28 May metrostansiyası

28 MayBakı metropoliteninin qırmızı xəttinin stansiyasıdır. Keçmiş adı 28 Aprel olmuşdur. 28 May stansiyası Bakı Metropoliteninin mərkəzi stansiyası hesab olunur və bu stansiyasının daxilindən Cəfər Cabbarlı metrostansiyasınaBakı Dəmir Yolu Vağzalına birbaşa piyada keçid vardır. Bu stansiyadan başlayaraq xəttlər iki hissəyə ayrılır. Qırmızı xətt və yaşıl xəttin birləşdiyi stansiyadır. Stansiyaya daxil olan qatarlarda Qarabağ Şikəstəsindən fraqment səslənir.

28 May

1-ci xətt
Bakı metropoliteni
28 may metrostansiyası
28 may metrostansiyası
Xəritə
Rayon Nəsimi
Açılış tarixi 6 noyabr 1967
Keçmiş adları 28 Aprel
İnşaat tipi Yeraltı
Platformaların sayı 1
Memarları Y.Q.Hacıyev
Ş.S.Quliyev
Stansiyadakı keçidlər Cəfər Cabbarlı
Nəqliyyat Bus transport H1, 1, 2, 4, 5, 11, 14, 21, 30, 32, 46, 49, 85, 88, 88A, 120, 120E, 125 nömrəli avtobuslar və Bakı-Sumqayıt qatarı
İş rejimi 06:00—00:00
Qonşu stansiyalar Sahil, Nizami, Gənclik
 Bu şablona bax İnteraktiv sxemi

Kiçilt
DərnəgülAzadlıqNəsimiAvtovağzalMemar Əcəmi20 YanvarİnşaatçılarElmlər AkademiyasıNizami28 MayCəfər CabbarlıXətaiSahilİçərişəhərGənclikNəriman NərimanovBakmilUlduzKoroğluQara QarayevNeftçilərXalqlar DostluğuƏhmədliHəzi AslanovNəriman Nərimanov adına depo

 Bu şablona bax İnteraktiv sxemi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

6 noyabr 1967-ci ildə istismara verilmişdir. "Bakı Soveti - Nərimanov" yol mənzili sahəsində açılmış ilk 5 stansiyadan biridir. Paytaxtın dəmir yol qovşağının mərkəzi vağzalının yaxınlığında yerləşdiyi üçün təkcə metropoliten üçün deyil, həm də mühüm nəqliyyat qovşağının bir hissəsi kimi əhəmiyyət kəsb edən metro stansiyasıdır. O, bundan başqa həm də metropolitenin iki mühüm xəttinin qovşağı kimi də diqqət çəkir. Qeyd edilənləri, həmçinin şəhər mərkəzinə və mühüm ictimai-sosial və mədəni obyektlərə yaxınlığı nəzərə alınaraq, metropolitenin ən çox sərnişin yükü olan stansiyasıdır və onu "şəhər qapıları" da adlandırırlar. Əvvəlki adı Azərbaycanda Sovet hakimiyyətinin qurulması şərəfinə verilmişdi. Layihə üzrə dəmiryolu vağzalı ilə vahid memarlıq ansamblı kimi inşa olunmuşdu. Stansiyanın fasadında, yuxarı vestibülün kassa zalında arabalardan ta kosmik raketlərə qədər nəqliyyatın inkişafı — "Nəqliyyatın tarixi — təkərdən-raketədək" mövzusunda metal döymə ("çekanka") var idi. Giriş tağının bir səmtində metaldan bir-birini sıxan üç əl döyülmüşdü, əks səmtdə isə şəhərin rəmzi açarı rəmz olunmuşdu. Mərkəzi zalda arxa divarda şəhərin üzərində dəniz dalğalarını və üç məşəli əks etdirən gerb təsvir olunmuşdu. Stansiyanın döşəməsi qara cizgi elementli qırmızı qranitlə örtülərək, milli xalça effekti yaradılmışdı. Həmçinin pilon və perronun tunel divarları Uralda istehsal olunan ağ-mavi "Ufaley" mərmərləri ilə işlənərək, stansiyanın qırmızı-qara qranit döşəmə örtüyü ilə birləşərək genişlik, sadəlik vəhdətini yaratmışdı. Müstəqillik əldə edildikdən sonra Şərqin ilk demokratik respublikasının yarandığı gün şərəfinə stansiya "28 May" adlandırıldı və müvafiq dizayn dəyişiklikləri edildi. Orta zalda eskalatora tərəf divarda ortasında ay və səkkizguşəli ulduz yerləşdirilmiş minbərlər üstünlük təşkil edən "İçərişəhər lövhələri" mozaik panno var idi. Dairəvi orta zalın yuxarı tərəfində ("Cəfər Cabbarlı" stansiyasına keçid istiqamətində) üç rəngli Azərbaycan bayrağı fonunda olan səkkizguşəli ulduzun haşiyəsində Azərbaycan Demokratik Respublikasının liderlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin barelyefi əks olunmuş, üzərində "Bir kərə yüksələn bayraq bir daha enməz" kəlamı yerləşdirilmişdi. Orta zalda pilonların üzərində Azərbaycan Demokratik Respublikasına həsr olunmuş mozaik pannolar yerləşdirilmişdi. Pilonlararası sahədə hər yolda beş-beş olmaqla taxta səkkizguşəli ulduzun içərsinə 10 keramik heykəlcik ("Milli ordunun əsgərləri", "Topçu general", "Ana və uşaq", "Neft buruqlarını qoruyan əsgər", "Qəzet oxuyan müsavatçılar", "Türk ordusunun əsgərləri" və nəlbəkilər quraşdırılmışdı. Həmin səkkizguşəli ulduzlar döşəmədə olan açılış vaxtından qalan böyük səkkizguşəli ulduzlarla (bu ulduzların sayı orta zalda 9 ədəd idi) ahəng harmoniya təşkil edir. Aylı-ulduzlu nəlbəkilərdən birində "1918–20" rəqəmlərini , digərində isə "28 may" sözləri həkk edilmişdi. Pannolar gizlədilmiş işıqlarla işıqlandırılırdı. Stansiya yollarında ventilyasiya kanalları tunel tərəfə fasiləsiz, kəsilməyən pilonarası ayrı-ayrı tökmə dekorativ alüminium şəbəkələrlə örtülmüşdü. Şəbəkənin ornamentləri arasında da "səkkizguşəli ulduz" üstünlük təşkil edir. 1993-cü ildə "Cəfər Cabbarlı" stansiyasının açılması ilə iki stansiya arasında keçid də istismara verildi. Üçlentli eskalator yerləşən maili gedişin tavanı 2003-cü ildə rekonstruksiya olunaraq, asboşifer tavan parlaq alüminium profillərlə əvəz olunmuşdu. Bakı metropolitenin perspektiv inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramına uyğun olaraq, stansiyanın mənəvi cəhətdən köhnəlmiş LT-3 tipli eskalatorları Almaniyanın "Thyssen Krupp" şirkətinin dərin özüllü stansiyalar üçün nəzərdə tutulmuş "Viktoriya" tipli 4 eskalatoru ilə əvəzlənərək 2010-cu il sentyabrın 15-də istismara verildi. Bu stansiya paytaxt metrosunun ilk ikiçıxışlı dərin özüllü stansiyası oldu. 2009-cu il dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə stansiyaının Salatın Əsgərova küçəsində 40 metr dərinlikdə yerləşən ikinci giriş-çıxışı istifadəyə verildi. Müasir memarlıq üslubunda inşa olunmuş vestibül, yeraltı piyada keçidindən ibarət olan stansiyada dərin özüllü stansiyalar üçün nəzərdə tutulmuş "ET-3M" tipli 3 eskalator istismar olunur. Piyada tunelinin ümumi uzunluğu isə 165 metrdir. Sərnişinlər tunel vasitəsilə "28 May" stansiyasından başqa, metronun "Cəfər Cabbarlı" stansiyasına da sərbəst gedə bilirlər.2013-cü ildə stansiyada yenidənqurma işlərinə başlanıldı. 2015-ci il mayın 5-də sərnişinlərin üzünə açılan stansiyanın platofrmasının orta zalının tavanı və döşəməsi eyni üslubda milli ornamentlərə əsaslanan şəbəkə təsviri ilə bəzədilərək vahid kompozisiya quruldu. Gur işıqlandırılma və divarların yeni açıq rəngli mərmər təbəqəsi bu şəbəkəni daha təsirli edir. Daha öncə quraşdırılımış Məhəmməd Əmin Rəsulzadənin barelyefinin üzəri örtülmüşdür. Stansiya yollarında işıqlandırılmış yol istiqamət nişanları qoyulub. Divarlar və ventilyasiya kanalları yeni üslubda işlənib. Stansiyanın yuxarı vestibülü tam yeni formatda işlənərək, giriş zalına yeni dizayn forması verilib. Stansiya üzərində ucalan yeni konstruksiya əvvəlki gümbəzşəkilli giriş-çıxışla müqayisədə 2 metr hündürdür və bu da stansiyaya genişlik effekti verir. Gələcəkdə xətlərin ayrılması nəzərə alınaraq, stansiya çıxışından "Cəfər Cabbarlı" stansiyasına keçid imkanı üçün daha bir pilləkən qoyulub. Vestibülün gümbəz sahəsində yeni dairəvi işıqlanma sistemi quraşdırılıb. Girişidə avtomat nəzarət-buraxılış məntəqəsinin yeri daha irəli çəkilərək, sərnişin sıxlığının qarşısının alınmasına və buraxıcılıq qabiliyyətinin artırılmasına xidmət edir. Həmçinin giriş pavilyonunu 150 kv.m. genişləndirilərək, giriş qapılarından kassa zalına qədər olan sahədə sərnişindərin hərəkət rahatlığını təmin edir. Stansiyaya daxil olan qatarlarda "Qarabağ şikəstəsi" milli muğamından fraqment səslənir.[1]


Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. ""28 May" metrostansiyasının tarixi". 2018-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-06.