Buynaksk

Vikipediya, azad ensiklopediya
Sortilegus (müzakirə | töhfələr) tərəfindən edilmiş 19:15, 26 dekabr 2013 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Şablon:Şəhər

Buynakskın əvvəlki adı Temirxan-Şura şəhərinin 1917-ci ilə aid təsviri.

Buynaksk — Şimali Qafqazda yerləşən Dağıstan Respublikasının inzibati vahidində şəhər. Şəhər Xəzər dənizinin şimal-qərb sahillərində yerləşir.

Tarixi

Mahaçqala şəhərinin qərbində yerləşən Temirxan-Şura Şimali Qafqaz Cümhuriyyətinin paytaxtı olmuşdur. Çar imperiyası zamanı, şəhərdə 5 min nəfərlik əsgər polku saxlanılırdı. Yaxın şəhərlərdə baş verən üsyanların yatırılmasında, bu polkdan tez-tez istifadə edilmişdir. 1863-cü ildə Zaqatala üsyanı zamanı, çar ordusu Temirxan-Şuradan üsyanı yatırmaq üçün 3 minlik süvari rus qoşunu göndərmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra şəhərin adı Buyraksk olaraq dəyişdirilmişdir.

Sovet hakimiyyəti dağıldıqdan sonra da Buynakskda federal hakimiyyətə qarşı üsyançıların bir çox hücumları olmuşdur. 1999-cu il sentyabrın 4-də rus hərbçilərinin qaldığı binanın partladılması nəticəsində 64 nəfər ölmüş, 133 nəfər yaralanmışdı. 2010-cu il sentyabrın 5-də Buynaksk rayonundakı hərbi hissəyə hücum olub. Naməlum şəxsin partlayıcı quraşdırılmış maşını hərbi hissənin darvazasına çırpması nəticəsində baş verən partlayış zamanı 5 rus əsgəri ölüb, 30-dan çoxu isə yaralanıb. [1] Lakin sonradan verilən məlumata görə bu hücum nəticəsində ümumilikdə 56 rus hərbçisi öldürülüb. [2]

İstinadlar

  1. Hərbi hissəni partladan silahlının adı məlum oldu
  2. Kavkazcentr