Quldərviş

Quldərviş - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd.[2]

kənd
Quldərviş
40°27′ şm. e. 43°57′ ş. u.
Ölkə  Ermənistan
Region [[Talin mahalı]]
Rayon [[Talin rayonu]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.050 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 533 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Quldərviş xəritədə
Quldərviş
Quldərviş

Rayon mərkəzindən 8 km cənub-şərqdə, Alagöz dağının cənub-şərq ətəyində yerləşir.

Toponim qıpçaq tayfasından olan qul etnonimi ilə[3] dərviş sözünün birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Vosketas qoyulmuşdur.

Kənddə 1873 - cü ildə 190 nəfər, 1886-cı ildə 243 nəfər, 1897-ci ildə 261 nəfər, 1904 - cü ildə 327 nəfər, 1914 - cü ildə 346 nəfər, 1916-cı ildə 368 nəfər yalnız azərbaycanlı yaşamışdır [4].

1918-ci ilin yanvar-fevral aylarında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır.

Quldərvişdə 1918-ci ildə kəndin 400 nəfərdən artıq əhalisi işgəncələrlə öldürülmüş, salamat qalanlar isə daglarla Türkiyənin müxtəlif vilayətlərinə qaçmışlar. Kəndə ermənilər sahiblənmişlər.[5]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. Баскаков Н.А. Введения и изучения тюркских языков, Изд.2е, М., «Высш.школа», 1969. s.235
  4. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.36-37, 118-119
  5. Eldar İsmayıl. "Zavallı ermənilər, yoxsa zalım ermənilər…", Bakı, 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]