Şair Həsənov
Şair Həsənov | |
---|---|
19 aprel 2001 – 28 fevral 2006 | |
Əvvəlki | Abid Şərifov |
Sonrakı | Abbas Ələsgərov (Şəhərsalma və Arxitektura Komitəsinin sədri kimi) |
20 iyul 1999 – 19 aprel 2001 | |
Əvvəlki | Sücəddin Abdullayev |
Sonrakı | vəzifə ləğv edilib |
12 dekabr 1990 – 22 may 1991 | |
Əvvəlki | Arif Mansurov |
Sonrakı | vəzifə ləğv edilib |
1986 – 1989 | |
Sədr | Musa Məmmədov Müzamil Abdullayev |
7 yanvar 1983 – 12 dekabr 1985 | |
Əvvəlki | Dadaş Asanov |
Sonrakı | vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 iyul 1936 |
Doğum yeri | |
Vəfat tarixi | 15 mart 2017 (80 yaşında) |
Dəfn yeri | |
Partiya |
|
|
|
Təltifləri |
|
Şair Nəcməddin oğlu Həsənov (10 iyul 1936, Qusar – 15 mart 2017) — Azərbaycan inşaatçı-mühəndisi və ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsinin sədri (2001–2006), Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədri (1999–2001), Azərbaycan SSR tikinti materialları sənayesi naziri (1990–1991), Azərbaycan SSR Dövlət Aqrar Sənaye Komitəsi sədrinin müavini (1986–1989), Azərbaycan SSR kənd tikintisi naziri (1983–1985).
Həyatı
Şair Nəcməddin oğlu Həsənov 10 iyul 1936-cı ildə (bəzi mənbələrdə 10 iyun) Qusar şəhərində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Politexnik İnstitutunu yol nəqliyyatı mühəndisi ixtisası üzrə bitirmişdir.[1] Həmin ildən Azərbaycan SSR Tikinti Nazirliyi sistemində iş icraçısı, elmi-tədqiqat laboratoriyasının mühəndisi, böyük mühəndisi, bölmə rəhbəri, tikintinin təşkili və texnologiyas tresti şöbəsinin baş mühəndisi, texnika idarəsi rəisinin müavini, Sənaye Tikintisi Nazirliyi "Dəmir-beton" trestinin baş mühəndisi, nazirliyin istehsalat idarəsinin rəisi vəzifələrində işləmişdir.[2]
Şair Həsənov 1977–1980-ci illərdə Azərbaycan SSR kənd tikintisi nazirinin birinci müavini, 1980–1983-cü illərdə Azərbaycan SSR Baş Kolxoz-Sovxoz Tikintisi Baş İdarəsinin ("Başkolxozsovxoztikinti") rəisi, 1983–1985-ci illərdə kənd tikintisi naziri, 1986-cı ildən 1989-cu ilədək Azərbaycan Dövlət Aqrar-Sənaye (Aqrosənaye) Komitəsi sədrinin müavini, 1990-cı ilin yanvar ayından dekabr ayınadək "Azəravtoyol" İstehsalat Birliyinin rəis müavini vəzifələrində çalışmışdır.[3][4] 1990–1991-ci illərdə Azərbaycan SSR tikinti materialları sənayesi naziri, 1991-ci ilin may ayından "Azərtikintimaterialsənaye" Dövlət Konserninin prezidenti olmuşdur.[5]
Şair Həsənov 1999–2001-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədri işləmiş, 2001-ci ilin aprel ayında isə Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsinin sədri təyin olunmuşdur.[6] Komitəsinin 28 fevral 2006-cı ildə ləğv edilməsindən sonra Şair Həsənov təqaüdə çıxmışdır.[1] 2006-cı ildə isə "Samur" Ləzgi Milli Mərkəzi İdarə Heyətinin sədri seçilmiş və ictimai fəaliyyəti davam etdirmişdir.[3]
Şair Həsənov 1961-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının[2], 1993-cü ildən isə Yeni Azərbaycan Partiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 10–11-ci çağırış deputatı seçilmişdir. "Azərbaycan SSR əməkdar mühəndisi" (1982) fəxri adına layiq görülmüş, "Şərəf nişanı" (1982), "Qırmızı əmək bayrağı" (1986) ordenləri və bir yubiley medalı ilə təltif edilmişdir.[7] 2014-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.
Şair Həsənov 2017-ci ildə vəfat etmiş, martın 15-də Bakı şəhərində dəfn olunmuşdur.[3]
İstinadlar
- ↑ 1 2 İbrahimov, B.; Allahverdiyev, Z. Həsənov Şair Nəcməddin oğlu // Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE). I cild. Bakı: Yeni Poliqrafist. 2011. səh. 147−148. 400 tiraj.
- ↑ 1 2 Һәсәнов Шаир Нәҹмәддин оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 417.
- ↑ 1 2 3 Şair Nəcməddin oğlu Həsənov // Qusar. № 9–10 (7567–7568). 12 aprel 2017. S. 3.
- ↑ Шаир Нәҹмәддин оғлу Һәсәнов: [Азәрбајҹан ССР тикинти материаллары сәнајеси назири] // Коммунист. 13 декабр 1990-ҹы ил. С. 1.
- ↑ Һәсәнов Шаир Нәҹмәддин оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 500. ISBN 5-89600-253-x.
- ↑ Həsənov Şair Nəcməddin oğlu // Azərbaycanda kim kimdir? (Ensiklopedik sorğu kitabı). Müəllif və tərtibçi: Tariyel Cahangir. Bakı: "Çıraq" nəşriyyatı. 2004. S. 97.
- ↑ Həsənov Şair Nəcməddin oğlu // Azərbaycanda kim kimdir? – 2001 (Ensiklopedik sorğu kitabı). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" nəşriyyatı. 2001. S. 84. ISBN 5-89600-332-3.
Xarici keçidlər
- Şair Həsənov vəfat edib // novator.az. 16 mart 2017. 27 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2022.
- Ş. N. Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respubli̇kası Prezi̇denti̇ni̇n Sərəncamı // e-qanun.az. 7 may 2014. 4 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2022.
- Ş. N. Həsənovun Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respubli̇kası Prezi̇denti̇ni̇n Fərmanı // e-qanun.az. 19 aprel 2001. 4 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2022.
- Ş. N. Həsənovun Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respubli̇kası Prezi̇denti̇ni̇n Fərmanı // e-qanun.az. 19 aprel 2001. 4 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2022.
- Ş. N. Həsənovun Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respubli̇kası Prezi̇denti̇ni̇n Fərmanı // e-qanun.az. 20 iyul 1999. 4 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2022.
Həmçinin bax
- 10 iyulda doğulanlar
- 1936-cı ildə doğulanlar
- Qusarda doğulanlar
- 15 martda vəfat edənlər
- 2017-ci ildə vəfat edənlər
- 80 yaşında vəfat edənlər
- Bakıda dəfn olunanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Yeni Azərbaycan Partiyasının üzvləri
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Azərbaycan SSR əməkdar mühəndisləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan SSR xalq komissarları və nazirləri
- Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları
- Azərbaycan Dövlət Tikinti və Arxitektura Komitəsinin sədrləri
- Azərbaycan Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədrləri