Piranşəhr

Piranşəhrİranın Qərbi Azərbaycan ostanında yerləşən şəhər, Piranşəhr şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən bu şəhərin 138.864[2] nəfər əhalisi var idi[3].

Piranşəhr
پیرانشهر
36°41′40″ şm. e. 45°08′30″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.449 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 91.515 nəf. (2016)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +98 444
Digər
pirancity.net
Xəritəni göstər/gizlə
Piranşəhr xəritədə
Piranşəhr
Piranşəhr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bölgənin tarixi adı Xana / Xanevi[4] olub, və əhalisini Azərbaycan türkləri təşkil etmişdir. Ancaq sonradan kürdlər şəhərə yerləşməyə başlamış, Pəhləvi sülaləsinin hakimiyyəti dövründə və daha sonra yeni yaranmış İran İslam Respublikasının mərkəzi hökumətinin xeyir-duası ilə türk əhalinin əksər hissəsi kürdlərin təzyiqi ilə silah gücünə zorla çıxarılmışdır.

İndiki rəsmi adı olan Piranşəhr isə bu ərazidə sonralar məskunlaşmış kürdlərin piran tayfasının adından və "şəhər" sözünün farscadakı variantı olan "şəhr"dən ibarətdir.

Hazırda burada əhalinin çoxluğunu kürdlər, az bir hissəsini isə azərbaycanlılar təşkil edir.

Xananın coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Piranşəhr Qərbi Azərbaycan ostanının mərkəzi Urmiya şəhərinin 146 kilometr cənubunda yerləşir, qərbdən İraqla, şimaldan Üşnü, şərqdən Sulduz-Soyuqbulaq (Məhabad) və cənubdan Sərdəşt şəhristanları/mahalları ilə qonşudur.

Piranşəhr Lacan və Mərkəzi adında iki bölgə, Lacan Darsi, Şərqi Lahican, Qərbi Lahican, Piran (öncələr Xana olub), Qərbi Manqur və Lahican adında beş kənd rayonundan ibarətdir. Bu mahalın sahəsi 2259,486 kvadrat km olmaqla, Qərbi Azərbaycan əyalətinin ərazisinin 5,58 faizini təşkil edir.

Ən son rəsmi statistikaya görə, Xana şəhristanının əhalisi 115000 nəfərdir. Xana mahalı dəniz səviyyəsindən 1840 metr yüksəklikdə yerləşir. Mahal ərazisinin 64,75 faizi dağlıq, 12,32 faiz təpəlik və qalan 22,93 faizini isə ovalıqlar, çaybasar düzənliklərdən ibarətdir. Önəmli strateji mövqeyi, çeşidli hərbi baza və hissələrin mövcudluğu (Cəldian, Pəsvə, Piranşəhr) və Təmərçin vasitəsilə bu bölgənin İraqla əlaqəsi Xananın genişlənməsi və inkişafında rol oynayan əsas amillər hesab edilir.

Bu mahal Qərbi Azərbaycan əyaləti və Kürdüstanın sərhəd bölgələrindəki başqa mahal, şəhərlər kimi etnik və məzhəb baxımından qarışıqdır. Burada Azərbaycan türkləri ilə kürdlər iç-içə yaşamaqdadırlar. Pəhləvilərin hakimiyyəti dövründə başlayan, 1979-cu il inqilabından sonra da davam etdirilən mərkəzi hökumətin siyasəti nəticəsində bir çox köçəri kürd tayfaları Xana şəhəri və Xana mahalının müxtəlif bölgələrində məskunlaşdırıldıqları üçün orada bu etnik qrupun sayı artıb.

Mahalda yaşayan kürdlər əsasən kürdcənin mokriyan ləhcəsinin qollarından sayılan süryani ləhcəsində danışırlar.

Piranşəhrin Qərbi Azərbaycan ostanındakı yerləşimi

Bölgənin təbiəti və Xana adı

[redaktə | mənbəni redaktə et]
Pəsvə yolu

Xana bölgəsinin ən hündür dağları Qaradağ (farslaşdırılaraq, «Siyahkuh» adlanır) (3567 metr) və Qəndil dağ silsiləsində yerləşən Hacı İbrahim (3776 metr) yüksəkliklərindədir. Bunlardan başqa Dinabad, Təmərçin və Silvə kimi dağlarda Zaqros dağ silsiləsinin ardı kimi bölgə ilə İraq sərhədini təşkil edirlər. Xana mahalı və şəhərinin adı ilə bağlı söylənilən müxtəlif fikirlər arasında qaynaqlarda iki fikir daha çox qeyd edilir.

Bunlardan birincisi, ən qədimi bu şəhərin adının türk dilindən götürüldüyünə işarə edir. Hətta kürd qaynaqlarında belə Xananın türkcə "Xan", "Xan evi", "Ərbab-Xan-mülkədar" sözündən qaynaqlandığı bildirilir. Mahalın sonrakı, indiki adının, yəni Piranşəhərin buralarda məskunlaşdırılmış "piran" kürd tayfasının adından götürüldüyü bildirilir.

Qeyd etmək lazımdır ki, mahal və şəhərin adı 1970-ci ildə dəyişdirilib. Xanadakı meşə, çay, dərə, yaylaq və başqa bu kimi təbii yerlər buranın görməli, gəzməli yerlərinin çoxluğuna səbəb olub.

Onlarla bu kimi yerlərdən bir neçəsini qeyd edirik: Pardanan meşələri: Xananın 22 kilometr Cənubunda yerləşən bu meşə və onun ortasından axan Pardana çayı bölgənin ən gözəl yerlərindən biri sayılır. Xarpap şəlaləsi, Dolanay, Badınavay, Dalavan, Qalatçay və s. Xananın tarixi abidələri Tarixi qaynaqlara görə, Xana şəhəri islamdan öncə sasanilər dövründə yaşayış məskəni kimi salınıb. Oradan aşkar edilən arxeoloji tapıntılar da bunu sübut etməkdədir. İndiyə kimi ölkənin "Mədəni İrsi Qoruma" idarəsi tərəfindən mahalda 113 tarixi yer və təpə aşkar edilərək qeydiyyata alınıb. Bunların hamısında ciddi arxeoloji qazıntı və tədqiqat aparılmasa da, əldə olunan nümunələr burada Manna, Barsuva, Urartu, Midiya, Zamuva və s. mədəniyyətlərin mövcudluğundan xəbər verir. Xanada mövcud olan və eradan öncə 3-cü minilliyə, birinci minilliyə, sasanilər dövrünə və islamdan sonrakı dövrə aid olan tarixi yerlər və abidələrdən bir neçəsinin adını aşağıda qeyd edirik: Dovşanqala təpəsi, Zinvayıncan təpəsi, Sərin Çava təpəsi, Pəsvə təpəsi, Xaraba təpə, Soğanlı təpə, Şinabad təpəsi, Şah Zaman təpəsi, Təzə qala təpəsi və s.

Əhalinin məşğuliyyəti

[redaktə | mənbəni redaktə et]

Xana mahalının əhalisi daha çox əkinçilik, bağçılıq, maldarlıq və həmçinin əl işləri istehsalı ilə məşğul olur. Mahalda buğda, arpa noxud, qarğıdalı, şəkər çuğunduru, günəbaxan, qoz, badam, alma, tut, əncir, üzüm və ərik kimi məhsullar çoxluq təşkil edir. Burada əl işlərinə aid olan cecim, kilim, xalça, şal, papaq, givə (bir növ ayaqqabı), oyma işləri və s. istehsal olunur. Xana düzənliyi 4370 hektar ərazi ilə mahalın Şimal, Cənub və Qərb ərazilərini əhatə edir.

Mahalın şimal-qərbində yerləşən Qaradağdan (Siyahkuh) qaynaqlanan Lavin çayı (indi Zab çayı olub) düzənliyin şimalından cənubuna doğru axaraq, böyük bir ərazinin suya olan tələbatını və həmçinin əkinçilik üçün lazım olan suyu təmin edir. Xana-Sulduz yolunun 5 kilometrliyində yerləşən şəkər zavodu ölkənin şəkər tozu və tibbi spirtə olan tələbatının əhəmiyyətli qismini təmin edir. Mahalın ən önəmli iqtisadı mərkəzlərindən sayılan bu zavod 1968-ci ildə təsis edilib. Zavod əkinçilərdən ildə 365 min tondan çox çuğundur almaqla, bu sahədə ölkə üzrə ikinci yeri tutur. İraq sərhədinin 5 kilometrliyindəki sərhəd bazarı bölgə əhalisinin bir çoxunun məşğulluğunda və gəlir əldə etməsində əhəmiyyətli rol oynayır. Bu bazar hazırda "Hacı İmran bazarı" adlanır.

  1. جمعیت به تفکیک تقسیمات کشوری (fars.). مرکز آمار ایران.
  2. "Arxivlənmiş surət". 2016-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-28.
  3. "World Gazetteer'de "Pīrānshahr"". 2013-04-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-10-27.
  4. "İrancities". 2021-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-14.