Proxladnenski rayonu

Proxladnenski rayonu (kab.-çərk. Прохладнэ куей / Прохладнэ район, qaraç.-balk. Прохладна район[4]) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Proxladnı şəhəridir (rayonun ərazisinə daxil deyil).

Proxladnenski rayonu
Прохладнэ куей / Прохладнэ район[1]
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

43°45′00″ şm. e. 44°01′59″ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Proxladnı
Tarixi və coğrafiyası
Yaradılıb 1937
Sahəsi
  • 1.342 km²
Hündürlük
307 m
Saat qurşağı
  • Moskva vaxtı[d]
Əhalisi
Əhalisi
  • 50.159 nəf. (2024)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu 86631
Rəsmi sayt
Proxladnenski rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Proxladnenski rayonu Kabarda-Balkariya Respublikasının şimal-şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: cənubda MayskiUrvan rayonları, qərbdə Baksan rayonu, şimalda Stavropol diyarının Kirov və Kursk rayonları, şərqdə Şimali Osetiyanın Mozdok rayonu. Proxladnenski rayonunun sahəsi 1,341.97 km²-dir. Rayon mərkəzindən respublikanın paytaxtına olan (Nalçik) məsafə 57 km-dir.

Hidrologiya

Rayon ərazisindən axan iri çaylar: Malka, Baksan , Kurkujin, Baksanyonok, Qeduko, Şakoy və bir çox kiçik çaylar. Rayonda inkişaf etmiş suvarma kanalları və kanalların tənzimlənməsi üçün istifadə olunan süni su anbarları şəbəkəsi mövcuddur. Rayonun ən böyük kanalları bunlardır: Lenin adına kanal, Pravoberejnı kanalı və Proxladnenski kanalı.

İqlim

Rayonun iqlimi bütövlükdə respublikanın düz zonasında rütubətli mülayimdir. Yay aylarında havanın temperaturu + 27 ... + 35 ° C-ə çatır, qışda temperatur -25 ° C-ə qədər enə bilər. Lakin nadir hallarda −10 ° C-dən aşağı düşür. Rütubətliyin azlığı ilk növbədə Proxladnenski rayonunun şərq hissəsindən isti küləklərə məruz qalması ilə əlaqədardır. Bu istiqamətdə Noqay çölüXəzər ovalığı üzərində formalaşan hava hakim olur.

Minerallar

Proxladnenski rayonunda gil, qum , çınqıl və tikinti qumu, həmçinin kəşfiyyatla sübut olunmuş neft yataqları vardır.

22 mart 1924-cü ildə Kabardin MV Rəyasət Heyətinin qərarı ilə Baksan rayonunun bölünməsi nəticəsində Primalka dairəsi təşkil edilir. 10 kənd sovetliyi yeni yaradılan dairəyə verilir.

1931-ci ildə Primalka dairəsi Primalka rayonuna çevrilir.

1932-ci ilin martında Proxladnenski rayonu ləğv edilir. Proxladnenski rayonunun kənd məclisləri: Yekaterinograd, Priblizhnenski, Soldatski və Prokladnenski kənd sovetlikləri Kabarda-Balkariya Muxtar Vilayətinin Primalka rayonuna verildi. Kanovski, Rostovanovski və Eyqenqeymov kənd sovetlikləri və Baltiyski Raboki taxıl sovxozu bir hissəsi Mozdok rayonuna verildi

Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin[5] 29 dekabr 1937-ci il tarixli və Kabarda-Balkariya MSSR İcraiyyə Komitəsi Rəyasət Heyətinin 7 yanvar 1938-ci il tarixli qərarı ilə Proxladnenskİ rayonu KBMSSR-in tərkib hissəsi olaraq bərpa edildi. Buraya əvvəllər Primalka rayonuna daxil olan yaşayış məntəqələri, həmçinin Proletarian kənd sovetliyi və Primalka taxılçılıq təsərrüfatı daxil oldu.

KBmSSR Ali Sovetinin Rəyasət Heyətinin 29 sentyabr 1959-cu il tarixli Fərmanı ilə Proxladnenski rayonu əvvəllər ləğv edilmiş Primalka rayonuna verildi.

1963-cü ildə Proxladnenski rayonu Proxladnenski kənd rayonuna çevrildi.

1965-ci ildə Proxladnenski kənd rayonu yenidən Proxladnenski rayonuna çevrildi və əvvəlki sərhədlərinə bərpa edildi. Elə həmin il Respublika daxilində Proxladnenski şəhər dairəsi təşkil edilir. Nəticədə dairə rayondan ayrılır. Bununla belə Proxladnı şəhəri Proxladnenski rayonunun inzibati mərkəzi olaraq qalır.

2005-ci ildə rayonda kənd idarələri ləğv edildi və kənd yaşayış məntəqələri statusuna malik 19 bələdiyyə qurulur.

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[6]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
ruslar 24 672 54,18 %
kabardinlər 12 792 28,10 %
türklər 2 488 5,46 %
balkarlar 1 196 2,63 %
ukraynalılar 609 1,34 %
qaraçılar 538 1,18 %
osetinlər 478 1,05 %
digərləri 2 455 5,39 %
milliyyətini bildirməyənlər 305 0,67 %
ümumi 45 533 100,0 %
Cins tərkibi

2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[7]:

Yaş Kişilər,
nəf.
Qadınlar,
yaş.
Ümumi
say.
ümumi əhaliyə
olan nisbət, %
0 — 14 yaş 4766 4592 9358 20,55 %
15 — 59 yaş 14 260 14 852 29 112 63,94 %
60 yaşdan yuxarı 2605 4458 7063 15,51 %
ümumi 21 631 23 902 45 533 100,0 %

Kişilər — 21 631 nəf. (47,5 %). Qadınlar — 323 902 nəf. (52,5 %)[8].

Əhalinin orta yaşı — 36,0 yaş. Kişilərin orta yaşı — 33,9 yaş. Qadınların orta yaşı — 37,9 yaş.

  1. http://www.prohladnenskiy.ru/index.php/selskie-poseleniya1.
  2. 1 2 GEOnet Names Server. 2018.
  3. "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
  4. Официальный сайт Прохладненского муниципального района Кабардино-Балкарской Республики. Сельские поселения Arxivləşdirilib 2016-01-23 at the Wayback Machine См. официальные наименования муниципального образования на языках народов КБР в официальных документах органов власти сельских поселений района
  5. "Об образовании новых районов в Кабардино-Балкарской АССР". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-21.
  6. "Том4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
  7. "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
  8. "Численность населения КБР по итогам Всероссийской переписи населения 2010 года". 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-11.