Maku

Vikipediya, azad ensiklopediya
Yasharkrm (müzakirə | töhfələr) tərəfindən edilmiş 18:49, 31 iyul 2015 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Şablon:Şəhər Maku (Makı)- İranın Qərbi Azərbaycan ostanında şəhər.

Maku Tehrandan 939 km aralı yerləşir. Mülayim iqlimi olan, dəniz səviyyəsindən 1294 m hündürlükdə dağ ətəklərində yerləşən və yarımdairəvi formaya malik şəhər sanki çətirlə örtülmüşdür. Maku I Şah Abbasın hökmdarlığının əvvəlində sadəcə bir qala idi. Şəhərin salınma tarixi eramızın 1012-ci ilinə təsadüf edir.

Maku, Səfəvilər zamanında İrəvan şəhərindən köçmüş bir Bayat adlı Azərbaycanlı türk tayfasına məskən olur. Bayatlar Pəhləvi dövrinə qədər (20-ci əsrin ortaları) Makuda höküm sürürlər.

Təbiəti və abidələri

Maku şəhərinin gözəl təbii landşaftı, çoxlu tarixi və təbiəti zəngin olan yerlər var. Onlardan aşağıdakıları qeyd etmək olar:

  • Çoxlu mineral su bulaqları;
  • Qalaçuq şəlaləsi;
  • Mərakan qoruq zonası;
  • Baxçe-Cuğ sarayı, Kolah Fərəngi binası və Maku Paşs Mərkəzinin köhnə binası;
  • Rəvaz və Qale Siyah köhnə qəsrlər;
  • Beş göz köhnə körpü, Makudan 5 km. aralıdır;
  • Maku şəhərində Rusa tarixi şəhərin Qədim daş epiqrafık abidələri;
  • Makuda Səngər adlanan Urartu daş məzarı;
  • Bir neçə qədim kilsələr;
  • Çaldıran döyüş yeri. Şah İsmayıl və Sultan Səlimin tarixi döyüş yeri.[1]

Xarici keçidlər

Mənbə

  1. http://gamoh.org/urmu.html