Doqquzpara rayonu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Doqquzpara rayonu
Bayraq
Bayraq

41°25′17″ şm. e. 47°54′41″ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 1934
Sahəsi
  • 452,1 km²
Əhalisi
Əhalisi
  • 15.060 nəf. (2021)[2]
Rəsmi sayt
Doqquzpara rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Doqquzpara rayonuRusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasında bir rayon. Rayonun inzibati mərkəzi Usuxçay kəndidir.

Coğrafiyası

Rayonun sahəsi 394 km²dir.[3]

Əhalisi

2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən rayonun 14.330 nəfər əhalisi var.[4] Rayonda əhalisinin çoxluğuna görə (2002-ci il siyahıya almasına əsasən) ən iri yaşayış mətəqələri Miskincə (3.373 nəfər)[5] , Abadan (3.000 nəfər)[6] və Usuxçay (1.836 nəfər)[7] kəndləridir.

1989-cu ildə aparılmış siyahıya almaya əsasən rayon əhalisinin 93%-ni ləzgilər , 2,3%-ni rutullar , 4,7%-ni digər xalqların nümayəndələri təşkil edirdi.[8]

Yarudağdan Quruş kəndinə açılan mənzərə

2010-cu ilin siyahıyaalmasına əsasən rayon əhalisi 15,357 nəfərdən ibarət idi (2017-də bu rəqəm 15,214 nəfərə düşdü) və əsasən ləzgilərdən (14,367 nəfər (93,96 %)), rutullardan (461 nəfər (3,01 %)), ağullardan (350 nəfər (2,29 %)), tabasaranlılardan (50 nəfər (0,33 %)), azərbaycanlılardan (23 nəfər (0,15 %)), ruslardan (21 nəfər (0,14 %)) və digərlərindən (19 nəfər (0,12 %); milliyətini qeyd etməyənlər 66 nəfər (0,43 %)) ibarət idi.

Kəndləri

Rayonun ərazisində 16 kənd tipli yaşayış məntəqəsi var.[9]

  • Avadan (rus., ləz.) — Avadan/Abadan
  • Qandurar (rus., ləz.)
  • Demirar (rus., ləz.) — Dəmirlər
  • Kavalar (rus.) / K'valar (ləz.)
  • Kaladjux (rus.) / K'alajux (ləz.) — Qalacıq
  • Karakyure (rus.) / K'araku're (ləz.) — Qarakürə
  • Kuruş (rus.) / K'uruş (ləz.) — Quruş
  • Kerimxanar (rus., ləz.) — Kərimxanlar
  • Kiler (rus.) / K'iler (ləz.)
  • Мikrax (rus.) / Miqraq'/Miqraq'ar/Muqraq' (ləz.)
  • Miskindja (rus.) / Miskiskar (ləz.)Miskincə (əhalisi əsasən şiə ləzgilərdən ibarətdir)[10]
  • Novoye Karakyure (rus.) / Ts|iyi K'ara Ku're (ləz.) — Yeni Qarakürə
  • Tekipirkent (rus., ləz.) — Təkipirkənd
  • Usuxçay (rus.) / Usuq'çay (ləz.) — Usuxçay
  • Çuvalar (rus.) / Ç|ulavar (ləz.)
  • Esetar (rus., ləz.)

Ləğv olunmuş / yox olmuş kəndlər: Muştitsur, Qarakürə-Qazmalar.

İstinadlar

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. "Таблица 5. Численность населения России, федеральных округов, субъектов Российской Федерации, городских округов, муниципальных районов, муниципальных округов, городских и сельских поселений, городских населенных пунктов, сельских населенных пунктов с населением 3000 человек и более" (XLSX) (rus). 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-01..
  3. "Administrative Divisions of Countries ("Statoids") : Raions of the Russian Federation". 2013-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-07.
  4. Всероссийская перепись населения 2002 года
  5. "RussiaOutdoors — Путешествия по России". 2013-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-07.
  6. "RussiaOutdoors — Путешествия по России". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-07.
  7. "RussiaOutdoors — Путешествия по России". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-07.
  8. "Этнический состав населения Дагестана !". 2009-07-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-06-07.
  9. "Дагестан республика — Докузпаринский район — Населенные пункты". 2016-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-07.
  10. "Arxivlənmiş surət". 2011-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-08.

Xarici keçidlər