Ağ Şəhər metrostansiyası — Bakı metrosunun ikinci (Yaşıl) xəttində olan stansiyası. Layihə adı — Y14, "Ağ Şəhər". Stansiyanın Bakı Ağ Şəhər[1][2] ərazisində inşası planlaşdırılır. Y-14, Y-15 və Y-16 stansiyalarının inşası başa çatdıqdan sonra Həzi Aslanov-2 metrostansiyasında tikinti işləri sürətləndiriləcəkdir. Bu stansiyadan Həzi Aslanov metrostansiyasına keçid olacaqdır. Layihə sayəsində Cəfər Cabbarlı metrostansiyasından Həzi Aslanov metrostansiyasına qısa vaxt ərzində keçmək mümkün olacaqdır.
Ağ Şəhər metrostansiyası | |
---|---|
2-ci xətt | |
Bakı metrosu | |
Rayon | Xətai |
Açılış tarixi | inşa edilir |
İnşaat tipi | yeraltı |
Platformaların sayı | 1 |
Platformaların tipi | ada |
Çıxdığı küçələr | 8 Noyabr prospekti |
İş rejimi | 06:00—00:00 |
|
|
31 yanvar 2024-cü ildə stansiyaya mesenat Hacı Zeynalabdin Tağıyevin adının verilməsi ilə bağlı bir qrup ziyalı prezident İlham Əliyevə müraciət ünvanlayıb.[3]
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti Bakı Metropolitenin 2030-cu ilə olan planını təstiqləmişdir. 2010-cu ildə Ağ Şəhər layihəsi işə salınır və bu zaman 8 Noyabr prospektində yeni metro stansiyanın inşa ediləcəyi bəyan edilir[4][5].
Metro stansiyasının tikintisi üçün yer hələ 2011-ci ildə ayrılır. Xətai və Həzi Aslanov arasında üç yeni stansiya ilə Yaşıl Xəttin ara hissəsinin tikintisinə 2013-cü ilin avqustunda başlanılıb. 2013-cü ilin dekabrında isə stansiyanın 4 çıxışının olacağı bəyan edilir.[6] 2016-cı ilin avqustunda Bakı metrosunun 3 yeni stansiyanın inşasına başlandığı bəyan edilir.[7]
2019-cu ildə Bakının Nobel prospektində, "Ağ Şəhər" ərazisində inşa ediləcək yeni metro stansiyası üçün yer ayrılıb.[8]
2022-ci ildə "Bakı Metropoliteni" QSC-nin Baş mühəndisi Əlixan Osmanov deyib ki, 2023-cü ildən "Həzi Aslanov" stansiyasında tikinti işlərini davam etdirmək üçün dövlət proqramı çərçivəsində bu layihəyə vəsait ayrılacaq: ""Ağ şəhər"də də yeni stansiyanın tikintisi həyata keçiriləcək."[9]