Sağlamlıq

Vikipediya, azad ensiklopediya
Aftrab (müzakirə | töhfələr) tərəfindən edilmiş 14:13, 1 avqust 2014 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Beynəlxalq sağlamlıq təşkilatının emblemi.

SAĞLAMLIQ - orqanizmin sağlam vəziyyəti; bədən üzvlərinin hamısının düzgün işlədiyi, normal fəaliyyət göstərdiyi hal; gümrahlıq. Səhhət üçün yararlılıq, xeyirlilik, cana xeyirlilik.

Sağlam olmaq üçün

Gündə 1 kilometr piyada gəzmək və ya həftədə 3 dəfə yüngül idmanla məşğul olmaq ürək damar xəstəliklərinin qarşısını alır.

Təmiz havada çay.
  • Kəpəkli məhsullar xərçəngdən qoruyur.

Həftədə 4 dəfə kəpəkli çörək, makaron və ya qabıqlı düyü yemək xərçəng ehtimalını 40% azaldır.

Meyvə-tərəvəz xüsusilə də pomidor,qırmızı üzüm yeyənlərdə infarkt ,xərçəng və şəkər ehtimalı daha az olur.

  • Fast-food yeməklərini birdəfəlik unudun
Gündə azı 1 saat aktiv idmanla məşqul olun!

Ürək-damar xəstəliklərinin 3/1-ə səbəb olan hamburger, kartof qızartması və s kimi qidalardır.

  • Bel ağrısına qarşı hərəkət edin.

Araşdırmalar göstərir ki bel ağrısından əziyyət çəkənlər yatmaq əvəzinə normal fəaliyyətlərinə davam etməlidirlər.

Balıq yemək infarkt ehtimalını azaldır.Bundan başqa,balıqda olan yağlar immun sistemini də möhkəmləndirir.

Həddindən artıq duz iflicəürək damar xəstəliklərinə səbəb olur. Ona görə də gündə 5 qr duz yemək kifayətdir.

Araşdırmalar gündə 2 fincan qəhvənin bağırsaq xərçəngi ehtimalını 25%, öd kisəsindəki daş ehtimalını 45% azaltdığını göstərir.Ancaq qəhvədən çox istifadə etmək yüksək təzyiqə səbəb olur

  • Çay nədir,say nədir?

Mütəxəssislər çox çay içənlərdə infarkt ehtimalının yarıbayarı azaldığını bildirirlər. Çaya biraz mualicə əhəmiyyətli otlardan əlavə edin - kəklikotu, senna, mixək və s.

  • Hər pəhrizə aldanmayın.

Həftədə 2-3 kiloqram arıqlamağı vəd edən pəhrizlərdən uzaq olun. Arıqlamaq istıyirsinizsə bunu həftə-həftə yox,uzun müddət üçün həyata keçirməyə çalışın.

Aspirin qanı duruldur və trombların yaranmasının qarşısını alır.
  • Artıq çəkilərə diqqət

Yeni bir araşdirmaya görə çəkinin üzərinə gələn hər yeni kiloqram insanın ömrünü 20 həftə qısaldır. Artıq çəkilərdən xilas olmaq ürək,xərçəng,oynaq iltihabı və s xəstəliklərdən də xilas olmaq deməkdir.

  • Seleniuma ehtiyacımız var

Selenium daha çox fındıq-fıstıq,balıq və taxıl məhsullarında olur.Hər gün selenium qəbul edənlərdə xərçəng ehtimalı 37% azalır.

  • Xolesterin səviyyəsini aşağı salın

İdmanla məşğul olmaq yağı,duzu azaltmaq xolestrolu aşağı salır. Bu da infarkt və iflicdən qoruyur.

  • Möcüzə dərman - bağırsağda əriyən aspirin (tromboass 100 mq), xüsusən 40 yaşdan sonra.

Ağrı kəsici kimi qəbul etdiyimiz aspirin ürək-damar xəstəlikləri, həmçinin iflic və xərçəngə qarşı da faydalıdır.

Siqaret çəkənlər orta hesabla 15 il az yaşayıllar!

*Stresə qarşı mübarizə aparın.

Sosial fəaliyyətlər, hobbilər stresə qarşı mübarizə üçün ən yaxşı vasitədir.

Siqareti atmaq artıq çox asandır.İndi bunun üçün saysız hesabsız vasitələr var.Məsələn nikotin lentləri,saqqızlar,iynə ilə müalicə və s.

Yuxu immun sisteminin daha yaxşı fəaliyyət göstərməsinə kömək edir.Yuxusuzluq isə konsentrasiyanın pozulmasına səbəb olur.

  • Hər gün vitamin qəbul edin

Tərkibində fol turşusu olan vitamin həbləri xərçəng və ürək damar xəstəliklərindən qoruyur.

Dəriniz üçün yayda günəşdən,qışda isə soyuqdan qoruyan kremlərdən istifadə edin.

Xəstə dişlərdə mikroblar, bakteriyalar çoxalır və nəticədə mədə-barısaq sistemi pis işləyir, xəstələnir.

Böyürtkən bakteriyaların dişə yapışmasının qarşısını alır və dişəti xəstəliyi ehtimalını azaldır.Alma,portağal,yerkökü,ispanaq kimi lifli qidalar da dişləri qoruyur.

  • Su içməyi unutmayın

Gündə 5 stəkan su içən adamlarda bağırsaq xərçəngi ehtimalı 50%azalır

Xəstəliyi vaxtında aşkar edin!
  • Sağlamlığınız üçün "DOST OLUN?"

Mütəxəssislər dostluq münasibətlərinin yaddaşı möhkəmləndirdiyini söyləyirlər.

Mütəxəssislərə görə ticarət işi ilə məşğul olanlar peşə xəstəliklərinə daha az tutulurlar.

  • Profilaktika

Ildə bir dəfə poliklinikada tam dispanserizasiya keçməyi unutmayın![2]

Həmçinin bax

  1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
  2. İdman
  3. Səhiyyə
  4. Reproduktiv sağlamlıq

İstinadlar

  1. http://korpem.net/?p=1734
  2. http://qadindunyasi.az/450-Saglamliq-haqqinda.html