə Səlcuq sultanı Toğrul bəy Bağdada hücum etmişdir. Hücum zamanı bir çox şiə məhəllələri yağmalanmışdır. Şahbur ibn Ərdəşir'in kitabxanası yandırılmışdır. Talan 1059/1060-cı ilərə kimi davam etmişdir. Bu hadisələr zamanı bir neçə dəfə Şeyx Tusinin yazdığı kitablar və kitabxanası şəhər meyanına daşınaraq yandırılmışdır. 1057/1058-ci ildə Tusinin evi də yağmalanmış və bütün əsərləri yandırılmışdır. Bütün bu hadisələrdən sonra Şeyx Tusi Bağdad şəhərindən köçmək qərarına gəlmişdir. 1056/1057-ci ildə Nəcəf şəhərinə köçmüşdür. Nəcəfdə ömrünün qalanını İslamı tədris etməklə keçirmiş və burada hələ də mövcud olan böyük şiə tədris müəssisəsinin əsasını qoymuşdur. [7]

Şeyx Tusi 51-ə yaxın əsər yazmışdır.[8]

  1. "ət-Tibyan'u fit-Təfsiri'l Quran"
  2. "əl-Məsailu'd-Dimeşqiyyə fit-Təfsiri'l Quran"
  1. "Təhzib əl Əhkam"
  2. "İstibsar"
  1. "ən-Nihayə"
  2. "əl-Məbsut"
  3. "əl-İcaz fil Fəraiz"
  4. "əl-Məsailu'l Xələbiyə fil Fiqh"
  5. "əl-Məsailu'l Xairiyyə fil Fiqh"
  1. "Hücciyətu'l Əxbar"
  1. "Təlxisu'l Şafi"
  2. "Təmhidu'l Üsul"
  3. "əl-İqtisad"
  4. "əl-Firaq beynən-Nəbi vəl İmam"
  1. "Kitabu'l Ənvar" ("Rical-i Şeyx Tusi")
  2. "İxtiyaru Marifəti'l Rical"
  3. "əl-Fihrist"
  1. "Maqtəlu'l-Hüseyn"
  2. "Müxtəsaru Əxbar-i Muxtar ibn Əbu Ubeyd əl-Saqafi"
  1. "Misbahu'l Mütəhəccid"
  2. "Müxtasaru'l Misbah"

Haqqında deyilənlər

[redaktə | mənbəni redaktə et]
  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Muḥammad ibn al-Ḥasan Ṭūsī // Faceted Application of Subject Terminology.
  3. Əli Dəvaniqi, "Həzareyi Şeyx Tusi, səh. 4
  4. Seyyid Möhsün Əmin Amuli, "Əyan əş-Şiə, c. 9, səh. 159
  5. "əz-Zaria", c. 4, səh. 504
  6. Ağa Buzurgi Tehrani, "ət-Tibyan", c. 1, Ön söz
  7. "əz-Zəria", c. 5, səh. 220
  8. "əz-Zaria", c. 5, səh. 220