Qəhrəman Süleymanzadə

Qəhrəman Rəfi oğlu Süleymanzadə (1 avqust 1910, Salyan, Cavad qəzası29 iyul 2001, Bakı) — Azərbaycan SSR partiya və dövlət xadimi.

Qəhrəman Süleymanzadə
1966 – 1985
1951 – 1957
1948 – 1951
1942 – 1948
Şəxsi məlumatlar
Doğum tarixi 1 avqust 1910(1910-08-01)
Doğum yeri
Vəfat tarixi 29 iyul 2001(2001-07-29) (90 yaşında)
Vəfat yeri
Partiya
Təhsili

Təltifləri 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Şərəf nişanı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Əmək veteranı" medalı "N. K. Krupskaya" medalı

Qəhrəman Süleymanzadə 1910-cu il avqust ayının 1-də Bakı quberniyası Cavad qəzasının Salyan şəhərində anadan olmuşdur. Atası Rəfi Süleyman-zadə şəxsigəmisi ilə Bakı-Həştərxan-Ənzəli istigamətində işləmiş, inqilabdan sonra gəmisi, əmlakı müsadirə edilmiş və həyatının sonunadək ailəsini cox çətinliklə dolandırmışdır. Qəhrəman 16 yaşından (1926–1928) "Qırmızı Muğan" nəşriyyatında yığıcı kimi işləməyə başlamış, orta təhsilini tamamladıqdan sonra 1928-ci ildə Azərbaycan Ali Pedaqoji İnstituna daxil olmuşdur. İnstitutun sonuncu kursundan başlayaraq müəllim kimi fəaliyyət göstərməyə başlamış, 1931-ci ildə ali təhsilini başa vurmuşdur. Qəhrəman Süleyman-zadə Zaqatala şəhərində orta məktəb müəllimi və direktoru (1931–1934), Zaqatala rayon Komsomol Komitəsi katibinin müavini (1934–1935), Lenin (Sabunçi) və Maştağa (Abşeron) rayonlarında orta məktəb müəllimi və məktəb direktoru (1935–1938) işləmişdir.

1938–1940-cı illər Maştağa rayon Komsomol Komitəsinin 1-ci katibi, 1940–1942-ci illər həmin rayonun Partiya Komitəsində şöbə müdiri və katib, 1942–1948-ci illəri Maştağa Rayon Partiya Komitəsinin birinci katibi (eyni zamanda 1946–1948-ci illəri Bakı Ali Partiya məktəbini bitirmiş), 1948–1951-ci illər Vartaşen Rayon Partiya Komitəsinin birinci katibi, 1951–1957-ci iiləri Ağdaş Rayon Partiya Komitəsinin birinci katibi, 1957–1966-cı illəri Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləmişdir. 1966–1985-ci illərdə M.F. Axundov adina Respublika Dövlət Kitabxanasının direktoru vəzifəsində çalışmışdır. 1985-ci ildə fərdi təqaüdə çıxmışdır. Qəhrəman Süleymanzadə həyatı boyu xalqının, vətəninin taleyini düşünmüş , milli-mənəvi dəyərlərə, adət-ənənlərə ehtiramla yanaşmış, humanizm prinsiplərini əsas götürmüş, haqqı nahaqqa qurban verməmişdir. 2001-ci il 29 iyulda Bakı şəhərində vəfat edib.

Azərbaycan SSR Ali Sovetinin üç dəfə (2-ci, 3-cü və 4-cü çağırışlar) deputatı seçilmişdir. Azərbaycan SSR Baş Soveti Prezidiumunun Fəxri Fərmanı (1943-cü il), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı (1966-cı il), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı (1971-ci il) və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı (1973-cü il) ilə təltif edilmişdir.

  • "Şərəf nişanı" ordeni — 1944
  • 2-ci dərəcəli Vətən Müharibəsi ordeni — 1945
  • "Qafqazın müdafiəsinə görə" medalı – 1945
  • "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı – 1945
  • "V. İ. Leninin anadan olmasının 100 illiyi şərəfinə rəşadətli əməyə görə" yubiley medalı – 1970
  • "1941–1945-ci illər Böyük Vətən Müharibəsində qələbənin 30 illiyi" yubiley medalı – 1975
  • "Əmək veteran" medalı – 1978
  • N.K. Krupskaya medalı — 1981
  • "1941–1945-ci illər Böyük Vətən Müharibəsində qələbənin 40 illiyi" yubiley medalı – 1985

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan SSR Ali Sovetin Fəxri Fərmanı ilə Təltif Olunanlar [1]  (az.)
  • Azərbaycan Kitabxanası — məqalələr [2]  (az.)
  • Zəlimxan Yaqub: "50 yaşımda ömrümə bir sevgi gəldi…" — məqalələr [3][ölü keçid]  (az.)