Mayski rayonu (kab.-çərk. Май куей, qaraç.-balk. Май район[3]) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Mayski qəsəbəsidir.
Mayski rayonu | |
---|---|
Май куей[1] Май район[1] | |
43°38′ şm. e. 44°04′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Mayski |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1937 |
Sahəsi |
|
Hündürlük | 297 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 86633 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Mayski rayonu Kabarda-Balkariya Respublikasının şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: cənub-qərbdə Leskenski rayonu, qərbdə Urvan rayonu, şərqdə Terek rayonu, şimalda Proxladnenski rayonu və şəhər dairəsi, həmçinin cənubdan isə Şimali Osetiyanın Kirov rayonu. Rayonun sahəsi 384.80 km²-dir.
Rayonu ərazisini relyef xüsusiyyətlərinə görə iki hissəyə bölünür: dağətəyi və dağlıq. Rayonun əsas hissəsi respublikanın dağətəyi zonasında, cənub hissəsi isə dağlıq zonada yerləşir. Rayonda yüksəklik göstəriciləri cənubda 5642 metr, şimalda 550 metr arasında dəyişir.
Rayonun hidroqrafik şəbəkəsini iri Terek, Cherek, Baksan və Malka, həmçinin digər çaylar olan Lesken, Demenyuk, Arqudan, Psıqansu, Psarişa, Çornaya, Pavlixa və başqaları təşkil edir.
Maiski rayonu 29 dekabr 1937-ci ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin fərmanı ilə Kabarda-Balkariya Muxtar Sovet Sosialist Respublikasının Primalkin rayonunun Maiski, Aleksandrovski, Kotlyarevski, Prishibi və Novo-İvanovo kənd sovetliklərindən təşkil edilir[4][5].
1963-cü ildə Maiski rayonu ləğv edilərək Proxladnenski rayonuna birləşdirilir və Aleksandrovski kəndi Terek rayonuna verilir.
1965-ci ildə Kabarda-Balkariya MSSR rayonlaşdırma sonrası Mayski rayonu əvvəlki sərhədlərində bərpa edilir.
2005-ci ildə rayonda yerli idarələr ləğv edildi. Nəticədə isə şəhər və kənd yaşayış məntəqələri statusuna malik 5 bələdiyyə quruldu.
Şəhər şəraitində (Mayski ş.) rayon əhalisinin 69.65 % yaşayır.
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[6]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
ruslar | 28 342 | 73,38 % |
türklər | 3 502 | 9,06 % |
kabardinlər | 2 015 | 5,22 % |
qaraçılar | 1 216 | 3,15 % |
koreyalılar | 921 | 2,38 % |
balkarlar | 535 | 1,39 % |
ukraynalılar | 478 | 1,24 % |
digərləri | 1 584 | 4,10 % |
milliyyətini bildirməyənlər | 32 | 0,08 % |
ümumi | 38 625 | 100,0 % |
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[7]:
Yaş | Kişilər, nəf. |
Qadınlar, yaş. |
Ümumi say. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|---|---|
0 — 14 yaş | 3 876 | 3 717 | 7 593 | 19,66 % |
15 — 59 yaş | 11 213 | 12 797 | 24 010 | 62,16 % |
60 yaşdan yuxarı | 2 425 | 4 597 | 7 022 | 18,18 % |
ümumi | 17 514 | 21 111 | 38 625 | 100,0 % |
Kişilər — 17 514 nəf. (45,3 %). Qadınlar — 21 111 nəf. (54,5 %)[8].
Əhalinin orta yaşı — 38,0 yaş. Kişilərin orta yaşı — 34,5 yaş. Qadınların orta yaşı — 40,2 yaş.
Rayonda «Mayski News» regional qəzeti nəşr olunur[9]. Həftədə bir dərc edilir. Üstəlik rayon icra hakimiyyətinin rəsmi saytı da fəaliyyət göstərir.