Camnaqar, Navanaqar – Hindistanın qərbində, Qucarat ştatında şəhər.[1]
Şəhər | |
Camnaqar | |
---|---|
ing. Jamnagar | |
22°28′12″ şm. e. 70°04′12″ ş. u.HGYO | |
Ölkə | Hindistan |
Region | Qucarat ştatı |
Tarixi və coğrafiyası | |
Sahəsi | 128.4 km² |
Mərkəzin hündürlüyü | 17 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 600,943 nəfər (2011) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +91 288 |
Poçt indeksi | 361 001-08 |
Nəqliyyat kodu | GJ-10 |
Digər | |
mcjamnagar.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi 529,3 min (2011; aqlomerasiyada 614,3 min).[1]
Kathiyavar yarımadasında yerləşir. Nəqliyyat qovşağı. Aeroport. Camnaqarın avanportu Bedi şəhərdən 6 km-lik məsafədə, Kaç körfəzindədir.[1]
Şəhərin əsası 1540-cı ildə Racəsthan hakimi Cam Raval tərəfindən qoyulmuşdur; 1948-ci ilə qədər Navanaqar racəliyinin paytaxtı olmuşdur. Dörd caynist məbədi (16–17-ci əsrlər) var.[1]
Sənaye-ticarət mərkəzidir. İri neft emalı zavoddu var. Toxuculuq (pambıq, yun parçalar), şüşə-saxsı, metal emalı, rezin-texniki sənayesi müəssisələri fəaliyyət göstərir; avtomobil istehsal edilir. Bədii sənətkarlıq (bürünc və gümüşdən məmulatların hazırlanması, qızılı saplarla tikmələr və s.); qədim boyaqçı sənəti (bəndhani) inkişaf etmişdir. Camnaqar yaxınlığında, Pirotan mərcan adasıda Hindistanın yeganə dəniz milli parkı – Qalf-of-Kaç yerləşir; boksit çıxarılır.[1]