Maku
Şablon:Şəhər Maku (Makı)- İranın Qərbi Azərbaycan ostanında şəhər.
Maku Tehrandan 939 km aralı yerləşir. Mülayim iqlimi olan, dəniz səviyyəsindən 1294 m hündürlükdə dağ ətəklərində yerləşən və yarımdairəvi formaya malik şəhər sanki çətirlə örtülmüşdür. Maku I Şah Abbasın hökmdarlığının əvvəlində sadəcə bir qala idi. Şəhərin salınma tarixi eramızın 1012-ci ilinə təsadüf edir.
Maku, Səfəvilər zamanında İrəvan şəhərindən köçmüş bir Bayat adlı Azərbaycanlı türk tayfasına məskən olur. Bayatlar Pəhləvi dövrünə qədər (20-ci əsrin ortaları) Makuda hökm sürürlər.
Təbiəti və abidələri
Maku şəhərinin gözəl təbii landşaftı, çox qədim tarixi və təbiəti zəngin olan yerlər var. Onlardan aşağıdakıları qeyd etmək olar:
- Çoxlu mineral su bulaqları;
- Qalaçuq şəlaləsi;
- Mərakan qoruq zonası;
- Baxçe-Cuğ sarayı, Kolah Fərəngi binası və Maku Paşs Mərkəzinin köhnə binası;
- Rəvaz və Qale Siyah köhnə qəsrlər;
- Beş göz köhnə körpü, Makudan 5 km. aralıdır;
- Maku şəhərində Rusa tarixi şəhərin Qədim daş epiqrafık abidələri;
- Makuda Səngər adlanan Urartu daş məzarı;
- Bir neçə qədim kilsə;
- Çaldıran döyüş yeri. Şah İsmayıl və Sultan Səlimin tarixi döyüş yeri.[1]
İstinadlar
Xarici keçidlər
- Rəsmi dövlət Saytı - Farsca
- Maku Azad Universiteti - Farsca
- Maku news - Farsca