8 Noyabr — Bakı metrosunun 29 may 2021-ci ildə istifadəyə verilən stansiyası. Stansiyaya Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Zəfər Günü münasibətilə "8 Noyabr" adı verilib.[1]
8 Noyabr metrostansiyası | |
---|---|
3-cü xətt | |
Bakı metrosu | |
Rayon | Nəsimi |
Yerləşməsi | Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə |
İnşaat tipi | Yeraltı |
Çıxdığı küçələr | Ceyhun Səlimov küçəsi, Əbdülvahab Salamzadə küçəsi |
Nəqliyyat | 7A, 7B, 52, 61, 67, 83, 199, 211 nömrəli avtobuslar |
Qonşu stansiyalar | Memar Əcəmi-2, Cəlil Məmmədquluzadə |
Vikianbarda əlaqəli mediafayllar |
|
Hal-hazırda istifadəyə verilən bu metrostansiya Nəsimi rayonu ərazisində, Ceyhun Səlimov (Papanin) küçəsində Hərbi Hospitalla üzbəüz yerləşir. "8 Noyabr" stansiyası 29.05.2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.
Stansiyaya daxil olan qatarlarda Oqtay Zülfüqarovun bəstələdiyi "Şənlən, mənim xalqım" mahnısından fraqment səslənir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarında deyilir:
“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən Bakı metrosunun Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılsın”.[2] |