Şahvəlilər — Azərbaycan Respublikasının Bərdə rayonunun Şahvəlilər kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Xanərəb kənd Sovetindən Şahvəlilər kəndi Əmirli kənd Sovetinin tərkibinə verilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Bərdə rayonunun Şahvəlilər kəndi Əmirli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şahvəlilər kənd Soveti yaradılmışdır.[3]
Şahvəlilər | |
---|---|
40°13′ şm. e. 47°10′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kəndin tarixi Sultan Mahmud Qəznəlinin dövrünə gedib çıxır. Kənddə tanınmış Qarabağ seyidləri yerləşmişdi.
Kənd Xaçınçay sahilində yerləşir. Kəndin ərazisində Sultanbud yasaqlığı var. Ağdam rayonunun Ayaq Qərvənd kəndi ilə həmsərhəddir.
Etnik tərkibi azərbaycanlılardır.
Kənd əhalisinin məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Bərdə rayon Dilqəm Əliyev adına Şahvəlilər kənd tam orta məktəbi 2016/2017-ci tədris ilində Azərbaycan Respublikasında məktəblilərarası fənn olimpiadasında coğrafiya və kimya fənlərindən Əmirov Teymur Çingiz oğlu və Babayev Hüseyn Akif oğlu 1-ci və 2-ci yeri tutaraq məktəbin nailiyyətlərini daha da artırmışlar. İdman sahəsində də Mirəli Nəsirov 9 yaşlı idmançılar arasında qızıl və gümüş medal qazanmışdır.
Bərdə rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |