Baburlu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Baburluİrəvan xanlığının Talın mahalında kənd adı[1]. 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra ermənilər yerləşdirilmişdir. Sonralar əhalinin bir hissəsi geri qayıtmışdır. 1914–1915-ci illərdə azərbaycanlılar qovulmuşdular.[2][3] 1947-ci ildə kənd ermənicə Bartraşen adlandırılmışdır. Baburlu tayfasının adını əks etdirir. XII-XIII əsrlərdə Anadolu yarımadasında oğuz tayfaları əsasında yaranmış yeni tayfalardan (Qaraman, Taraklu, İnal, Bahadurlu, Goran, Bayburlu yaxud Baburlu) biri Baburlu idi[4][5]

İstinadlar

  1. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.
  2. 9. Budaqov B. Ə. Azərbaycan toponimlərinin problemləri. "Azərbaycan onomastikası problemlərinə dair". Bakı, 1986
  3. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.
  4. Hüseynzadə Ə. Şəki coğrafi adının mənşəyi. S. M. Kirov adına ADU-nun "Elmi əsərləri", 1974, № 8.
  5. Еремеев Д.Е. Юрюки. М., 1969.