Buryatiya əhalisi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Buryatiya Respublikasının əhalisi 2019-cu ilə olan məlumata görə 983 273 nəfərdir.[1] Buryatiya əhalisinin əsas hissəsini ruslar (64,9%; 2010) təşkil edir. Buryatlar – 29,5%, soyotlar – 0,4%, evenklər – 0,3%-dir. Digər qruplardan ukraynalılar (0,7%), tatarlar (0,7%), ermənilər (0,2%), almanlar (0,1%) yaşayırlar. Ölüm səviyyəsi 1000 nəfərə 11,8, doğum səviyyəsi 1000 nəfərə 17,6 nəfərdir (2013). Gözlənilən orta ömür müddəti 66,8 ildir (2012). 1996-cı ildən əhalinin sabit miqrasiya axını (10 min nəfərə 38 nəfər) səciyyəvidir, ən yüksək həddi 1997–2001-ci illərdə (10 min nəfərə 46 nəfər) qeydə alınmışdır. Əhalinin orta sıxlığı 1 km²-də 2,8 nəfərdir. Respublikanın mərkəzi və cənub hissəsi, xüsusilə Selenqa çayı və onun qolları boyu əhali daha sıx (1 km²-də 8 nəfər) məskunlaşmışdır.

Şəhər əhalisi 59%-dir (2013; 1959-cu ildə 41%; 1989-cu ildə 61,6%; 2005-ci ildə 57%). Buryatiya əhalisinin 36%-indən çoxu və bütün şəhər əhalisinin 62%-dən çoxu Ulan-Ude şəhərində yaşayır (421,4 min nəfər; 2014). Digər iri şəhərləri (min nəfər): Severobaykalsk (24,2), Qusinoozyorsk (23,4), Kyaxta (20), Zakamensk (11,4). Dindarların əksəriyyəti buddistxristiandır; yəhudimüsəlman icmaları da var.4

Mənbə

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.

İstinadlar

  1. "Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2019 года". 2019-02-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-15.