Kürdmaşı

KürdmaşıAzərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.

Kürdmaşı
40°40′33″ şm. e. 48°02′31″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon İsmayıllı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 276 m
Saat qurşağı
Əhalisi
Əhalisi 3.213 nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3116[1]
Digər
[http:// ]
Xəritəni göstər/gizlə
Kürdmaşı xəritədə
Kürdmaşı
Kürdmaşı

Kənd rayon mərkəzindən 18 km cənub-qərbdə, İsmayıllı-Müsüslü avtomobil yolu kənarında, Burnovuldağ silsiləsinin cənub ətəyində yerləşir. Əhalisi heyvandarlıq və əkinçilik ilə məşğul olur. Belə ki, Kürdmaşı kənd ərazisində mümbüt torpaqlar olduğu üçün 250 hektara yaxın ərazidə üzümçülük vadisi yaradılmışdır. 1949-cu ildən hal-hazır vaxta kimi 1 nömrəli şərab zavodu fəaliyyət göstərir öz keyfiyyətli istehsal edilən şərablarını və çaxırlarını xarici bazarda tanıtmağı bacarmışdır. Ərazidə şəhid Ceyhun Həsənov adına Kürdmaşı kənd tam orta məktəb, kitabxana, tibb məntəqəsi, rabitə şöbəsi, elektron ATS, 400 yerlik Kənd Yaradıclıq evi, İnzibati Ərazi Dairəsi üzrə idarə binası, Su melarasiya idarəsinin xidməti binası, 15-ə yaxın ticarət maqazası, bir ədəd şadlıq evi vardır.[2]

1859-1864-cü ilə olan məlumata əsasən Kürdmaşı kəndində 124 evdə 331 nəfəri kişilər, 279 nəfəri isə qadınlar olmaqla 610 nəfər müsəlman azərbaycanlılar yaşayırdı.[3]

Hazırda ərazidə 905 təsərrüfatda 4000 nəfərə yaxın əhali yaşayır. Faktiki olaraq (16.03.2016) ərazidə 712 fərdi yaşayış evi vardır. Əhalisi 3213 nəfərdir ki onunda 1603 nəfəri kişi, 1610 nəfəri qadındır.

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Kəndlərimiz[ölü keçid]
  3. Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 32[ölü keçid]