Quba r-nunun Yerfi i.ə.v.-də kənd. Babaçayın sahilində, dağlıq ərazidədir;
Şəmkir r-nunun Qaracəmirli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Hazırda; yerli əhali arasında Kommuna adı ilə də tanınır. İnqilabdan əvvəl Zeynal bəyə məxsus kənd olmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Zeynal bəy ata-baba yurdundan qovulmuş və 20-ci illərdə burada kommuna yaradılmışdır. Bundan sonra kənd də qeyri-rəsmi olaraq Kommuna adlandırılmışdır. Lakin rəsmi olaraq kəndin adı mənbələrdə Talış kimi qeyd olunur;
Tərtər r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kəndlərin adları talış etnonimi ilə əlaqədardır.[1]
Əhalisi çox tərkiblidir (müxtəlif zonadan gələnlər) və əsasən İrandan gələn ailələrdir. Deyilənə görə, kəndin adı Talış adlı varlı bir mülkədarın adından götürülüb. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1946 nəfər əhali yaşayır.[2]