Ağakiçik, Zovasar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd.[2]
Ağakiçik | |
---|---|
40°28′28″ şm. e. 43°57′00″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.100 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 0506 |
Ağaqçi İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. Digər adı Ağa-Kiçik. 1886-cı ilə aid məlumata görə kəndin əhalisi azərbaycanlılar və ermənilər idi. 1918-ci ildə azərbaycanlılar qovulmuşdur. 1920-ci ildə kənddə ermənilər yerləşdirilmişdir. 1967-ci ildə kənd ermənicə Tsovasar adlandırılmışdır. XIX əsrdə İrəvan quberniyasının Aleksandropol qəzasında Aqay-oğlu məzrə, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında Aqay, Şimali Qafqazda Ter əyalətinin Qızıl-Yar dairəsində Aqay-Biqan, Aqay-Buruk kənd adları, Ter əyalətinin Xasavyurt dairəsində Aqay-Qol çay adı və toponimlərlə sıra təşkil edir. Mənası məlum deyil.[3]
Rayon mərkəzindən 15 km şimal-şərqdə, Mastara çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir. Kəndin adı erməni mənbələrində, əsasən, Ahaqçi kimi qeyd edilir[5][6].
Toponim ağa və kiçik sözlərindən əmələ gəlib, "Kiçik ağaya mənsub kənd" mənasında ifadə edir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Zovasar qoyulmuşdur.
Kənddə 1873-cü ildə 160 nəfər, 1886-cı ildə 257 nəfər, 1897-ci ildə 301 nəfər, 1904-cü ildə 359 nəfər, 1914-cü ildə 383 nəfər, 1916-cı ildə 337 nəfər azərbaycanlı yaşamışdır[7].
1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq əhalisi — azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuş, 1915–1916-cı illərdə Türkiyənin Sasun və Taron vilayətlərindən köçürülən ermənilər 1918-ci ildə burada yerləşdirilmişdir[8].
İndi ermənilər yaşayır.