Terek rayonu (Kabardin-Balkariya)
Terek rayonu | |
---|---|
|
|
Ölkə | |
İnzibati mərkəz | Terek (şəhər) |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1921 |
Sahəsi |
|
Hündürlük | 594 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 86632 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Terek rayonu (kab.-çərk. Тэрч куей / Тэрч район, qaraç.-balk. Терк район[2]) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Terek şəhəridir (rayonun ərazisinə daxil deyil).
Coğrafiyası
Terek rayonu Kabarda-Balkariya Respublikasının şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: qərbdə Mayski, şimalda Proxladnenski rayonu, şərqdə Şimali Osetiyanın Mozdok rayonu, cənubda isə Kirov rayonu. Proxladnenski rayonunun sahəsi 893,12 km²-dir. Bölgənin şimaldan cənuba qədər uzunluğu təqribən 50 kilometrə, şərqdən qərbə 35 kilometrdir.
Zonalıq üzrə rayon ərazisi iki hissəyə bölünür: dağətəyi və düzənlik. Rayonun əsas hissəsi dağətəyi zonada yerləşir. Rayon ərazisində axan çayların hamısı Terek çayının hövzəsinə aiddir. buradan terek açyının əssas qolu əsas qolu Kurp çayı axır. Rayonda ən qədim və ən böyük kanal Malokabardin kanalıdır.
Rayon ərazisi təbii ehtiyyatlarla zəngindir. Ərazidə 16 neft quyusu vardır. Bunlardan 4 quyu işləyir, qalanları isə fəaliyyətini dayandırmışdır. Bundan əlavə rayon təbii bulaqlara, tikinti materialları istehsalı üçün gil, çınqıl və qum yataqlarına sahibdir.
Rayonun iqlimi rütubətli mülayimdir. İsti yaya və mülayim qışı sahibdir. Orta illik yağıntının miqdarı təxminən 500-700 mm-dir.
Əhali
- Urbanizasiya
2019-cu il 1 yanvar tarixinə əsasən şəhər şəraitində (Terek ş.) rayon əhalisinin 38.44 % yaşayır.
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[3]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
Kabardinlər | 45 080 | 88,01 % |
ruslar | 2 648 | 5,17 % |
türklər | 1 316 | 2,57 % |
balkarlar | 867 | 1,69 % |
digərləri | 1 289 | 2,52 % |
milliyyətini bildirməyənlər | 20 | 0,04 % |
ümumi | 51 220 | 100,0 % |
- Cins tərkibi
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[4]:
Yaş | Kişilər, nəf. |
Qadınlar, yaş. |
Ümumi say. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|---|---|
0 — 14 yaş | 5 128 | 5 041 | 10 169 | 19,85 % |
15 — 59 yaş | 16 870 | 17 487 | 34 357 | 67,08 % |
60 yaşdan yuxarı | 2 428 | 4 266 | 6 694 | 13,07 % |
ümumi | 24 426 | 26 794 | 51 220 | 100,0 % |
Kişilər — 24 426 nəf. (47,7 %). Qadınlar — 26 794 nəf. (52,3 %)[5].
Əhalinin orta yaşı — 34,6 yaş. Kişilərin orta yaşı — 33,0 yaş. Qadınların orta yaşı — 36,1 yaş.
İstinadlar
- ↑ "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2023 года (с учётом итогов Всероссийской переписи населения 2020 г.)" (rus). 2023-08-18. İstifadə tarixi: 2023-08-23..
- ↑ Официальный сайт Терского муниципального района Кабардино-Балкарской Республики. Постановления главы администрации Терского муниципального района См. официальные наименования муниципального образования на языках народов КБР в официальных документах местной администрации
- ↑ "Том4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
- ↑ "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
- ↑ "Численность населения КБР по итогам Всероссийской переписи населения 2010 года". 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-15.