Yuxarı Qaraqoymaz - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd.[2]
kənd | |
Yuxarı Qaraqoymaz | |
---|---|
40°22′ şm. e. 43°59′ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Talin mahalı]] |
Rayon | [[Talin rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.850 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 9–10 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3], «Сборник сведений о Кавказе» əsərində Qarakovmaz formasında[4] qeyd edilmişdir.
Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən yuxarı sözü ilə, türk dilində «uca, hündür, yüksək, şiş», «dağ, zirvə» mənasında işlənən qara sözündən[5], türk dilində kənd mənasında işlənən köy sözü ilə[6] «dağın cənub yamacı», «yüksəklikdə meşəsiz tərəfi» mənasında işlənən mas[7] sözünün[8] birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Verin Sasunaşen qoyulmuşdur.
Kənddə 1897-ci ildə 142 nəfər, 1916-cı ildə 224 nəfər[9], 1918-ci ilin yanvarında 394 nəfər[10] yalnız azərbaycanlı yaşamışdır.
1918-ci ilin mart ayına kimi kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuş[10] və kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.