Terek (şəhər)

Terek (kab.-çərk. Тэрч къалэ) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın ərazisində yerləşən şəhər. Terek rayonunun inzibati mərkəzidir. Şəhər dairəsinə yalnız bir yaşayış məntəqəsi daxildir[2].

Terek
Тэрч къалэ
Gerb
Gerb
43°29′ şm. e. 44°08′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1876
Sahəsi
  • 12 km²
Mərkəzin hündürlüyü 254 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 20.068 nəf. (2024)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 361200–361203
Digər
admterek.ru
Xəritəni göstər/gizlə
Terek xəritədə
Terek
Terek
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Terek şəhəri Terek rayonunun qərbində, Terek çayının sağ sahilində yerləşir. Respublikanın paytaxtı Nalçikdən 53 km şərqdədir. Şəhərin sahəsi 12 km²-dir. Şimaldan cənuba şəhərin uzunluğu 5 km, qərbdən şərqə 3 km-dir.

Aşağıdakı yaşayış məntıəqələri ilə həmsərhəddir: şimalda Arik, şərqdə Deyskoye, qərbdə İnternasionalnoe və Aleksandrovskaya.

Şəhər respublikanın dağətəyi zonasında, Kabardın malli düzənliyində yerləşir. Ərazi qərbdə və şimalda yumru təpələri olan nisbətən düz ərazidən ibarətdir. Şəhər ərazisində orta hündürlük dəniz səviyyəsindən 254 metrdir.

Hidroqrafik şəbəkə Terek çayı ilə təmsil olunur. Çay vadisi sıx çay meşələri ilə örtülüdür. Bölgədəki kənd təsərrüfatı torpaqlarının suvarılması üçün nəzərdə tutulmuş kiçik kanallara sahibdir. Şəhərin şimalı meşəlikdir.

İqlimi rütubətli və mülayim yaya və sərin keçən qışa sahibdir. Havanın orta illik temperaturu təqribən + 10,5 ° C, iyulda ortalama + 22.5 ° C, yanvarda isə -2.0 ° C arasında dəyişir. Havanın orta sutkalıq temperaturu qışda −5 ° C-dən + 10 ° C-ə, yayda + 16 ° C-dən + 30 ° C-ə qədərdir. Qışda minimum temperatur nadir hallarda -12 ° C-dən aşağı olur, yayda maksimum temperatur + 35 ° C-ə çatır. Orta illik yağıntının miqdarı təxminən 650 mm-dir. Ən çox yağıntı aprel-iyun aylarına düşür. Əsas küləklər: şərq və şimal-qərb.

Urbanizasiya

2019-cu il 1 yanvar tarixinə əsasən Rusiyanın 1115 şəhəri arasında əhalisinin sayına görə 679-cu yerdədir. Əhalisinin sıxlığı — 1624.5 nəf./km².

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[3]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
Kabardinlər 16 400 85,6 %
ruslar 1 917 10,0 %
osetinlər 219 1,1 %
digərləri 634 3,3 %
ümumi 19 170 100,00 %
Cins tərkibi

2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[4]:

Yaş Kişilər,
nəf.
Qadınlar,
yaş.
Ümumi
say.
ümumi əhaliyə
olan nisbət, %
0 — 14 yaş 1 743 1 765 3 508 18,3 %
15 — 59 yaş 6 107 6 993 13 100 68,3 %
60 yaşdan yuxarı 908 1 654 2 562 13,4 %
ümumi 8 758 10 412 19 170 100,0 %

Kişilər — 8 758 nəf. (45,7 %). Qadınlar — 10 412 nəf. (54,3 %)[5].

Əhalinin orta yaşı — 35,5 yaş. Kişilərin orta yaşı — 33,6 yaş. Qadınların orta yaşı — 37,0 yaş.

  • Rayon Xəstəxanası - Panaqova k., 110.
  • Rayon Poliklinikası - Fanziev k., 8.
  • Rayon Stomotoloji Mərkəzi - Lenin k., 22.
  • Laboratoriya Diaqnostika Mərkəzi - Lenin k., 53.

Şəhərdə 4 məscid var[6] :

  • «Cənnət» - Qoqol k., 19.
  • «İslam» - Pervoye k., 6.
  • «Ramazan» - Kirov k., 162.
  • «Tövhid» - Puşkin k., 125.
  • Bölgənin tarixi və mədəniyyətinə həsr olunmuş muzey - Kiçik Kabarda
  • Rayon Mədəniyyət Evi
  • Rayon kitabxanası
  • Şəhər Mədəniyyət Sarayı
  • İdman və fitness kompleksləri
  1. "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
  2. "Закон Кабардино-Балкарской Республики от 27 февраля 2005 года N 13-РЗ «О статусе и границах муниципальных образований в Кабардино-Балкарской Республике»". 2018-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-22.
  3. "Том4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
  4. "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
  5. "Численность населения КБР по итогам Всероссийской переписи населения 2010 года". 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-23.
  6. "Религиозные организации на территории Терского района". 2019-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-23.