Aşağı Qarakoymaz — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd.[2]
Kənd | |
Aşağı Qarakoymaz | |
---|---|
40°21′43″ şm. e. 43°58′58″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Talin mahalı |
Rayon | Talin rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.800 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 0513 |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 9 km cənub-şərqdə, Alagöz dağının qərb tərəfində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Qarakovmaz formasında[3] qeyd edilmişdir.
Toponim türk dilində «böyük», «təpə», «dağın zirvəsi»,«zirvə» mə'nasında işlənən qara sözündən[4] və türkdilində kənd mə'nasında işlənən köy sözünün forması olan koy sözü ilə[5] «dağın cənub yamacı», «yüksəkliyin meşəsiz tərəfi», «dağın gün düşən tərəfi» mənasında işlənən mes[6] sözünün[7] birləşməsindən əmələ gəlmişdir. «Böyük dağın, təpənin gün düşən, cənub tərəfində olank ənd» mə'nasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Nerkin Sasunaşen qoyulmuşdur.
Kənddə 1831-ci ildə 49 nəfər, 1873 - cü ildə 265 nəfər, 1886-cı ildə 356 nəfər, 1897-ci ildə 233 nəfər, 1904 - cü ildə 394 nəfər, 1914 - cü ildə 418 nəfər, 1916-cı ildə 322 nəfər yalnız azərbaycanlı yaşamışdır[8].
1918-ci ildə kənd erməni təcavüzünə mə'ruz qalaraq sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1915-18-cı illərdə Türkiyənin Sasun, Taron və Muş vilayətlərindən köçürülən ermənilər və kürdlər burada yerləşdirilmişdir[9][10]. İndi ermənilər yaşayır.