Ağ Şəhər metrostansiyası

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ağ Şəhər metrostansiyası

2-ci xətt
Bakı metrosu
Xəritə
Rayon Xətai
Açılış tarixi inşa edilir
İnşaat tipi yeraltı
Platformaların sayı 1
Platformaların tipi ada
Çıxdığı küçələr 8 Noyabr prospekti
İş rejimi 06:00—00:00

Ağ Şəhər metrostansiyasıBakı metrosunun ikinci (Yaşıl) xəttində olan stansiyası. Layihə adı — Y14, "Ağ Şəhər". Stansiyanın Bakı Ağ Şəhər[1][2] ərazisində inşası planlaşdırılır. Y-14, Y-15 və Y-16 stansiyalarının inşası başa çatdıqdan sonra Həzi Aslanov-2 metrostansiyasında tikinti işləri sürətləndiriləcəkdir. Bu stansiyadan Həzi Aslanov metrostansiyasına keçid olacaqdır. Layihə sayəsində Cəfər Cabbarlı metrostansiyasından Həzi Aslanov metrostansiyasına qısa vaxt ərzində keçmək mümkün olacaqdır.

31 yanvar 2024-cü ildə stansiyaya mesenat Hacı Zeynalabdin Tağıyevin adının verilməsi ilə bağlı bir qrup ziyalı prezident İlham Əliyevə müraciət ünvanlayıb.[3]

Tarixi

2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti Bakı Metropolitenin 2030-cu ilə olan planını təstiqləmişdir. 2010-cu ildə Ağ Şəhər layihəsi işə salınır və bu zaman 8 Noyabr prospektində yeni metro stansiyanın inşa ediləcəyi bəyan edilir[4][5].

İnşası

Metro stansiyasının tikintisi üçün yer hələ 2011-ci ildə ayrılır. Xətai və Həzi Aslanov arasında üç yeni stansiya ilə Yaşıl Xəttin ara hissəsinin tikintisinə 2013-cü ilin avqustunda başlanılıb. 2013-cü ilin dekabrında isə stansiyanın 4 çıxışının olacağı bəyan edilir.[6] 2016-cı ilin avqustunda Bakı metrosunun 3 yeni stansiyanın inşasına başlandığı bəyan edilir.[7]

2019-cu ildə Bakının Nobel prospektində, "Ağ Şəhər" ərazisində inşa ediləcək yeni metro stansiyası üçün yer ayrılıb.[8]

2022-ci ildə "Bakı Metropoliteni" QSC-nin Baş mühəndisi Əlixan Osmanov deyib ki, 2023-cü ildən "Həzi Aslanov" stansiyasında tikinti işlərini davam etdirmək üçün dövlət proqramı çərçivəsində bu layihəyə vəsait ayrılacaq: ""Ağ şəhər"də də yeni stansiyanın tikintisi həyata keçiriləcək."[9]

İstinadlar

  1. 1st news. "На территории Baku White City строится новая станция метро - ФОТО" (rus). 2016-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-26.
  2. "У бакинского метро появится сразу три новые станции". news.day.az. 2016-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-26.
  3. "Bu metrostansiyaya Tağıyevin adı verilsin - Müraciət". Teleqraf.com (az.). 2024-02-01. 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  4. "В "Черном городе" начинается реализация грандиозного проекта Baku White City" (rus). Day.Az. 2011-05-21. 2016-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-20.
  5. "Baku White City: В столице Азербайджана вновь появится трамвайная линия и водный транспорт вдоль бульвара - ФОТО" (rus). Day.Az. 2010-06-24. 2016-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-20.
  6. "Baku White City готовится к заселению квартир французского стиля". 2014-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-20.
  7. "В Баку начинается строительство ещё трёх новых станций метро". 2017-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-20.
  8. "Bakıda tikiləcək "Ağ Şəhər" metro stansiyası ilə bağlı XƏBƏR – Yer ayrılıb". 2023-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-10.
  9. "Gələn ildən "Ağ şəhər"də yeni metro stansiyası tikiləcək". 2023-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-10.

Xarici keçidlər