Bu məqalə Cəfər Cabbarlı metrostansiyası haqqındadır. Digər mənalar üçün Cəfər Cabbarlı (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Cəfər Cabbarlı metrostansiyası — Bakı metrosunun ilk tikilən keçid stansiyasıdır. 1993-cü ildə birinci platforması, 2008-ci ildə isə ikinci platforması istifadəyə verilmişdir. 28 May stansiyasına keçid var. Buradan qatarlar yalnız Xətai stansiyasına hərəkət edir. Gələcəkdə xətlərin ayrılması zamanı bu stansiya Nizami stansiyasına birləşdirilicək.
Cəfər Cabbarlı | ||||
---|---|---|---|---|
2-ci xətt | ||||
Bakı metrosu | ||||
Rayon | Nəsimi | |||
Yerləşməsi | Son dayanacaq | |||
Açılış tarixi | 27 oktyabr 1993 | |||
İnşaat tipi | Yeraltı | |||
Platformaların sayı | 1 | |||
Stansiyadakı keçidlər | 28 May metrostansiyası | |||
Nəqliyyat | H1, 1, 4, 5, 8, 14, 32, 88, 125 nömrəli avtobuslar və Bakı-Sumqayıt qatarı | |||
İş rejimi | 06:00—00:00 | |||
Qonşu stansiyalar | Şah İsmayıl Xətai | |||
|
|
Müstəqillik illərinin ilk stansiyası kimi istismara verilmiş ilk keçid stansiyadır. O, görkəmli Azərbaycan mütəfəkkiri, dramaturq, yazıçı, şair Cəfər Cabbarlının adını daşıyır. 1993-cü ildə onun birinci platforması istismara verildi. 2008-ci ildə isə ikinci – şərq platforması istifadəyə verildikdən sonra, «Cəfər Cabbarlı-Xətai» mənzilində iki yollu məkik hərəkət istifadəyə verildi. Stansiyanın hər iki yolu bir-birindən «28 May» stansiyası ilə aralanıb. Mövcud perspektiv inkişaf planına uyğun olaraq, Yaşıl və qırmızı xətlər bir-birindən ayrıldıqdan sonra stansiya tam funksional fəaliyyətə keçiriləcək.
Buradan Qırmızı xəttin «28 May» stansiyasına keçid var. Qatarlar yalnız «Xətai» stansiyasına hərəkət edir. Gələcəkdə xətlərin ayrılması zamanı bu stansiya ayrıca yol mənzili ilə «Nizami» stansiyasına birləşdirilicək.
Yaxınlaşma dəhlizində gipsdən "Cəfər Cabbarlı və qəhrəmanları" adlı qorelyef quraşdırılıb. Dəhlizlərində qırmızı mərmərdən milli memarlıq ənənələrinə uyğun olaraq "xalça" yığılıb.
Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |