Qasımbəyli — Azərbaycan Respublikasının Bərdə rayonunun Kələntərli kənd inzibati ərazi dairəsində kənd.[1]
Qasımbəyli | |
---|---|
40°22′03″ şm. e. 47°04′38″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Bərdə rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Qarabağ düzündədir. XIX əsrin əvvəllərində Şirvan mülkədan Böyük Qasım bəyə məxsus ailələr general V.Mədətova bağışlanmış və o da bu ailələri Qarabağa köçürmüşdü. Yaşayış məntəqəsi Qasım bəyin adını daşımış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Qeyd edək ki, Ağsu rayonunun Ərəbmehdibəy inzibati ərazi vahidində, Goranboy rayonunun Tap Qaraqoyunlu inzibati ərazi vahidində, Cəlilabad rayonunun Şiləvəngə inzibati ərazi vahidində və Sabirabad rayonunun eyniadlı inzibati ərazi vahidində də bu adda toponimlər mövcuddur. Ancaq bu toponimlərin yaranma tarixləri və toponimkası müxtəlifdir.[2]
2015-ci ilin aprel ayının 1-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.[3]
Bərdə rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |