Eyvaz Qurbanov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Eyvaz Qurbanov
bayraq
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
Vəzifədədir
20 aprel 2011-ci ildən
ƏvvəlkiAydın Əlihüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 14 fevral 1963(1963-02-14) (61 yaş)
Doğum yeri

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Eyvaz Qurbanov (14 fevral 1963, Bucaq, Vartaşen rayonu) — Oğuz Rayon İcra Hakimiyyətinin başçısı.

Həyatı

Eyvaz Daşdəmir oğlu Qurbanov 1963-cü il fevralın 14-də Oğuz rayonunun Bucaq kəndində anadan olub. 1980-ci ildə Oğuz şəhər 2 saylı orta məktəbini bitirib. 1981–1983-cü illərdə hərbi xidmətdə olub. 1984–1988-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2001–2004-cü illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.

1984–1999-cu illərdə Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru vəzifəsində işləyib. 1997-ci ildən Avropa Şurasının İdmanın İnkişafı Komitəsində respublikamızı müntəzəm olaraq təmsil etmişdir. Azərbaycan Milli Olimpiya Komitəsinin üzvüdür. 2000-ci ildən Milli Olimpiya Komitəsinin Bakı Olimpiya Kompleksinin direktoru, 2005–2010-cu illərdə isə Oğuz-Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin III çağırış[1] deputatı olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2011-ci il tarixli Sərəncamı ilə Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, iki övladı var.

İstinadlar