Müqəddəs İohann monastırı (Keşikçidağ kompleksi)

Vikipediya saytından
TexnoBot (müzakirə | töhfələr) (Şəkil→Fayl, File→Fayl using AWB) tərəfindən edilmiş 08:55, 9 iyul 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Müqəddəs İohann monastırı
gürc. ნათლისმცემლის მონასტერი
Kompleksin ümumi görünüşü
Xəritə
41°17′55″ şm. e. 45°42′17″ ş. u.
Ölkə  Gürcüstan
Şəhər Saqareco
Yerləşir Kaxeti
Aidiyyatı Gürcü Ortodoks Kilsəsi
Sifarişçi Lukian
Tikilmə tarixi VI-VII əsr
Üslubu Gürcüstan memarlığı
Vəziyyəti fəaliyyət göstərir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müqəddəs İohann monastırı (gürc. ნათლისმცემლის მონასტერი) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsidir. David Qareci lavrasından 12 km qərbdə yerləşən monasıtırın əsası, kilsə ənənəsinə görə VI əsrin sonları - VII əsrin əvvəllərində David Qarecinin tələbələrindən olan Lukian tərəfindən qoyulmuşdur.

Kompleks çoxlu sayda mağara məbədlər və mərkəzi kilsədən ibarətdir. Əsas kilsədən cənubda daha bir kiçik kilsə yerləşir. Kilsənin interterlərində XII əsrə aid freska qalıqları dövrümüzə çatmışdır.

David Qareci lavrasından 12 km qərbdə yerləşən monasıtırın əsası, kilsə ənənəsinə görə VI əsrin sonları - VII əsrin əvvəllərində David Qarecinin tələbələrindən olan Lukian tərəfindən qoyulmuşdur.[1][2] Monastırın inşaat kitabəsində qeyd edilir:

" Şərafətli David atanın xeyir-duası ilə Vəftizçi İohannın şərəfinə bu səhra monastırını inşa etdirdim.[3] "

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Kompleks çoxlu sayda mağara məbədlər və mərkəzi kilsədən ibarətdir. Mərkəzi kilsə qeyri-adi hündürlüyü ilə diqqət çəkir. Əsas kilsənin ikonostası XVIII əsrə aiddir.

Əsas kilsədən cənubda daha bir kiçik kilsə yerləşir. Həmin kilsəyə çatmaq üçün qayanın sirvəsinə dırmanmaq lazımdır. Bu kilsənin qarşısında hündür zəng qülləsi və rahiblərin yaşaması üçün otaqlar vardır. Kilsənin interterlərində XII əsrə aid freska qalıqları dövrümüzə çatmışdır.

  1. ზ. თვალჭრელიძე, გარეჯის ნათლისმცემლის უდაბნო-მონასტერი, ძეგლის მეგობარი, 80, თბ., 1988 წ. გვ., 12
  2. Чубинашвили Г. Н., Пещерные монастыри Давид-Гареджи, Тб., 1948. ст. 31-32
  3. ილ. აბულაძე, ძველი ქართული აგიოგრაფიული ლიტერატურის ძეგლები, წ. I, თბ., 1963 წ. გვ., 239
  • ზ. თვალჭრელიძე, გარეჯის ნათლისმცემლის უდაბნო-მონასტერი, ძეგლის მეგობარი, 80, თბ., 1988