Darğalar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Darğalar
40°21′31″ şm. e. 47°06′16″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Bərdə rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 89 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Darğalar xəritədə
Darğalar
Darğalar

DarğalarAzərbaycan Respublikasının Bərdə rayonunun Kələntərli inzibati ərazi vahidində kənd.

Tarixi

Qarabağ düzündədir. Yaşayış məntəqəsini darğalar nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. Nəsil isə adını keçmişdə nəsli vəzifə sayılan "darğalıq"dan almışdır. Darğa/daruğa/daruğaçı (monqol. daruxu "sıxmaq", "daraltmaq", məcazi mənada "möhürləmək") orta əsrlərdə monqol istilasına məruz qalmış ölkələrdə, o cümlədən Azərbaycanda monqol xanının vergi toplayan və əhalini siyahıya alan nümayəndəsi, inzibati məmur olmuşdur. Əsasən hökmdar tərəfindən təyin edilən darğalar lazım gəldikdə yerli əhalidən yardımçı hərbi hissələr təşkil edir, asayişi qoruyurdular. Qızıl Ordada onlar baskak, bəzi şərq ölkələrində isə şəhnə adlanırdılar. Vəzifə adı kimi Darğaməlik (Ordubad r-nu) oykonimində saxlanılmışdır.[1]

İstinadlar

  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 39.  (az.)