Cəmil Quliyev (tarixçi)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Cəmil Quliyev
1989 – 1990
ƏvvəlkiYəhya Məmmədov
SonrakıMirabbas Qasımov
1975 – 1988
ƏvvəlkiRəsul Rza
SonrakıAraz Dadaşzadə
bayraq
Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti
bayraq2
1981 – 1990
bayraq
Azərbaycan EA Tarix İnstitutunun direktoru
bayraq2
1972 – 1978
Şəxsi məlumatlar
Doğum tarixi 16 dekabr 1927(1927-12-16)
Doğum yeri
Vəfat tarixi 27 dekabr 2010(2010-12-27) (83 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
  • Moskva Dövlət Universitetinin Tarix fakültəsi[d]
Fəaliyyəti Professor, akademik (1980)
Elmi fəaliyyəti
Elm sahəsi tarix, siyasət
Elmi dərəcəsi Tarix elmləri doktoru
Elmi adı

Təltifləri "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1982 Azərbaycan SSR Dövlət mükafatı
"Şöhrət" ordeni
"İstiqlal" ordeni

Quliyev Cəmil Bahadur oğlu (16 dekabr 1927, Şuşa, Dağlıq Qarabağ27 dekabr 2010, Bakı) — Azərbaycan və sovet tarixçisi, professor, 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1976–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru, 1976–1991-ci illərdə və 1997-ci ildən 2007-ci ilədək Azərbaycan MEA Rəyasət Heyətinin üzvü, 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü.[1] 

Həyatı

Cəmil Quliyev 16 dekabr 1927-ci ildə Şuşada anadan olub. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olmuş, 1946-cı ildən təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmiş, 1949-cu ildə həmin universiteti bitirdikdən sonra aspiranturada saxlanılmışdır. C.B.Quliyev 1952-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək təyinatla Bakıya göndərilmişdir. 1952-ci ildən ADU-da müəllim, dosent 1958–1972-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir. 1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və professor adını almışdır. Həmin ildən Azərbaycan EA-da fəaliyyətə başlamışdır. 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1981–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru olmuşdur. 1976–1991-ci illərdə və 1997-ci ildən 2001-ci ilədək AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Rəyasət Heyətinin üzvü (1997–2007) üzvü olub. 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. O, bir neçə sanballı monoqrafiyanın, 300-dən çox məqalənin müəllifidir. C.B.Quliyev 7 cildlik "Azərbaycan tarixi"nin nəşrinə rəhbərlik etmiş, onun redaktorluğu ilə "Naxçıvan ensiklopediyası" (1999–2002) çapdan çıxmışdır.[1]

C.B.Quliyev beynəlxalq forumlarda Azərbaycan elmini dəfələrlə təmsil etmiş, bir sıra hökumət və ictimai təşkilatların rəhbər orqanlarının üzvü olmuşdur. Əməkdar elm xadimi və Dövlət mükafatı laureatıdır. 1997-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

27 dekabr 2010-cu ildə vəfat etmişdir. Tarix elmləri doktoru, professor idi.[1][2]

Mükafatları

Filmoqrafiya

  1. Qırmızıbayraqlı Azərbaycan (film, 1980)
  2. Qara gölün cəngavərləri (film, 1984)

İstinadlar

  1. 1 2 3 "Cəmil Bahadur oğlu Quliyev". 2017-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20. (#redundant_parameters); (#redundant_parameters)
  2. "Скончался азербайджанский ученый Джамиль Гулиев". 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-27. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. Respublikanın elmi işçilərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 2 dekаbr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  4. "Arxivlənmiş surət". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  5. "Arxivlənmiş surət". 2023-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)

Əlavə ədəbiyyat

  • Orxan Zakiroğlu (Baharlı). Ağdam şəhər 1 nömrəli orta məktəbin tarixi (1883–1993). I kitab. Bakı, 2016