Memar Əcəmi-2[1] — Bakı metrosunun Bənövşəyi xəttinin stansiyası.
Memar Əcəmi-2 metrostansiyası | |
---|---|
3-cü xətt | |
Bakı metrosu | |
Açılış tarixi | 19 aprel 2016 |
Platformaların sayı | 1 |
Stansiyadakı keçidlər | Memar Əcəmi (Yaşıl xətt) |
Qonşu stansiyalar | Avtovağzal, 8 Noyabr |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
|
Memar Əcəmi-2 metrostansiyasının inşasına 2009-cu ildə başlanılmışdır. Bu stansiya Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşir və bu xətt gələcəkdə Bakıxanova kimi uzadılacaq. Stansiyanın 2015-ci ildə istifadəyə verilməsi planlaşdırılsa da, bu mümkün olmamışdır.
Stansiya 2016-cı il 19 apreldə isitfadəyə verilmişdir.
"Avtovağzal"–"Memar Əcəmi" mənzil tunellərinin və "Memar Əcəmi" stansiyasının layihə işləri dünyanın aparıcı şirkətləri tərəfindən həyata keçirilib. Tunellərin inşası üçün hazırlıq işlərinə 2011-ci ilin fevralında, tikintisinə isə həmin ilin sentyabrında başlanılıb. Podratçı təşkilat tərəfindən tunellərin tikintisi ilə yanaşı, tunellərarası 8 təxliyə keçidi və 2 havalandırma şaxtası inşa edilib. "Memar Əcəmi" stansiya kompleksinin ümumi uzunluğu 168,5 metrdir. Burada üç çıxış yaradılıb. Ümumi sahəsi 12 min kvadratmetrə yaxın olan stansiyada və çıxışlarda 17 eskalator quraşdırılıb. Burada, həmçinin fiziki imkanları məhdud insanlar üçün liftlər var.
Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |