Camnaqar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şəhər
Camnaqar
ing. Jamnagar
22°28′12″ şm. e. 70°04′12″ ş. u.
Ölkə  Hindistan
Region Qucarat ştatı
Tarixi və coğrafiyası
Sahəsi 128.4 km²
Mərkəzin hündürlüyü 17 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi 600,943 nəfər (2011)
Rəqəmsal identifikatorlar
Telefon kodu +91 288
Poçt indeksi 361 001-08
Nəqliyyat kodu GJ-10
Digər
mcjamnagar.com
Xəritəni göstər/gizlə
Camnaqar xəritədə
Camnaqar
Camnaqar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Camnaqar, Navanaqar – Hindistanın qərbində, Qucarat ştatında şəhər.[1]

Əhalisi

Əhalisi 529,3 min (2011; aqlomerasiyada 614,3 min).[1]

Coğrafiyası

Kathiyavar yarımadasında yerləşir. Nəqliyyat qovşağı. Aeroport. Camnaqarın avanportu Bedi şəhərdən 6 km-lik məsafədə, Kaç körfəzindədir.[1]

Tarixi

Şəhərin əsası 1540-cı ildə Racəsthan hakimi Cam Raval tərəfindən qoyulmuşdur; 1948-ci ilə qədər Navanaqar racəliyinin paytaxtı olmuşdur. Dörd caynist məbədi (16–17-ci əsrlər) var.[1]

Sənayesi

Sənaye-ticarət mərkəzidir. İri neft emalı zavoddu var. Toxuculuq (pambıq, yun parçalar), şüşə-saxsı, metal emalı, rezin-texniki sənayesi müəssisələri fəaliyyət göstərir; avtomobil istehsal edilir. Bədii sənətkarlıq (bürüncgümüşdən məmulatların hazırlanması, qızılı saplarla tikmələr və s.); qədim boyaqçı sənəti (bəndhani) inkişaf etmişdir. Camnaqar yaxınlığında, Pirotan mərcan adasıda Hindistanın yeganə dəniz milli parkı – Qalf-of-Kaç yerləşir; boksit çıxarılır.[1]

Qalereya

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. 1 2 3 4 5 Camnaqar// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 179. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.