Mehribanlı

Mehribanlı, Mehriban - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd.[2]

kənd
Mehribanlı
40°22′38″ şm. e. 43°56′18″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region [[Talin mahalı]]
Rayon [[Talin rayonu]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.720 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.274 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Mehribanlı xəritədə
Mehribanlı
Mehribanlı

Rayon mərkəzindən 9–11 km cənub-şərqdə, Alagöz dağının cənub-qərbində yerləşir. Kəndin adı Mehriban kimi rəsmiləşdirilmişdir[3][4].

Toponim mehribanlı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Katnaxpyur qoyulmuşdur.

Kənddə 1831-ci ildə 75 nəfər, 1873 - cü ildə 410 nəfər,1886-cı ildə 598 nəfər, 1897-ci ildə 681 nəfər, 1908-ci ildə 493 ,nəfər, 1914 - cü ildə 523 nəfər, 1916-cı ildə 748 nəfər[5], 1918-ci ilin əvvəllində 533 nəfər[6] yalnız azərbaycanlı yaşamışdır.

1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuş. Türkiyənin Bitlis, Muş və Alaşkerd vilayətlərindən köçürülən ermənilər kəndə yerləşdirilmişdir. İndi ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.34
  4. Ermənistan SSR. İnzibati ərazi bölgüsü, (erməni dilində). İrəvan, «Ayastan», 1976. s.133
  5. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.36-37, 118-119
  6. История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.219

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]