Dian - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd.[2]
Kənd | |
Dian | |
---|---|
40°21′10″ şm. e. 44°04′34″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Talin mahalı]] |
Rayon | [[Talin rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.700 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 0535 |
Rayon mərkəzindən 15 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir.
Fikrimizcə, Dian toponimi Diau adlı sülalənin[3] adı əsasında yaranmışdır. Patronim toponimdir. Quruluşca sadə toponimdir.
Kənddə 1831-ci ildə 32 nəfər, 1873 - cü ildə 216 nəfər, 1886-cı ildə 242 nəfər, 1897-ci ildə 304 nəfər, 1904 - cü ildə 272 nəfər, 1914 - cü ildə 290 nəfər, 1916-cı ildə 380 nəfər yalnız azərbaycanlı yaşamışdır[4].
Kənd 1919 - cu ildə erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur[5].
Kəndə Türkiyənin Taron və Muş vilayətlərindən köçürülən ermənilər yerləşdirilmişdir[6]. İndi ermənilər yaşayır.