Terek rayonu (kab.-çərk. Тэрч куей / Тэрч район, qaraç.-balk. Терк район[2]) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Terek şəhəridir (rayonun ərazisinə daxil deyil).
Terek rayonu | |
---|---|
43°27′ şm. e. 44°12′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Terek (şəhər) |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1921 |
Sahəsi |
|
Hündürlük | 594 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 86632 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Terek rayonu Kabarda-Balkariya Respublikasının şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: qərbdə Mayski, şimalda Proxladnenski rayonu, şərqdə Şimali Osetiyanın Mozdok rayonu, cənubda isə Kirov rayonu. Proxladnenski rayonunun sahəsi 893,12 km²-dir. Bölgənin şimaldan cənuba qədər uzunluğu təqribən 50 kilometrə, şərqdən qərbə 35 kilometrdir.
Zonalıq üzrə rayon ərazisi iki hissəyə bölünür: dağətəyi və düzənlik. Rayonun əsas hissəsi dağətəyi zonada yerləşir. Rayon ərazisində axan çayların hamısı Terek çayının hövzəsinə aiddir. buradan terek açyının əssas qolu əsas qolu Kurp çayı axır. Rayonda ən qədim və ən böyük kanal Malokabardin kanalıdır.
Rayon ərazisi təbii ehtiyyatlarla zəngindir. Ərazidə 16 neft quyusu vardır. Bunlardan 4 quyu işləyir, qalanları isə fəaliyyətini dayandırmışdır. Bundan əlavə rayon təbii bulaqlara, tikinti materialları istehsalı üçün gil, çınqıl və qum yataqlarına sahibdir.
Rayonun iqlimi rütubətli mülayimdir. İsti yaya və mülayim qışı sahibdir. Orta illik yağıntının miqdarı təxminən 500-700 mm-dir.
Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin 1 sentyabr 1921-ci il tarixli sərəncamına əsasən Kabarda Muxtar Vilayətində Malo-Kabardinski dairəsi təşkil olundu.
12 avqust 1926-cı ildə dairə aşağıdakı kənd sovetliklərindən ibarət idi: Deyski, Planovski, Akbaşski, Arikski, Tambovski, Verxne-Kurpski, Qnadenburqski, Kizlyarski, Nijne-Kurpski, Neurojaevski, Razdolnı, Terekski, Xamidiyevski[3]..
30 sentyabr 1931-ci ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Malo-Kabardinski dairəsi Kabarda-Balkariya Muxtar Sovet Sosialist Respublikasının Malo-Kabardinski rayonuna çevrilir. 28 yanvar 1935-ci ildə Kabarda-Balkariya Regional İcraiyyə Komitəsinin Rəyasət Heyətinin Fərmanı ilə Malo-Kabardinski rayonu Terek rayonu olaraq adlandırıldı. Elə həmin il rayon ərazisinin bir hissəsində, rayonun şimal-şərqində Kurp rayonu təşkil olundu.
17 yanvar 1944-cü ildə Terek rayonu yenidən bölündü və şimalında Urojaynenski rayonu təşkil olundu.
28 yanvar 1944-cü ildə Kurp rayonu ləğv edildi və demək olar ki, bütün ərazisi (Nijne Kurp kənd sovretliyi istisna olmaqla) Şimali Osetiya Muxtar Respublikasına verildi və Nijni Kurp kəndi yenidən Terek rayonuna birləşdirildi.
1963-cü ildə Terek rayonu Terek kənd rayonuna çevrildi və Mayski rayonundan Aleksandrovski kənd sovetliyi ona birləşdirildi.
1965-ci ildə Terek kənd rayonu yenidən Terek rayonuna çevrildi və əvvəlki sərhədləri bərpa edildi.
2005-ci ildə rayonda şəhər və kənd idarələri ləğv edildi, 1 şəhər və 17 kənd yaşayış məntəqəsi statusuna malik 18 bələdiyyə quruldu.
2019-cu il 1 yanvar tarixinə əsasən şəhər şəraitində (Terek ş.) rayon əhalisinin 38.44 % yaşayır.
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[4]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
Kabardinlər | 45 080 | 88,01 % |
ruslar | 2 648 | 5,17 % |
türklər | 1 316 | 2,57 % |
balkarlar | 867 | 1,69 % |
digərləri | 1 289 | 2,52 % |
milliyyətini bildirməyənlər | 20 | 0,04 % |
ümumi | 51 220 | 100,0 % |
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[5]:
Yaş | Kişilər, nəf. |
Qadınlar, yaş. |
Ümumi say. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|---|---|
0 — 14 yaş | 5 128 | 5 041 | 10 169 | 19,85 % |
15 — 59 yaş | 16 870 | 17 487 | 34 357 | 67,08 % |
60 yaşdan yuxarı | 2 428 | 4 266 | 6 694 | 13,07 % |
ümumi | 24 426 | 26 794 | 51 220 | 100,0 % |
Kişilər — 24 426 nəf. (47,7 %). Qadınlar — 26 794 nəf. (52,3 %)[6].
Əhalinin orta yaşı — 34,6 yaş. Kişilərin orta yaşı — 33,0 yaş. Qadınların orta yaşı — 36,1 yaş.